MARİNA TSVETAYEVA. ƏLAMƏTLƏR

marina

ƏLAMƏTLƏR               

                                  Точно гору несла в подоле…

 

Sanki ətəyimdə dağ daşıyırdım,

Bütün canım ağrıdır.

Eşqi tanıyıram başdan-ayağa,

Yayılan bir ağrıdan.

 

Tarla tək elə bil məni yarıblar,

Açığam hər tufana.

Eşqi tanıyıram uzaqlarıyla,
Bütün yaxın olanın.

 

Elə bil canımda yuva qazılıb,

Dərin, qətran qatacan.

Eşqi tanıyıram boyum uzünu,

Göynəyən, qanı sızan

 

Damardan. İçimdən keçib gedir hun,

Sanki soyuq yel kimi.

Eşqi tanıyıram qırılmağından,
Ən vəfalı, bərk simin.

 

Boğaz zirvələri, yarğanlarıyla,

Həyat duzuyla, pasla.

Eşqi tanıyıram yarıqlarıyla,

Yox! – bütün bədəni qanla sıyıran,

Yanğılı səslə!

 

29 dekabr 1924

Ruscadan tərcümə

12-13.10.2017

Samara

Реклама