HEYVAN BAZARINDAKI DƏLLALA OXŞAYAN İDMAN NAZİRİ

azad rəhimov.JPG

Şəkildəki adam heyvan bazarlarındakı dəllalara oxşayır. Ancaq bu adam Azərbaycanın idman naziri Azad Rəhinovdur. Qarnı da ona görə yekədir ki, ömründə bir gün də ictimai-faydalı işlə məşğul olmayıb. Sovet vaxtı komsomol kürsüsündə altını qızdırıb, indi də nazirdir.

Azərbaycanda bəzi ailələr üçün nazirlik seyidlik kimidir. Azad Rəhimovun babası dörd ildən çox Azərbaycan Nazirlər Sovetinin sədri olub.

Azad Rəhimivun gənc oğlu Arif haqqında İnternetdə belə məlumat var: O, Londonda (Əlbəttə, Londonda, ayrı harda?!) yaşayır. “Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin — «Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır”.

İndi bildiniz niyə Azərbaycanda idman yoxdur? Çünki idmana dövlət qayğılı məmur yox, dəllal rəhbərlik edir. Əlbəttə, Azad Rəhimov Salyanın ya Şamaxının heyvan bazarında eləmir. O, dəllalığı Bakıda otura-otura ya da London kimi gözəl şəhərlərə səyahət zamanı edir – çoxdan sıradan da, sürüdən də qalmış idmançıları alır, satır. Sövdələrinin necə gəlirli olduğu qarnının yekəliyindən bilinir…

Ömründə əlini ağdan qaraya vurmayıb, çəkic tullamayıb, nizə atmayıb, top qovmayıb…

Vəzifə ona babasından qalıb…

Azərbaycanda vəzifə ata kürkü kimi keçir…

Atakürklər ölkəsi…

11.08.17