ALEKSANDR PUŞKİN
ŞAİR
Поэт! Не дорожи любовию народной…
Şair, xalq məhəbbəti, qoy səni aldatmasın,
Ötər ani hay-küyü alovlu təriflərin.
Sənə gülər kütlə də, sarsaq da qınar səni,
Halını pozma sənsə, möhkəm ol, həm kədərli.
Sən sultansan, tək yaşa. Azadlığa addım at,
Get, azad ağıl hara çəkib aparsa səni.
Əziz düşüncələrin meyvəsini yetir sən,
Nəcib şücaətinə diləmədən mükafat.
Özündədir mükafat. Sənsən özünə hakim.
Səndən də ciddi qiymət verməz işinə heç kim
Ey tələbkar sənətkar: işinlə razısanmı?
Razısan? Qoy üstünə onda kütlə yürüsün,
Sənin odun qızaran mehraba da tüpürsün.
Necə uşaq çalışar laxlada qurbangahı.
7 iyul 1830
ruscadan tərcümə
02.10.17
Samara