
BORİS PASTERNAK
ÇÖRƏK
Ты выводы копишь полвека…
Əlli il yığırsan nəticələri,
Dəftərə yazmırsan ancaq onları.
Əgər deyilsənsə sən özün əlil,
Gərək anlayaydın vacib olanı.
Anladın ağ günə əmək yol açar,
Açıldl uğurun qanunu, sirri.
Tanrı lənəti var bekarçılıqda
Bildin səadəti hünər gətirir.
İbtidai bitki səltənətində,
Möhtəşəm heyvanlar aləmində də,
Vəhylər, mehrablar gərəkdi, bildin,
İgidlər, cəsurlar gözləniləndi.
Bildin talelərin qovuşuğunda,
Qaldı əbədilik ilkin vəhy tək.
Gələn nəsillərçin ulu əcdadın,
Yüzillərlə əkib-becərən çörək.
Yəni çovdar ya da buğda zəmisi,
Təkcə çağırmır ki, biçib-döyəsən,
Bu tarla — səhifə, bu tarla — yazı,
Əcdadın haçansa həsr edib sənə.
Yəni ki, bu onun sözüdür elə,
Və onun misilsiz əməli həm də.
Doğumlar, hüznlər, ölübgetmələr
İçində, daimi gəlib-getmədə.
1956
Ruscadan tərcümə
30.10 – 01.11.2017
Samara