XALQIM MƏNSİZ NATAMAM
“Mənsiz xalq natamamdır”.
A.Platonov
İstər uzaqda olam,
İstər itkin sayılam,
Sayılam, sayılmayam,
Çıxara hamı yaddan –
Xalqım mənsiz natamam.
Dalasa da dilləri,
Gicitkən kimi adım;
Zəhər, qan kimi şeirm,
Tüpürülsə də indi;
Vaxt gələr ürəkləri
Sözümlə qanadaram —
Mənsiz xalqım natamam.
Atın qara daş üstdən,
Bir qara daş da altdan,
Sınsa da qol-qanadım,
Yenə də salamatam —
Xalqım mənsiz natamam!
Saysanız da boş yerə,
Keçir mənim həyatım.
Çox da ki kütlələrə,
Anlaşılmazam, yadam –
Mənzsiz xalqım natamam!
Nə Təkəm, nə Ucayam,
Nə “Gülxanə parkında,
Bitən qoz ağcıyam”.
Mən kağızam, mən qələm,
Sözəm ürəkdən gələn.
Mən on üç rəqəmiyəm,
Xoflansa da çox adam,
Sayılam, sayılmayam –
Mənsiz xalqım natamam!
Tarix səhifəsindən,
Silinməyəcək adım.
Siz çalışan, səy edən,
Mən səbirəm, inadam –
Xalqım mənsiz natamam!
19.10.2017
Samara