Архив | 13.05.2024

ROBERT BURNS. VİDALAŞMA

Robert Burns

         1.

 Qoca, soyuq şotland eli, əlvida,
İsti düzənlərdən əzizsən daha,

Dadlı ananaslar bitirməsən də!

Salamat qal anam, əzizim, incim,

Ah çəkən qardaşım, ağlayan bacım,

Cin, qəlbi kədərli sevgilim, sən də!

Körpəm, salamat qal, sən indən belə,

Məhrumsan qayğımdan, burdadır ancaq,
Mənim sədaqətli qardaşım hələ,

Onda məni də gör, yararlan hər vaxt.

Mənim ürək dostum, Smit, əlvida,
Tanrı amanında sağ-salamat qal.

Dost, məni saxlasan əgər yadında

Dost ol bacım Cinlə, qayğısına qal.

                   2.

Ah, bu nə qüssədir qəlbimi didir,
Söylə, bu ayrılıq zəruridirmi?

“Yox” cavab verirsən sən ağlayaraq,
Əfsus, fəlakətlə üz-üzəyəm mən,
Ehtiyac yıxacaq getməsəm, hökmən –

Читать далее

GƏDƏBİYYAT. MƏMMƏD ARAZ NİYƏ GÖYGÖLƏ DAŞ ATIRDI? İÇKİLİ İMİŞ?

MƏMMƏD ARAZ GÖYGÖL

Azərbayan şagirdlərinə Məmməd Arazın «Göygöl» şeiri də keçilir. Baxaq.

«Çiskinli bir gündə gəldim bu yerə,
Dumanda görünməz, dumandı Göygöl».

Çiskində gəlib, ancaq gölü dumanda görür. Bu necə olur?

«Tənha qayalara, lal meşələrə,
Zülmət gecələrə hayandı Göygöl.»

“Qayalar” – yəni çox qaya. “Lar”-dırsa, tənhalıq hardandır?

“Lal meşələr” – şair meşədəki şaqqaşuqu eşitməyib? Niyə cəm halda? Göygölün ətrafında neçə meşə var?

Göl zülmət gecəyə necə hayan olur? Bu, metaforadır? Bəs açılışı nədir? Necə olur ki, xırda bir göl göyün, yəni sonsuzluğun müdafiəçisi olur, onun  keşiyini çəkir?

 «Bir səhər gördüm ki, durulub yatır»

Şair “bu yerə» uzun müddətə gəlibmiş – misradan bilinir.

“Durulub yatır?” Ondan əvvəl Göygölün suyu Kür suyu kimi, salyanlılar demişkən, lıqqa imiş?

«Kəpəzin dibində burulub yatır.”

Bilirdim ki, burulub”dan sonra “durulub” gələcək. Məmməd Araz Azərbaycanın birinci qafiyəbazı olub.

“Qovulan ceyrantək yorulub yatır”.

Göygöl indi də ceyrana döndü… Niyə yorulub? Kim qovurmuş? Göygöl dağ çayıdır ya xırda göl?

“Daş atdım, diksinib oyandı Göygöl.”

İndi şagird müəllimdən soruşa bilər: Şair müqəddəs Göygölə niyə daş atır? Arağı çox içibmiş?

Müəllim də Flora Kərimova kimi deyər: “Əcəb eləyir atır, əlinin içindən gəlib…Arağı dədən içir…»

 Gəlin bu sualı Az Tv ilə səsləndirib Azərbaycan xalqından soruşaq: niyə naxçıvanlı Məməd Araz gedib Gəncənin inci gölünə daş atır?

Yazıq Göygöl: Şair atan daşla vurulub yatır… (bu misra Mirzə Təbildəndir)

“Döşünü qayıqlar düymətək bəzər”.

Qayığın düyməyə bənzəri var? Yoxdur!

“Dedim, bu görkəmlə Xəzərə bənzər”.

Hansı görkəmlə? İki-üç gəzinti qayığı ilə? Yalançının…
“Qızını yaylağa köçürüb Xəzər;
Baxdı, cilvələndi, nazlandı Göygöl”.

Şair “baxdı” deyirsə, baxılan yer görünməlidir. Göygöl hara baxdı? Qayıqdakı harınlara?

 “Yel əsdi, yarpaqlar suya töküldü…”

“Yağış da yağmışdı, yerlərdə palçıq…” Bəlkə heç yel əsməyib, Məmməd Araz özü ağacları silkələyib yarpaqları töküb suya? Gölə daş atan ağacı da silkələyər. Yəqin bir vedrə içibmiş…

“Buludla ağladı, günəşlə güldü,
Deyəsən, bir kövrək insandı Göygöl…”

Siz bu son beytdə, eləcə də bütün şeirdə məhz Göygölə məxsus nəyisə görürsünüz? Bu cəfəngiyatı, DTX günahımdan keçsin, hətta Sevan haqqında da demək olar.

Yeri gəlmişkən, bəlkə Məmməd Arazın müqəddəs Göygölə içkili halda daş atıb ağacları silkələməsi barədə DTX-ya ərizə yazaq?

Qoy soğanbaş kürəkəni Aqil Abbas cavab versin…

X.X.

13. 05. 2024, Samara

ƏRƏSTUN ORUCLU: «DEYİRLƏR AY VAR — YALANDR, HEPATİT C- YALANDR, NOBEL MÜKAFATI — YALANDIR…»

Ərəstun_Oruclu

Ağlın çoxluğu da yaxşı şey deyil, ağlın çoxluğundan bəzi insanlarda xəstəlik yaranır ki, buna da “ağıldan bəla” deyirlər. Rus şairi və dramaturqu Aleksandr Qriboyedov hətta bu barədə bir pyes yazıb. Adı da “Ağıldan bəladır”.

Mənə elə gəlir ki, Ərəstun oruclu da ağıldan bəla azarına tutulub. Mən Ərəstun Oruxlunu son illər təlaş və həyəcanla izləyirim, bilirdim ki, gec-tez onun unikal və tükənməz ağlı başına bəla olacaq. İndi görürəm ki, olub.

Ərəstun Oruclunu sevən mnlərlərlə soydaşıma dərin hüznlə başsağlığı verirəm. Ərəstun Orucluya şəfa arzulayıram, ancaq dərin hüznlə başa düşürəm ki, ağıldan bəla xəstəliyinin müalicəsi yoxdur.

Ərəstun Oruclu may ayının 12-də Qurban Məmmədli ilə söhbətində elan elədi ki, Hepatit C adlı xəstəlik yoxdur, bu xəstəliyi lotular və fırıldaqçılar, mafioz qruplar  uydurublar ki, bahalı və əslində zərərli dərmanları satıb xəstələri soysunlar.

Ərəstun Oruclu deyir:

“Bir həkim tanışımdan soruşdum: “Sən hepatit C-dən neçə nəfərölən  görmüsən? Dedi görməmişəm”

“Amerikada kimə desən Hepatit C, gülərlər”

 Mən azərbaycanca, rusca vikipediyalara etibar etməyib, ingliscəsinn açıb Hepatit C xəstəliyinə həsr olunmuş məqaləni açdım. Mqalə çox böyükdür, tibbi savadım olmadığına görə mənim üçün mürəkkəbdir. Bir neçə informatif fraqmenti azərbaycancaya çevirdim.

 “2019-cu ildə bütün dünyada 58 milyon insanın HepatitC-yə yoluxduğu təxmin edilirdi. 290000-ə yaxın insan virusdan, əsasən virusa aid edilən ciyər xərçəngindən və sirrozdan ölüb”.

“Hepatit C-nin mövcudluğu 1970-ci illərdən güman edilib və 1989-cu ildə sübut olunub”.

“1970-ci illərin ortalarında Yoluxucu xəstəliklər bölməsinin rəhbəri Harvey J. Alter və onun araşdırmaçı komandası  nümayiş etdiriblər ki, post-transfusion hallarının çoxunu Hepatit A və Hepatit B-yə xas olan viruslar törətməyib”.

“Hepatit C-virusunun mövcudluğunu Alter 1988-ci ilin mayında Vaşinqtonda ətbuat konfransında təsdiq edib”.

Hepatit C nəhayət, 2005-ci ildə yapon komandası molekulyar klonu çoxalda biləndə, «açılmışdır.”

“5 oktyabr 2020-ci ildə Houghton and Alter, Charles M. Rice ilə birlikdə tibb sahəsində Nobel mükafatına layiq görülüblər”.

 Mən Ərəstun Oruclunun azarlı olduğuna şübhə eləmirəm. Ancaq bəlkə mən yanılıram? Bəlkə Ərəstun  xəstə-zad deyil, buğa kimi sağlamdır? Bəlkə Ərəstun bəy DTX-nın tapşırığını yerinə yetirir? Məqsəd? Məqsəd — Qurban Məmmədlini gözdən salmaq! Onun elmə, elmi nailiyyətlərə qarşı çıxdığına, ağır xəstəliyə tutulmuş insanları müalicədən çəkindirdiyinə Britaniya dövlət orqanlarını inandırıb verilişini bağlatdırmaq öüzmü də Azərbauycana ekstradisiya etdirmək!

Bilmirəm bu versiyalardan nahsı yaxşıdır: Ərəstunun xəstə olmağı da məni darıxdırır, oun xain və provakator çıxmağını da istəməzdim…

Bir xalq şairi yazmışdı ki, xəyanətdən ölüm yaxşıdır…

Hərçənd özü şərəfsizin biri idi…

Mirzə ƏLİL

13.05. 2024, Samara