
OSİP MANDELŞTAM
О, как мы любим лицемерить…
Ah, necə sevirik riyakarlığı,
Asan da unuduruq,
Ölümə yaxınıq biz uşaq çağı,
Yaşlı, yetkin olandan.
Didir nəlbəkidə hələ küsünü,
Gözü yuxulu körpə.
Mənimsə kimsəm yox tökəm hirsimi,
Yol ayrııcında təkəm.
Ancaq istəmirəm mən balıq kimi,
Yatam bayğın sularda.
Azad dərd seçimim, qayğı seçimim,
Əziz hava, su qədər.
fevral – 14 may 1932
Ruscadan tərcümə
23.10.17