Архив | Март 2024

QURBAN MƏMMƏDLİ BRİTANİYA FUNTLARINI YEYİB BRİTANİYANIN DÜŞMƏNİ OLAN FAŞİSTLƏRİ TƏBLİĞ EDİR

mahjoud qurban məmmədli

Bir neçə gün əvvəl Fransa hökuməti 52 illik ömrünün 40 ilini Fransada yaşamış, ancaq vətəndaşlıq almamış bir ərəbi tarixi vətəni Tunisə deport etdi. 13-cü əsrdə yaranmış Avinyon şəhərində yaşayan imam Mahjoub Mahjoubun qovulmasına səbəb onun məsciddəki moizəsində Fransa bayrağını “satanic”, yəni “şeytani”, “şeytana məxsus” adlandırması olmuşdur.

Daily Mail qəzetinin müxbiri Tunisdə bu cənabla görüşüb. İmam acı-acı ağlayıb, deyib ki, söz təsadüfən ağzından çıxıb, Fransa bayrağını təhqir etmək fikri olmayıb. Əlavə edib ki, “belə şey Britaniyada ola bilməzdi”.

Bunu imam doğru deyir. Britaniya hökuməti Britaniyaya qarşı düşmənçilik hərəkətləri edən, ona qarşı terrrorçu hərəkətlərə çağıranları, hətta İŞİD sıralarında vuruşmuş radikalları və manyak killerləri belə deport etməkdə çətinlik çəkir. Hər dəfə çoxlu qeyri-hökumət təşkilatları, müsəlman dövlətləri ilə bağlı olan fəallar Britaniya hökumətini məhəkəməyə verir və udurlar. Cinayətkarlar, terrorçular, radikkallar Britaniyada qalıb Britaniyaya qarşı düşmənçilik hərəkətlərinə davam edirlər.

Çoxlu britaniyalı deport olunmuş imamın sözlərini (“ belə şey Britaniyada ola bilməzdi”) eşidib başlaırna qapaz vururlar ki, niyə biz belə maymağıq.

İmam Mahjoub gözünün içinəcən yalan deyir. O, Fransanı, onun dəyərlərini və rəmzlərini dönə-dönə təhqir dedib. Sübutlar, moizələrinin yazıları var. Nəhayət, Fransa hökumətinin səbr kasası dolub.

Mən Londondakı azərbaycanlı “imam”ın, yəni Qurban Məmmədlinin You Tube-dakı çıxışlarına baxanda təəccüblənirəm: Niyə Britaniya hökuməti bu adamı Naxçıvana deport eləmir?

Martın 5-də, cəllad Stalinin xatirə günündə, Qurban Məmmədli verilişinin xeyli hissəsini Xamaneiyə həsr etdi. “Mən Azərbaycan şiələrinə müraciət edirəm: bu adam ki, sizin ağanızdır, bunun dediyini qəbul etməlisiniz”.

Xamanei də Hitler kimi bəşər düşmənidir, cinayətləri Stalinkindən də çoxdur. Stalin idarəçiliyi dövründə Nizamini Azərbaycanın milli şairinə çeviriblər, opera, balet, kino, hətta indi naxçıvanlılara və ailəyə məxsus Akademiya da yaradılıb.

Etnik azərbaycanlı olan Xamanei azərbaycanlıları ibtidai məktəb açmağa da qoymur. Son iki ildə İranda etirazları qanla yatırdır, on minlərlə adam tutulub, yüzlərlə insan, o cümlədən azərbaycanlılar, dara ağacından asılıblar.

Xamanei Britaniya üçün düşməndir. Dönə-dönə İranda ikili vətəndaşlığı olan insanları şərləyib tutublar ki, Britaniya hökumətini şantaj eləsinlər.

Həm Azərbaycana və azərbaycançlığa düşmən olan, qərbin məhvini arzulayan və planlayan bir islam faşistini Qurban Məmmədli nəyə görə Londondan səbəst təbliğ edə bilir? Britaniya hökumətinin maymaqlığından?

Özünün dediyinə görə, Qurban Məmmədliyə Britaniya hökuməti 3 miin funtdan çox aylıq yardım verir. Yəni öz vətəndaşlarının boğazından kəsir.

Milad günlrində ingilis qəzetlərində əziz bayramı öz evlərində yox, yataqxana tipli mənzillərdə keçirməyə məcbur olanlardan yazırdılar. On minlərlə ingilis kommunal xərclərini ödəyə bilmədiklərindən evlərindən çıxarılır və müvəqqəti yataqxanalra yerləşdirilir. Jurnalistlərlə danışan uşaqlar ağlayıb deyirdilər ki öz evlərini isytyirlər..

Britaniya varlı ölkədir. Ancaq varının mühüm hissəsini yüz minlərlə, milyonlarla miqranta xərcləyir. Sonra bu miqrantlardan bəziləri, ya onların uşaqları Britaniyaya düşmənçilik edirlər. Minlərlə Britaniyada doğulmuş miqrant törəməsi İŞİD ordusunda vuruşurdu.

Qurban Məmmədlinin Xamanei təbliğatı da yen işidçilər doğurmazmı?

Britaniya hökuməti! Makrona bax, qeyrətə gəl!

  1. 03. 2024, Samara

LONDONU ALMIŞ DUMAN, NAMAZ ÜSTDƏDİ QURBAN…

qurban məmmədli namaz

Yağış yağır Londona,

Londonu duman alır,
Qurban Məmmədli yenə,

Beş rükət namaz qılır.

 

Dəstəmaz alır əvvəl,
Tələsmədən yuyunur.

Çəkir dirsəyə qədər,
Təmiz Temza suyunu.

 

Yara olsa da alnı,

Döyülməkdən möhürə,

Qurban pozmur halını,
Namaz qılır beş kərə.

 

Əyilib-düzələrkən.

Akrobat kimi qıvraq,

Qurban namaz qılır şən,
Həvəsli, həm də oynaq.

 

Dualarını bəzən,

Elə ucadan deyir,

Hürkür küçədən keçən –

Ağ ingilis, həm neqr.

 

Kral bundan xəbərdar,

Rişi Sunak da bilir.

Həsr eləyir debatlar,
Bu işə Vestministr.

 

Arxiyepiskop özü,

Qurbana qonaq gedir,

Deyir: “Pliiz, namazı,
Gəl, üç rükətə endir”.

 

Qurban deyir: “Əsla mən,

Dönmərəm imanımdan.

Çünki radikalam mən,
Radikal müsəlmanam”.

 

Tez-tez evindən ancaq,
Ağlamaq səsi gəlir –

Quran buyuran sayaq,

Arvadı kötəkləyir…

 

Mirzə TƏBİL

  1. 03. 2024, Samara

ANNA AXMATOVA. «SƏNİ MƏNƏ VƏD EDİB, NƏ TANRI, HƏYAT NƏ DƏ…»

анн ахматова

Səni mənə vəd edib nə Tanrı, həyat nə də,

Mənim deyilsən hətta gizli önduyumumla.

Gecə niyə qaranlıq  astanamın önündə,
Kəngidin, səadətmi canını üzmü. Belə?

 

Çıxmaram, qışqırmaram: “Mənim  yeganəm ol, ah,

Ölüm saatınacan elə yanımda ol sən!”

Qu quşunun səsiylə danışıram mən ancaq,

Ədalət və həqiqət tanımayan ayla mən.

1915

ruscadan tərcümə

04. 03. 2024, Samara

 ++++++++++++++

Анна АХМАТОВА

Не выйду, не крикну: «О, будь единым,
До смертного часа будь со мной!»
Я только голосом лебединым
Говорю с неправедною луной.

 

Ты мне не обещан ни жизнью, ни Богом,
Ни даже предчувствием тайным моим.
Зачем же в ночи перед темным порогом
Ты медлишь, как будто счастьем томим?

 

1915 г.

 

ANNA AXMATOVA. «QARA DUVAQ ALTDA SIXILDI ƏLLƏR…»

анн ахматова

 Qara duvaq altda sıxıldı əllər…

“Bu gün rəngin belə ağarıb nədən?”

— Ona görə ki, mən acı kədərlə,

Onu içirtmişəm məst olunca mən.

 

Səndələyib çıxdı. Unudarammı?

Çəkdiyi əzabdan ağzı əyildi…

Qaçdım, məhəccərə əl də vurmadın,
Oaçıb qapıyacan onu izlədim.

 

Nəfəssiz qışqırdım: “Zarafat idi,
O bütün olanlar. Getsən, ölərəm.

Müdiş təbəssümlə və sakit dedi:

“Dayanıb özünü soyuğa vermə”.

 

1911

ruscadan tərcümə

03. 03. 2024, Samara

 ++++++++++

Анна АХМАТОВА

Сжала руки под темной вуалью…
«Отчего ты сегодня бледна?»
— Оттого, что я терпкой печалью
Напоила его допьяна.
Читать далее

HACI ŞAHİN BELƏ DEYİRDİ…

Mərhum ilahiyyatçı Hacı Şahinin xeyli çıxışına YouTube-da qulaq asdım. Təəssüratım qısa şəkildə.

++++++++++++++++

Hacı Şahin deyirdi:

“Bir şüarınız olsun həmişə: “bu da keçər”.

Hacı Şahin bu “şüarın” mənbəyini adlandırmır . Əslində bu ifadə, tövratda olmasa da, ənənəvi olaraq şah (peyğəmbər ) Süleymana aid edilir, guya onun üzüyündə həkk olunubmuş.

Doğrudan da bu ifadənin müəyyən psixoterapevtik effekt yarada biləcəyinə inanmaq olar. Ancaq moizə dinləməyə yığışmış gənclərə bu effektin pozitiv olacağına zəmanət vermək olarmı?

Hacı Şahin fikrini çatdırmaq üçün sadə,  məişətlə bağlı misallar çəkməyi sevirdi. Mən də bu üsuldan istifadə edirəm.

Deyək ki, Azərbaycan rayonlarının birinə prezident adəti olaraq heyvərənin birini başçı təyin edib. Bu heyvərə rayonu talan edir, büdcəni oğurlayır, əhalini tapdalayır. Bir il, üç il, beş il, on il. Bəzən on beş il. Rayon əhalisi “bu da keçər” deyib dözməlidirmi?

Əslində bizim adamlar dözürlər də. Əzilrlər, tapdalanırlar, yağmalanırlar. Prezidentə və onun müavin xanımına rəhm ərizəsi yazırlar. Bu, doğrudurmu? İnsanları zülmə dözməyə, haçansa zülmün öz-özünə dayanacığına, tükənəcəyinə ümidlə yaşamağa çağırmaq əxlaqi mövqemidir? İndi onlarla, bəlkə yüzlərlə dindar şərlənib tutulub. Ağır narkotik maddələri ilə üzun müddətli həbs cəzalarına “bu da keçər” deməklə dözmək düzgün və əxlaqi mövqedirmi? Niyə Hacı Şahin ən azı zülmə dinc müqavimətə çağırmaq əvəzinə adamları Sabrin dediyi kimi, “mütəhəmmil” olmağa səsləyir və bunu Allahın adıyla bağlayır?

Və çox maraqlı bir detal: Hacı Şahinin riqqətlə «həzrət» dediyi Musa niyə Misirdə yəhudi soydaşlarına qarşı pis rəftara «bu da keçər demədi», fironla mübarizəyə girişdi?

++++++

Hacı Şahin deyir:

“Allah bir yol deyib. Deyib bax, qəlbində Kərbala ziyarəti istəyi varsa, get. Yoxdursa, getmə”.

Allah bunu harda və kimə deyib? Allah nə deyibsə (Qurana inanırıqsa), Quranda olmalıdır, başqa heç yerdə yox. Quranda Kərtəla var?

++++++++

Hacı Şahin deyir:

“Allah istəmir ki, bəndəsi düşük olsun. Deyir ki, düşüklük eləməyin”.

Allah istəmirsə, qoymasın düşük olmağı, hər şey onun iradəsində deyil? Düşüklük nədir? Harda Allah deyir ki, “düşüklük eləməyin?”

++++++++++

Hacı Şahin deyir:

“Allah həzrət Davuda deyir ki, gəl sənə səninlə eyni məqamda olan insanı göstərim”.

Məlum olur ki, Davuda bərabər insan bir qızdır. Və Davudla eyni məqamda, eyni səviyyədə olmağına səbəb onun “Allah barəsində yaxşı gümanda olmağıdır”.

Davudla eyni mərtəbəyə yüksəlmək elə də çətin deyilmiş – Allah barəsində yaxşı gümanda ol, işin düzəlib. Bu gümanla toyuq oğurla ya büdcəni dağıt, xəstəni, xəstənin ailəsini soy, banklara borclu sal…

İndi “həzrət” Davud haqqında. Bu cənab haqqında geniş məlumatı ancaq Tövratdan almaq olar. Tövratın “İkinci şahlar kitabı”nın 12-ci fəslində Davud barəsində maraqlı faktlar var. Məlum olur ki, krematoriləri Hitlerdən bir neçə min il qabaq o yaradıb, çünki həmlə etdiyi şəhərləri tutandan sonra bütün kişiləri ya kərpic sobalarında yandırır, ya gürz altına qoyurdu. Heç kimi salamt qoymurdu ki “xəbər çıxmasın”. Davudun öz əsgərinin arvadına aşiq olduğu, onu evinə gətirib özünə arvad elədiyi, ərini isə “cəbhə bölgəsinə” göndərib öldürtdüyü  də məlumdur.

Biz haçansa bu “şəxsiyyətlərə” tənqidi olmasa da, obyektiv baxışla baxmalıyıq ya yox? Bizim mənəvi oriyentirlərimiz belə manyaklar, şəhvətpərəstlər olacaqsa, hara gedib çıxarıq?

++++++++

Hacı Şahin deyir:

“İnsan yaxşılıqları aşkar edib, pislikləri örtməlidir. Yaxşılıqları akar edənlər cənnətə gedəcəklər”.

Bu tezis elə bil ki, prezident admiinistrasiyasından Azərbaycan jurnalistləri üçün yazılıb. Jurnalistlər ancaq tərif yazmalıdırlar. Tərif yazırlar – pul alırlar, ev alırlar. Yəni indidən cənnətə düşürlər. Pis yazan, yəni tənqid edən, düşür cəhənnəmə.

Pardon, türməyə…

++++++++++++++

Hacı Şahin deyir:

Həzrət Musa iki dəfə Allaha müraciət elədi, Allah dinmədi Üçüncü dəfə Musa dedi: “Ey günahkarların rəbbi!” Allah dərhal cavab verir: “Ləbbeyk, ləbbeyk, ləbbeyk”.

Hacı Şahin izah edir ki, Allah günahkarlara qarşı xüsusi diqqətlidir. “Allah günahkarı tez bağışlar, çünki günahkar qaçıb gedə bilər”.

Bunu eşidəndə xeyli güldüm. Sonra fikir məni götürdü. Qərbdə günahkarı dama salırlar, çünki onlar da Hacı Şahin kimi bilirlər ki, “günahkar qaçıb gedə bilər”. Azərbaycanda isə günahı olmayan günahkardan daha tez tutulur. Çünki Əliyev fikirləşir ki, günahsız qaça bilər…

Bir Salyan mollası vardı, o da Musadan yaxşı danışardı. Deyirdi bir dəfə Allah Musanı çağırdı: “Ala, Musa, ala, Musa,..”

Salyanlı mollanın nəzərində Allah da, Musa da təmiz salyanlı ləhcəsində danışırmış…Musa heç şübhəsiz ağdan ya qaradan istifadə eləyirmiş…

Mən başa düşürəm ki, adamların elliklə savadsız olduğu vaxtlarda ya da dini kitabların tapılmadığı sovet dövründə belə söhbətlər ciddi səslənə bilərdi. İndi hamının Tövratı oxyuya biləcəyi vaxtda Musa, Davud haqqında əfsanələr danışan ruhani stəndap komikinə bənzəyir…

Hacı Şahin deyir ki, nəfsinizi saxlayın. Tamahınızla mübarizə aparın.

Necə aparaq? Nümunələr, oriyentirlər varmı? Kimdir? Yalnız rəsmi arvadlarının sayı 12 olan peyğəmbər? Arvadlarının v kənizlərinin sayı iyirmiyə qədər olan birinci imamımız?

Bəs moizəçi məsciddə auidtoriyasına nə deməlidir?

Mən bu variantı təklif edirəm: …cıq uşaqları, sizin anananızı   mən… Oxuyun, keyfiyyətli təhsil alın, yapona, ingilisə, fransıza baxın, finə, norveçliyə baxın, oğurlamayın, işdə məsuliyyətli olun, hüquqlarınız uğrunda mübarizə aparnın, mübarizə aparmasınız, heç nə keçməyəcək, siz gəbərəcəksiniz, harınlıq, hampazorluq, rüşvətxorluq, qanunsuzluq qalacaq. Ölkəni zəbt etmiş uzurpatorlara qarşı qalxın və devirin, naqqal mollalara qulaq asmaqdansa, təşkilatlanın, öz hakimiyyətinizi özünüz seçin, qorxmayın, bir-birinizi satmayın. Peyğəmbər dediyimiz arvadbaz, qaniçən, manyak yəhudi şahları bizə müəllim və oriyentir ola bilməzlər Davudun, Musanın adı ilə, Davud ulduzu altında yəhudilər on minlərlə fələsytinlini bombalayıb qırırlar, milyonlarla insanı işğal altında saxlayırlar. İşıq gələn yerlərə baxın. Ən vacib olan – şəxsi məsuliyyət, cavabdehlikdir. Alahın günahkarları sevməyi xoxmadır. Heç bir nəzir, sədəqə, ibadət, ziyarət insanın günahını bağışlatmır, insan qanun və vicdanı qarşısında cavabdehdir.

Və s. bu kimi sözlər.

Təəssüf ki, belə sözlərin heç vaxt deyilməyəcəyini bilirəm. İllər keçəcək, moizələr dəyişməyəcək. Yalnız moizəçiər daha gözəl, dizayner əbaları geyəcəklər, moizələrin mətnini Ayfon 25-dən, 30-dan oxuyacaqlar, Rills roys minəcəklər…

Allahşükür kimilər isə bütün xalqın belində olacaqlar…

X.X.

03. 03. 2024, Samara

ANNA AXMATOVA. «MƏNİM RƏQİBLƏRİM YOXDU DEMİŞDİ…»

анн ахматова

Mənim rəqiblərim yoxdu demişdi,

Adi onun üçün qadın deyiləm.

Təsəlli nuruyam qış günəşinin,

Doğma yurdun vəhşi nəğməsiyəm həm.

O, dərd çəkməyəcək ölsəm əgər mən,

Qışqırmaz, ağlını itirib: “Diril!”

Fəqət birdən anlar günəşsiz bədən,

Nəğməsizsə könül yaşaya bilmir…

        …Bəs indi necə?

1921

ruscadan tərcümə

02. 03. 2024, Samara

+++++++++++++++

Анна АХМАТОВА

Сказал, что у меня соперниц нет.
Я для него не женщина земная,
А солнца зимнего утешный свет
И песня дикая родного края.
Когда умру, не станет он грустить,
Не крикнет, обезумевши: «Воскресни!» —
Но вдруг поймет, что невозможно жить
Без солнца телу и душе без песни.
…А что теперь?

1921

CƏLAL MÜƏLLİMİN OĞLUSAN? GÖZÜMÜZ AYDIN! MƏN DƏ HƏSƏN AĞANIN QOHUMUYAM!

səfər

Qurban Məmmədli necə də Şeyx Nəsrullahı xatırladır!

Qurban Məmmədlinin babasının erməni olduğu iddia edilsə də, mən onda Şeyx Nəsrullahla çox oxşarlıq görürəm. Şeyx Nəsrullah ölü dirildəcəyini vəd edəndə birdən qışqırığa keçir və kitabı, yəni Quranı silkələyib deyirdi: “Kim inanmırsa, gəlsin, bu kitabla verim cavabını!”

Qurban Məmmədlinin də dəmir arqumentləri ordan-burdan yöndəmsiz tərcümələrdə oxuduğu Qurandır, Hacı Şahindir, təzəliklə tapdığı və saatlarla bədbəxt tamaşaçılarına dinlətdirdiyi əldəqayırma ilahiyyatçılar, başqa sözlə desək, demaqoqlar və lotulardır.

Şeyx Nəsrullah, məlum olduğu kimi, Naxçıvanda hər gecə bir qızı siğə eləyirdi. İndi Naxçıvanda törəmələri  olmalıdır. Özü də çox olmalıdır…

“Mən Cəlal müəllimin oğluyam!”

Göümüz aydın! Mən də Həsənağanın qohumuyam. Həsənağa dost-doğma xalam oğludur. İndi neyləyək?

Cəlal müəllimin oğlu olmaq əsil-nəcabət yaradır? Sovet müəllimində nə nəcabət?

Mərhum Cəlal müəllimin yaşını bilmirəm. Təxmin etmək olar ki, Stalinin, Xruşşovun, Brejnevin, Bağırovun, Vəli Axundovun vaxtında müəllim olub. Uşaqlara deyib ki, Lenin sizin babanız, Stalin atanız, Bağırov… Bağırov da atanızdır… Yəni hamısı ananızı zad eləyib… Dərs dediyi siniflərdə Leninin, Stalinin, Bağırovun şəkilləri asılıb. Stalin “pərəstişi” ifşa olunan kimi Cəlal müəlim boğazını arıtlayıb, bəlkə yumurta da içib düşüb Stalinin üstünə. Şəklini aparıb qoyub toyuq hininə. Başlayıb Xruşşovun tərifinə…

Cəlal müəllim yəqin seçkilərdə də komissiya üzvü olub və əlli-altmış adamın yerinə səs verib. Çünki kəndlərdə seçkilərə gedən olmurdu. Seçki komissiyaları məktəblərdə təşkil olunduğundan müəllimlər gəlməyənlərin yerinə səs verirdilər. İndi yalançı alternativ olsa da, sovet vaxtı seçkilər alternativsiz idi. Özü də hər namizəd 99, 99 faiz səs alırdı. Bu faizi o cümlədən Cəlal müəllim kimi müəllimlər təmin edirdilər.

Yəni Qurbanın atası ilə bir müəllim kimi fəxr eləməyə elə bir əsası yoxdur. Sevgi – ayrı şeydir. Qurbanın atası kolxoz suçusu da olsaydı, oğlu onu sevməliydi. Bu, qanın hökmüdür.

Bir şey də var. Qurban Məmmədli internat uşağıdır. Yəni yeddi yaşından Qurbanı atası verib internata. Düz on il Qurban internatda yaşayıb.  İntrernat həyatı, xüsusən Azərbaycan, xüsusən Naxçıan internatıındakı həyat ağır həyatdır. Qurban Məmmədlinin xarakterindəki bir çox cəhətlərin, xüsusən mənfi cəhətlərin onun internatda formalaşması ilə bağlı olduğunu güman edirəm. Daim öz ətrafında təsir, təzyiq qrupu yaratmaq, onu başqa qruplara qarşı mübarizəyə yönəltmək və daimi döyüş hazırlığı vəziyyətində saxlamaq, mövqe qazanmaq, qazanılmış mövqeyi qorumaq üçün heç bir vasitədən çəkinməmək, əsası olmayan ittihamlar yağdırıb rəqibin iradəsini sarsıtmaq…

İnternat uşağı…

Cəlal müəllim niyə yeddi yaşlı uşağını internata verirdi? Yəqin on ya on iki uşağı olduğundan. Niyə Cəlal müəllimin on ya on iki uşağı olmalıydı? 100-120 sovet rublu alan adam nə filkirləşirmiş? Uzağı iki ya üç göz evi olan ailə necə yatıb-dururmuş? Bu halda valideynlərin məhrəm həyatı uşaqların gözü qabağında keçmirmi? Qurban Məmmədlinin psixoloji zədələri bununla bağlı deyilmi? Bəhanə axtarır ki, hansı bir qadınısa fahişə adlandırsın… Hicab-micab… Qardaşı Sərdar bundan betər…

Yalançılıq, manipulyasiyalar, üskük oynatmaq…  Bunlar xeyli dərəcədə internat həyatı ilə bağlı deyilmi?

Burda Ordubad internatının məzunu vardı, bandit idi, öldürdülər…

Nə islam dəyəri? Müsəlman azərbaycanlının həyatı fəlakət olub…

Qurban Məmmədli dahi yerlisi Mirzə Cəlil kimi bizim ayıblarımızdan danşmalıdır ki, onlardan səy və zəhmərtlə xilas olaq, təmizlənək.

Bolşeviklərə qədər geniş yayılmış siğə mənəvi dəyərdir?

Qardaş ölən qardaşının arvadını alırdı — bu, dəyərdir?

Xudayar bəylər, zoğal dəyənəkləri, haqsızlıq, hüquqsuzluq — bunlar nədir?

Və əgər doğrudan da islam dəyərləri mif deyilsə, həqiqətən mövcuddursa, niyə sayı milyard yarım olan müsəlmanlar abırlı bir dövlərt qura bilmirlər? Müsəlmanın qurduğu dövlət zülm ocağı olur.

İslam dəyərləri hardadır? Niyə sən islam ölkəsidə yox, Britaniyada yaşayırsan? Sən Cəfər Cabbarlının pyesindəki personajı xatırladırsan: “Şəriət avam adamlar üçündür. Sənə-mənə nə şəriət…”

“Mən Cəlal müəlimin oğluyam…”

Cənab Qurban, bu bəyanat özünüifşadır. Sovet müəlliminin nəfəsi yalanla gedib-gəlib. Bəziləri qlobal sovet yalanını həvəslə yayıblar, icra ediblər, bəziləri, azlıq, vicdan əzabı çəkib…

Arxayınsınızmı ki, Cəlal müəllim sovet yalanını könüllü yayıb-çoxaltmayıb?

Mirzə ƏLİL

02. 03. 2024, Samara

ANNA AXMATOVA. “MÜDRİKLİK YOX – TƏCRÜBƏ…”

анн ахматова

 

Müdriklik yox – təcrübə; təşnəni söndürməyən,
Ürəkvuran bir içki.

Gəncliksə bazargünü ibadəti kimiydi,
Unudaram çətin ki…

 

Məşəqqətli yolları keçmişəm mənə həmdəm,
Olmayanla nə qədər!

Məni sevəndən ötrü səcdələr eləmişəm,

Ürəkdən kilsələrdə.

 

Ən unutqanı oldum bütün unutqanların,

Sakitcə illər axar,

Qəmli gözləri, öpüş bilməyən dodaqları,
Görmərəm daha heç vaxt.

1913

ruscadan tərcümə

01. 03. 2024, Samara

+++++++++++++++

Анна АХМАТОВА

 Вместо мудрости — опытность, пресное
Неутоляющее питье.
А юность была как молитва воскресная…
Мне ли забыть её?
Читать далее

BİZİM DEKAMERON: KAŞ BÜTÜN OLİQARXLAR MƏŞUQƏLƏRİNİ ƏRƏ VERƏLƏR…

samir Orucov aidə mustafayeva

Mənə Azərbaycandan bir dostum zəng edib deyir ki, Cavid Qurbanov məşuqəsi Aidə Mustafayevanı Ağstafanın icra başçısı Samir Oruucova ərə verib, Mirzə, sən buna necə baxırsan. Dedim ki, çox yaxşı baxıram. Bu, Azərbaycan üçün ilk könüllü istefa kimi bir şeydir, yəni  Cavid Qurbanov, türkün məsəli, presedent yaradır. Bəlkə gələcəkdə məmurlar vəzifələrindən də istefa verəcəklər. Dostum dedi ki, Mirzə, Cavid Qurbanov tam istefa vermir, bir növ Samir Orucovla şərikli müəssisə yaradır. Dedim onda qoy fikirləşim, buna necə baxdığımı sonra deyərəm…

Xeyli fikirləşəndən sonra Covanni Bokkaçonun Dekameron əsrərindən bir əhvalat ydıma düşdü. 6-cı günün 7-ci novellasındakı bu əhvalat Prato adlanan şəhərdə baş verir. Oranın qanununa görə ərinin zinakarlıqda, yəni oynaşının ağuşunda  tutduğu qadın diri-diri yandırılırmış. Günlərin bir günü gözəl qadın madam Filipppanı əri Rinaldo gənc oynaşı Ladzarrino ilə bir yataqda tutur. Əvvəl istəyir ki, arvadı özü öldürsün. Sonra fikriləşir ki, bu işi qanunla görmək lazımdır. Və arvadı çəkir məhkəməyə. Podesta, yəni eyni zamanda məhkəməyə başçılıq edən şəhər icrasının rəhbəri, arvadın gözəlliyini görəndə ona dil atır ki, zinakarlığını boynuna almasın. Gözəl olduğu qədər cəsur olan arvad isə heç nəyi danmır, bütün məhkəmədəkilərin qabağında deyir ki, bəli, mən oynaşımla sevişirəm. Üzünü tutur podestaya, deyir ki, soruşun mənim ərimdən, haçan mən onun istədiyini yerinə yetirməmişəm. Əri təsdiq edir ki, doğrudan da elədir, haçan istəyibsə, arvad yerinə yetrib. Madam çıxışına davam edib deyir ki, ərinin istədiyini verəndən sonra  onun artığı qalır. İndi bu artığı o neyləsin? İtlərə atsın? Saxlayıb xarab eləsin? Ya nəcib bir gəncə versin?

Podesta və bütün məhkəmə bu qərara gəlirlər ki, arvad tamamilə haqlıdır və onu cəzadan azad edirlər.

O gündən  Prato şəhərində zinakarlığa görə qadınlara cəza ləğv olunur. Cəza yalnız özünü pulla satanlara verilir…

İndi qayıdaq Samir Orucovun toyuna. Burda məsələ bir az mürəkkəbdir. Əgər Cavid Qurbanov görübsə ki, cavan məşuqəsinin çox artığı qalır və onu şərəfli bir Əliyev kadrı ilə bölüşdürmək qərarına gəlibsə, hər şey əladır. Ümumiyyətlə, burda hər şey əladır. İndi o aparıcıya çəkilən xərcləri Cavid Qurbanovla Samir Orucov bölüşəcəklər. Fərqi görürsünüz? Hərəsi bir məşuqə saxlasa, ikiqat xərcdir. İkisi birini saxlayanda xərc yarıbayarı azalır. Bəlkə nəticədə Cavid Qurbanov nazirlikdə, Samir Orucov Ağstafada az oğurlayarlar…Belə getsə, Azərbaycanda korrupsiya azalıb gedər…

Dostuma zəng edib dedim ki, bu işə yaxşı baxıram. Əvəz Zeynallı demişkən, kötü deyil, iyidir…01.03. 2024, Samara

Mirzə ƏLİL

 01. 03. 2024 Samara