
MARİNA TSVETAYEVA
DUA
Христос и Бог! Я жажду чуда…
Ya İsa! Ya Tanrı! Möcüzə göstər,
İndicə, bu saat, gün görünəndə.
Nə qədər bu həyat kitaba bənzər
Mənim nəzərimdə — qoy ölüb gedim.
Müdriksən, deməzsən sən mənə ciddi:
Səbr elə, bitməyib müddət hələ ki.
Özün mənə verdin – çox, aşdın həddi!
Məni bütün yollar, həvəslər çəkir!
Hər şey istəyirəm: qaraçı sayaq,
Qarətə yollanmaq nəğmə deyərək.
Orqan çalınanda qərq olub yasa,
Amazon qız kimi döyüşə girmək!
Ulduz falı açmaq qara qüllədə,
Uşaqlarla getmək yarıb kölgəni.
Dönə əfsanəyə bütün dünənlər,
Dəli-divanəlik ola hər günüm!
Xaçı və ipəyi, dəbilqələri,
Sevirəm. Ürəyim — izi anların.
Sən uşaqlıq verdin – nağıldan şirin,
On yeddi yaşımda indi ölüm ver!
Tatusa, 26 sentyabr 1909
Ruscadan tərcümə
10.10.2017
Samara