Ah, bu qatarlar gecə-gündüz gedir,
Hərlənir, onlar da yerin peykidir.
=
Tərk edir onlar elə ki vağzalı,
Relsləri şövq ilə təkərlər çalır.
=
Ah, bu vaqonlrda bəzək var necə,
Gündüz həyat orda şirin, həm gecə.
=
Gün ki gedir, pəncərələr sayrışır,
Kaş ki, olaydım mən özüm sərnişin!
=
Dərdi unutmazmı adam, yoldasa? –
Sıxsa fikir qəlbini, de yoldaşa…
=
Yol gedən insan niyə dərd çəkməli?
Varsa nə fikrin, qatara yüklənir…
=
Ah, necə istərdim elə indi mən,
Mindirələr bir qatara, yol gedəm.
=
Dağlar aşaq, çayları da adlayaq,
Gömrüyü, sərhəddi saya salmayaq.
=
Ah, nə ağırmış dayanıb-durmalar,
Bəlkə də bəxtimdə mənim var qatar.
=
Maneələr dəf edə, gözdən itə,
Durmaya, yollarda da ömrüm bitə…
13. 09. 2020, Samara