DUSTAQ
Сижу за решеткой в темнице сырой…
Önümdə barmaqlıq, zindanımsa nəm;
Pəncərə dalında qanad yellədir,
Əsir tək böyüyüb ərsəyə gələn,
Cavan qartal qanlı yemini didir.
Pəncərəyə baxır, didir tullayır.
Elə bil mənimlə fikri eynidir.
Mənı baxışıyla, qıyyalarıyla,
Çağırır, bəlkə də “gəl uçaq” deyir.
“Vaxtdır, a qardaşım, biz azad quşuq!
Uçaq o yerə ki, dağlar ağarar,
Mavi dalğaların yalı gümüşü,
Təkcə dəli külək… bir də mən varam!…”
1822
Ruscadan tərcümə
15 noyabr 2017
Samara