Архив | Сентябрь 2024

ROBERT BERNS. «SÜLH OLMAZ, NƏ QƏDƏR Kİ, CEMİ DÖNMƏYİB GERİ..»

Robert Burns

O qəsr divarının önündə, gün gedərkən,

Eşitdim çalsaç kişi nəğmə deyir ürəkdən.

Müğənni oxuduca yaş axıdır gözləri:

 “Sülh olmaz, nə qədər ki, Cemi dönməyib geri!

 +

Kilsə xaraba qalıb, Dövlətdə çəkişmə var,
Aldanışlar, əsarət və ölümcül savaşlar,

Deməsək də, tanıyır bütün el müqəssiri –

Sülh olmaz, nə qədər ki, Cemi dönməyib geri!

 +

Qılınc çaldı Cemiylə mərd, cəsur  oğlanlarım,

Qəbirlərində indi ot göyərir onların;

Dağ çəkib arvadıma ölümlərin xəbəri,
Sülh olmaz, nə qədər ki, Cemi dönməyib geri.

 +

Həyat  yük olub əyir qəddimi günü-gündən,
Mən öz balalarımı, o, tacı itirəndən.
Deyəcəyəm ölüncə ancaq eyni sözlər6
Sülh olmaz, nədər ki, Jemi dönməyib geri”.

1791

ingiliscədən tərcümə

02. 09. 2024, Samara

Qeyd:

Jemi – James Francis Edward Stuart (10 June 1688 – 1 January 1766), 1701-ci ildən ölənə qədər Srtüartlar  evindən İngiltərə, Şotlandiya, İrlandiya yaxt-tacına iddiaçı olub.

++++++++++++++++++++++++++

 

ROBERT BURNS

There’ll Never Be Peace Till Jamie Comes Hame1.
By yon castle wa’ at the close of the day,
I heard a man sing, tho’ his head it was grey,
And as he was singing, the tears doon came: —
‘There’ll never be peace till Jamie comes hame!’
Читать далее

ROBERT BERNS. HƏSSASLIQ

Robert Burns

Həssaslıq, nemətsən gözəl, füsunkar,

Dost, sən həqiqəti deyə bilirsən;

Fəqət çox dəhşətli bəlalar da var,

Bunu da, əlbəttə, yaxşı bilirsən.

 +

Bax elə bu zanbaq, bu qəşəng çiçək,
Gülümsünür günəş şölələnərkən.

Düzənin üstündə sərt külək əscək,

Qırılıb palçığa batacaq hökmən.

 +

Meşə torağayı  dinir şövq ilə,

O öz sevincini beləcə bölər.

Zavallı quşcuğaz çətin ki, bilə,
Səma qulduruna yem ola bilər.

+

 Baha alınırsa gizli xəzinə,

Daha incə duyğu bəxş edər yəqin.

Ən şirin həzz verən akkordla bəzən,

Dinər həm ən dərin notları dərdin.

 

1786

ingiliscədən tərcümə

01.2024, Samara

+++++++++++++++++

ROBERT BURNS

SENSIBILITY

Sensibility, how charming,

 Thou, my friend, canst truly tell;

But distress, with horrors arming,

  Thou hast also known too well! Читать далее

VLADİMİR NABOKOV. DOSTUN XATİRƏSİNƏ

nabokov

Ikimiz oynardıq giləmeyvələr

İşıqlı nöqtətələr kimi közərən,
Sıx meşəlikdə biz; bir ilə qədər,
Yaşda böyük idi yalnız o məndən.

 +

Cürbəcür, davalı kitablar idi,

Bizi bu oyuna həvəsləndirən.

Şamlardan xışıltı eşidilirdi,

Dünya ətirliydi hüdudsuzdu həm.

 +

Boya-başa çatdıq. Və yetişdi hərb,

Bədnamlıq illəri, əzablı zaman.

Bir dəfə sakitcə mənə dedilər,
Dostun öldürülüb, o şən, şux oğlan.

 +

Daha sərt  və sadə olsa da hər şey,
Oynadığı oyun həminki idi,

Yaxşı yadımdadır: meşədə mərsin

Elə bil qızıl qan gilələriydi.

ruscadan tərcümə

09. 09. 2024, Samara

     +++++++++++++++

Владимир НАБОКОВ

          Памяти друга

 

В той чаще, где тысяча ягод
краснели, как точки огня,
мы двое играли; он на год,
лишь на год был старше меня.
Читать далее

ROBERT BERNS. ƏSKİNAS ÜSTÜNDƏ YAZILMIŞ ŞEİR

Robert Burns

Lənət qüdrətinə, kağız parçası!

Sağalmaz dərdimin sənsən əsası,

İtirdim yarımı sən olmayanda,
Yoxsan – boş qalacaq stəkanım da!

Uşaqlar görürəm zavallı, aciz,
Yoxluğun onları qoyub köməksiz.

Gördüm gülümsünür bədəməl yenə,

Baxıb qurbanını saldığı günə,

Əbəs arzuladım səni, istədim,

Rəzili əzməkdi mənim məqsədim.

Yoxsan – doğma yurdu tərk edəm gərək

Bir də qismət olmaz Şotlandı görmək.

1786

ingiliscədən tərcümə

  1. 08. 2024, Samara

+++++++++++++++++++++++

ROBERT BURNS

Lines Written on a Bank Note

Wae worth thy power, thou cursed leaf!
Fell source of a’ my woe and grief,
For lack o’ thee I’ve lost my lass,
For lack o’ thee I scrimp my glass!
Читать далее

VLADİMİR NABOKOV. «YAŞA ŞİKAYƏTSİZ, YAŞA SAYMADAN…»

vladimir nabokov

Yaşa şikayətsiz, saymadan yaşa,
Ötən illəri və planetləri.

Nizamlı fikirlər axar, qovuşar
Verər sənə “yoxdur ölüm” xəbəri.

 +

Həlim ol və tələb etmə səltənət,

Hər şeyin qədrini bil, şükrlü ol.

Buludsuz səmaya elə ibadət,

Dalğalı çovdarı görüb de sağol.

 +

Ötən xülyalara eləmə rişxənd,

Çalış yaradasan daha yaxşını.

Şükrlü, minnətdar olmağı öyrən,

Titrək və xırdaca quşlara baxıb.

fevral 1919

ruscadan tərcümə

02.09. 2024, Samara

++++++++++++

ВЛАДИМИР НАБОКОВ

 

Живи. Не жалуйся, не числи

     ни лет минувших, ни планет,

     и стройные сольются мысли

     в ответ единый: смерти нет. Читать далее

ROBERT BERNS. KEŞİŞ DEYİLƏM YAZAM, MOİZƏLƏR DEYƏM MƏN

 

Keşiş deyiləm yazam, moizələr deyəm mən,

Fitnəyə, qəsdə hazır xadim də deyiləm mən,

İş adamı deyiləm rəqibə tələ qurum,

Qaneyəm yekəqarın bir şüşə olsun, vurum.

 

Yox perə həsəd hissim, baş əyirəm – vəssalam;

Kəndliyə nifrətim yox, miskin olsa da tamam;

Meyxanadakı hər kəs — canlara dəyən qoçaq,
Qayğım da, şöhrətim də dolu şüşədir ancaq.

 

Atı qamçılayaraq, budur, keçir mülkədar,
Sələmçi kisəsini faiz-faiz doldurar,

Görürsənmi havada  kron parlayır necə?

Mənə bu yekəqarın şüşədir müalicə.

 

Əfsus, köçdü dünyadan, can-ciyərim – arvadım,

Təsəlliyçin özümü tezcə kilsəyə atdım,

Dedilər Solomonun ədalətli hökmü var:

Yekəqarın şüşədə dərdinə çarə axtar.

 

Riskli işə bir dəfə məni sövq elədilər,

Sonra məktub gəldi ki, bütün iş gedib hədər.

Qalxırdı zəngin tanış pilləkənləri bu dəm,

Əlində  yekəqarın şüşə — dərdimə məlhəm.

 

“Qayğılarda məzə var” – söylədi qara paltar,

Geyən şair, adını deməyim artıq olar.

İnanmağa hazıram bu qoca pedantla mən,

Qayğın  kefdir, varinsa yekəqarın bir şüşən.

 

MASON LOJASINDA ARTIRILMIŞ BƏND

Dodaqyeri qoymadan qədəhləri doldurun,

Masonlar şərəfinə içməyə hazır olun:

Pərgara, Kvadrata qardaş olan hər kəsin,

Yekəqarın şüşəsiz açılmasın süfrəsi.

1782

ingiliscədən tərcümə

28-29.08. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

No Churchman Am I

 

No churchman am I for to rail and to write,
No statesman nor soldier to plot or to fight,
No sly man of business contriving a snare,
For a big-belly’d bottle’s the whole of my care.
Читать далее

ROBERT BURNS. STRATALLANIN ŞİKAYƏTİ

Robert Burns 

1.

Qatı qaranlığa mənzilim batır,
Çəkir həndəvərdə fırtına qıyya.

Qış axınlarının şiddəti artır,

Tənha mağaramı az qalır yuya.

Büllur axır incə çeşmələrindən,

Vurnuxur durmadan əməkçi insan,

Əsir xəfif dəniz küləyi qərbdən,
Uyuşmur dağınıq fikrimə bu an.

2.

Haqq yolunda gedən mübarizədə,

Nahaq vuran yara ağrıyır yenə,

Göylər əsirgədi zəfəri bizdən,

Necə döyüşsək də şərəf naminə.

Keçdi üstümüzdən təkəri məhvin,

Yox ümid cəsarət oyana bir də,

Dünya özümüzdə  — böyük və zəngin,
Dostdur çatışmayan dünyada bircə.

1787

ingiliscədən tərcümə

27. 08. 2024, Samara

QEYD:

Stratallan  — Jeyms, beşinci vikont Stratallan (1765-ci ildə ölüb)

++++++++++++++++++++++

ROBERT BURNS

Strathallan’s Lament

1.
Thickest night, surround my dwelling!
Howling tempests, o’er me rave!
Turbid torrents wintry-swelling,
Roaring by my lonely cave!
Crystal streamlets gently flowing,
Busy haunts of base mankind,
Western breezes softly blowing,
Suit not my distracted mind.
Читать далее

SEÇKİLƏRDƏN SONRA. SALYANDA QOÇULUQ VƏ ƏXLAQIN İFLASI

salyan-2009

Salyanlıların uzun illər YerAzil (Fəzail) Ağamalını, indi də onun qızını boyunlarına mindirməyi Salyanı tanımayanlara yerli adamların qonaqsevərliyi, gəlməsevərliyi kimi görünə bilər. Salyanı az-çox tanıya adam kimi deyə bilərm ki, bu belə deyil. Salyanlılar nə qonaqsevən, nə də gəlməsevəndirlər. Əliboş qonağın qabağına orta statistik salyanlı bir stəkan çay da qoymaz. Bundan əlavə, şəhər salyanlıları, özlərinin dədə-babaları kəndçi olsalar da, royonun kəndlərindən işə, oxumağa, alverə gələnlərə qarşı həmişə yuxarıdan baxıb və hətta düşmən münasibət bəsləyiblər. Bir vaxt mənim kəndimdə yeddiillik məktəbi bitirənlər təhsillərini Salyanda davam etdirirdilər. Şəhər (yəni o vaxtlar iki cüt bit tək küçəsi olan Salyan şəhəri) uşaqları ilə kənddən gələnlərlə dostluq münasibəti yaranmırdı, kənd uşaqlarını qaranlıq tinlərdə tutub döyür, qəpik- quruşunu alırdllar. Məhəllələrindən geçən yad adamlar asataşmaq salyanlıların şakəri olub. Azərbaycanda məzuniyyətdə olarkən Salyanda qardaşımgilə ya bacımgilə gedərkən dönə-dönə saçıma, papağıma, ümumi görkəmimə sataşıblar. Özünü saxlaya bilməyib cavab verənlərin bəzən qarnını cırırdılar. Bəlkə indi adamlar dəyişiblər, yaxınlaracan  yanında qadın – arvadı, nişanlısı, bacısı – gedən kişi hər an təhqirə məruz qala bilərdi…

Mənim altımış il, əlli il, qırx il əvvəl Salyanda gördüyüm adamlardan tək-tükü salamaq qalar. Çoxunun sümükləri də çürüyər. Onlar niyə dünyaya gəlmişdilər, niyə yaranmışdılar? Saatlarda tinlərdə durub gələnə-gedənə sataşmağa? Qonşu ilə boğuşmağa? Anaşa satmağa?

İkinci dünya müharibəsindən sonrakı illərdən ta altmışıncı illərin ortalarınacan Salyanda xeyli tanınmış qoçu olub. Onlardan bir neçəsini, qocalan vaxtlarında, görmüşdüm: qoçu Səmidi, qoçu Ərəstunu. Yusif Eloğlu ilə hətta bir dəfə çay da içmişəm – dayımla yaxından tanış idi. Bunların qoçu adını necə qazandıqları mənə məlum deyil. Bir şeyi bilirəm ki, onların hər biri uzun müddət həbsdə olmuşdu və küçə xuliqanı deyildilər. Onların yerini 60-cı illərin ortalarından küçə xuliqanları tutdular. Onlar müxtəlif kalibrli idilər. İri kalibrlilər bir qayda olaraq Salyanın imtiyazlı ailələrindən çıxırdılar. Vəzifəli ataların uşaqlarına məhəbbəti onları harın, qudurğan, aqressiv böyütməklə ifadə olunurdu. Bəziləri məktəbə tapança ilə gəlirdilər – Salyan kiçik yerdir, hamı bir-birini ən azı o vaxtlar tanıyırdı – ad çəkmək istəmirəm…

Salyanda baş verən bıçaqlanmaların sayı-hesabı yoxdur, qətlə yetirilənlər yüzlərlə, mühüm orqanları ciddi zədə alıb şikəst olanlar minlərlədir. Maraqlıdır ki, bıçaq işlədənlərin əksəriyyəti sağlam, cüssəli, hətta idmanla müntəzəm məşğul olan adamlar idi. Yəni davanı əlləriylə də uda bilərdilər. Bıçaqlamaq, qan tökmək, lap türmədə oturmaq ona status qazandırırdı, üç-il beş il yatandan sonra qabağına durmağa hər adam cəsarət eləmirdi, tanınmış bıçaqvuranlar restoranda yeyib-içib hesabı ödəmədən gedə bilirdilər, taksi şoferləri havalı müştəri pul təklif eləməmiş “ala, qoy cibinə, ayıbdir” deyib xatanı özündən sovuşdururdu…

O xuliqanların da yerinə süpürgə çəkildi – narkomaniyadan ölənlər oldu, kimsə bıçaqla vuruldu, kimsə güllə ilə. Onların yerinə tamam cılızları, tüləmişləri gəldi. Canavarların yerini leşyeyənlətr tutdular…

Ancaq belə sərt, fövqəladə sərt təbiətli, hətta aqressiyaya pataloji meylli adamların yaşadığı yerdə hakimiyyətə münasibət hörmətli sayılacaq qədər neytraldır. Sovet vaxtı təyin olunan birinci katibləriin, indi rayonu hərləyən icra başçılarının içində hər cür yaramazı, yəni rüşvətxoru da, arvadbazı da,  hətta narkomanı da olub. Salyanlılar onların şəhərində, onların rayonunda özünü Xudayar katdadan da hampazor aparan bu gəlmə rəhbərlərin çıxardığı bütün hoqqalara dinməzcə susublar. Toy mərasimlərini yasa döndrən əlibıçaqlılar “raykomun” qabağından əyilə-əyilə keçiblər. Bolşevik rejimi hakimiyyıti zıbt etdiyi ilk illərdən ÇK-sı, NKVD-si, KQB-si ilə adamların ürəyinə elə xof salıb ki, onlar “rəhbərə”, “böyüyə” münasibətdə bitkiyə, tərəvəzə çevriliblər. Bir franslz komediyasında deyilir: “Brüssel kələminini götür. O düşünürmü? Yox”.

Əslində sovet-bolşevik rejimi də, indi İlham Əliyev rejiminin də ölkə əhalisinə münasibətdə əsas strateji xətti əhalini brüssel kələmi və ya boranı kimi tərəvəzə, düşünməyə qadir olmayan bitkiyə çevirməkdir. Və İlham Əliyev bu xətti bütün əhali tərəvəz halına gələnə qədər davam etdirəcək. Çünki sülalə hakimiyyətinin qalmaqalsız, arxayın və müddətsiz davamı üçün əhalinin tam itaəti lazımdır. Düşünən, xüsusən müstəqil düşünən adam tam itaətə gətirilə bilməz.

Oğru, korrupsioner olduqları, rayonu çapıb-taladıqları hamıya məlum olan başçılara qarşı əhalidə, xüsusilə onun fəallığa qabil hissəsində dözümlü və hətta hörmətli münasibətin səbəblərindən biri əxlaq problemidir. Azərbaycanlılarda əxlaq haqqında təsəvvür, təəəssüf ki, ailədaxili ya intim münasibətlərlə məhdudlaşır. Adamlar bir-birlərinin gözündə tük axtarırlar, kiməsə “gəzəyən”, “pozğun” damğası vurmaq su içmək kimi asandır. Ancaq yaltaqlıq edən əxlaqsız sayılmır. Analoqu olmyan yaltaq – indi dünyaların ən yaxşısına köçmüş Yavər Cəbrayılov İnternet qəhrəmanı olmuşdu. Bu analoqsuz heyvərə yaltağa Salyanda hörmətli adam deyirdilər, məclislədə yuxarı başda otuturdu… Rüşvət alan adam bizim xalqda əxlaqsız sayılmır. Gödək tuman geyən arvad əxlaqsızdır, dövlət xəstəxanasında xəstənin iynəsini pul almamış vurmayan tibb bacısı əxlaqsız deyil, sevdiyi adamla kəbinsiz yaşayan əxlaqsızdır, pulla işə götürən məmur, xəstəni ya onun yaxınlarını diri-diri soyan həkim xanım əxlaqsız deyil.

Salyana  Fəzail Ağamalının və ya onun qızının deputat təyin olunması həm əxlaq pozğunluğu, həm də insanlarlın Konstitisiya hüquqlarını və seçki qanunvericiliyini pozan ağır cinayətdir. Ancaq əxlaq pozğunluğunu, cinayəti vəzifəli adam, xüsusən dövlət başçısının sanksiyası ilə törədirsə, xalqın gözündə bu, nə əxlaq pozğunluğu, nə də cinayətdir. Azərbaycanlı insan ondan alınmış ləyaqətini  geri almaq üçün həm müstəqil düşünmə qabiliyyətini özünə qaytarmalı, həm də əxlaq haqqında təsəvvürünü dəyişməlidir.

Həm Salyanda, həm Netçalada deputatlığa göndərilən şortuların yanında yerli qoçular var idi. Əslində bunlar nəinki 60-70 il qabağın qoçuları, hətta onlardan sonrakı adlı xuliqanlardan da deyildilər. Bunlar əvvəlki iki zümrənin yerini tutmuş kaftarlar, qəbireşənlər, leşyeyənlər idilər. Fəzail Ağamalının qızınıın və Sabir Rüstəmxanlının kaftar arvadının ora-burasını yalayıb yal və hətta vəzifə də qazanan belə üzdəniraqlar utanmadan xalq içində gəzə bilirsə, bu, xalqın ciddi əxlaq problemi olduğunu göstərir…

05. 09. 2024, Samara

QURBAN MƏMMƏDLİ VƏ TURAL SADIQLI DEDİLƏR: «KUN!»

KUN

Bilən bilir ki, bizim Allahımız üçün mümkün olmayan heç nə yoxdur, hər hansı bir şeyin olmağını istəyirsə, “kun” deməyi kifayətdir. Dünən Qurban Məmmədlinin verilişinə baxanda mənə elə gəldi ki, Tanrı öz səlahiyyətini iki saatlığa verib ona və Tural Sadıqlıya. Və Qurban Məmmədli ilə Tural ikisi bir ağızdan “kun!” deyərək elə efirdəcə “xalq parlamenti” yaratdılar, yaradan kimi də siyahı tutub üzvlər qəbul eləməyə başladılar. Qurban bəyə aramsız zənglər gəlir, hərə öz namizədini irəli sürürdü.

-Yaz, bir oğlum Xəlil, biri Cəlil, hər ikisi parlamentə layiqdir…

— Yaz oğlum Heydəri…

— Yox, Mir Bağır ağanı yazma… O çoxdan ölüb, durub vəkillik edə bilməz…

Pardon! Qarışdırdım. Bu siyahı “Ölülər”dəndir. Ancaq Qurban Məmmədlinin Tural Sadıqlı ilə parlament siyahısı tərtib etməyi “Ölülər”dəki qəbiristanlıq səhnəsini xatırladırdı. Yadınızdadırsa, Şeyx Nəsrullahla Şeyx Əhməd dirildəcəkləri ölülərin siyahısını tərtib edirdilər. (Nə eybəcər çıxdı: “tərtib edirdilər”…)

— Tural bəy, yaz Elvin İsayevi.

-Qurban bəy, bu hansı Elvindir? Bütün talış xalqının adından Donbas separatçılaırına yardım göndərən?

— Odur, Tural bəy. Yeri gəlmişkən, burdan bütün talış separatçılarını salamlayıram. Əlikramın da ruhuna bir salavat! Bir dəqiqə, zəng gəlir. Allo, efirdəsiniz.

-Əllo, Qurban bəy, o nə siyahıdır tutursunuz? Mən burda arvadla boğuşurdum, verilişin əvvəlini görmədim. Arvad üzümə qayıtmışdı, it qızı. Qurban bəy, yardım siyahısı tutursunuzsa, bizim ailəni də yazın…

— Oldu, yazarıq. Tural bəy, davam edək.

-Mirzəlini də yazaq. Deyən dilimizdir.

-Hökmən…Yazdm.

-Məhəmməd yavaş-yavaş fransızcanı öyrənir. Yaxşı söyüşlər bilir.

-Gözəl. Mirzəli bizim intellektual resursumuzdur. Yenə zəng gəlir. Allo, efirdəsiniz, danışın.

-Allo! Qurban bəy, sizin parlament yaratmaq qərarınız məni şoka salıb. Bu, tarixi qərardır. Siz tarixi adamsınız, Tural Sadıqlı tarixi adamdır. Bizim millət tarixi millətdir.

-Sizin namizədiniz varmı?

— Var. Mənim oğlumu yazın. Polisə işə qoymaq istəyirdim, pulum çatmadı. Qoy girsin sizin parlamentə. Siz nə qədər maaş verəcəksiniz?…

— Buzovnalı Cəfəri yaz…

-Maştağalı Qəfəri də yaz…

-Yaz Əvəzi.

-Yaz Məlahəti də. Anasını da yaz.

-Ərəstun Oruclunu yaz. Ərəstunu bəyi iki dəfə yaz. 

-Yazdım. Ərəstun iki mandat. Qurban bəy, bəlkə sizin arvadınızı da yazaq?

— Yox, bizim arvad pərdeyi-ismətdədir. Validə ananı yaz…

Seçkilər ərəfəsindəki iki həfdədən çox vaxt ərzində Qurban Məmmədli həqiqətən çox ciddi siyasi maarifçilik işi görmüşdü, seçkilərə həsr olunmuş verilişlərindən bundan sonra da seçki qanunvericiliyinin təbliği, öyrənilməsi və tətbiqi sahəsində yaxşı əyani vəsait kimi istifadə etmək olar. Çox təəssüf ki, Qurban Məmmədli həftələrlə gördüyü yaxşı işi bir saatın içində po… məzhəkəyə döndərdi.

Nə xalq parlamenti? Hanı xalq? Seçki ərəfəsində başlanan siyasi maarifçiliyi yorulmadan, lazım gələrsə, illərlə davam etdirmək əvəzinə, bu adamlar balaqan yaradıb özlərini təlxəyə çevirirlər. Studiyada oturub siyahı tutmaqla parlament yaranır? Tofiq Yaqublu parlament yarada bilsəydi, yaradardı, türmədə çürüməzdi. Xalq Azərbaycandadır və bu xalqın parlament tələbatı yoxdur. Parlament adıyla balaqan yox, illərlə işləyib xalqda bu tələbatı yaratmaq lazımdır, hərçənd bu işin uğurlu olacağına heç kim zəmanət verə bilməz. Ancaq “Ölülər”dəki qəbiristanlıq səhnəsini xatırladan siyahıtutma mərasimi gördüyünüz yaxşı işləri də bayağı komediyaya çevirdi…

 

Mirzə ƏLİL

05.09. 2024, Samara

SEÇKİLƏRDƏN SONRA. İLHAM ƏLİYEV SALYANLILARA «YOXLAMA GÜLLƏSİ» VURDU

salyan-2009

Həyatının təxminən iyirmi ilini türmələrdə və uzaq şimalın həbs düşərgələrində keçirmiş rus sovet yazıçısı Varlam Şalamov yazır ki, iki il ərzində bir məktub da almır. Bir dəfə düşərgə rəisi onu çağırtdırır və iki zərf göstərib soruşur: sənindir? Varlamav arvadının xəttini tanıyıb deyir ki, mənimdir. Rəis Boqdanov deyir: “İndi bax, faşitssifət!” Və hər iki zərfi tikə-tikə eləyib zibil vedrəsinə ataraq deyir: “Rədd ol get!”

Bu, 1939-cu ildə olub. Şalamov azadlığa 1956-cı ildən sonra çıxacaq…

İlham Əliyev və onun ailəsi azərbaycanlılarla Boqdanovun dustaqlara rəftar etdiliy kimi davranır. Əzmək, əzmək, əzmək, bütün insan ləyaqətindən, mənəviyyatından məhrum edib lüt-üryan qoymaq…

Mənə elə gəlir ki, Fəzail Ağamalının qızı Salyana atasına qarşı orda baş vermiş epizodik, spontan etirazın acığına göndərilib. Qudurmusunuz? Etiraz? İndi edin bu etirazı! Salyanı verirəm yeraza nəsillikcə. Hünəriniz varsa, dinin!

Yəni İlham Əliyev arxayın olmaq istəyirdi ki, salyanlılar bir də dörd il əvvəlki qələti eləməzlər. Azərbaycanda bir nəfər də etiraz eləyən olsa, İlham Əliyevin kefi pozular, ixtiyarında olan cənnət nemətləri boğazından keçməz.

Heydər Əliyev də Azərbaycan adamını adam saymırdı. Ancaq Heydər Əliyev hakimiyyətə gələn vaxtlar Qara Qarayev var idi, Rəşid Behbudov var idi, Tofiq Quliyev var idi. Ən azı onları Əliyev adam sayırdı, buna məcbur idi. (Bunu da demək lazımdır ki, adları çəkilən incəsənət adamları heç vaxt ağızlarından tənqidi söz çıxarmamışdılar, sinələri ordenlərlə dolu idi, Qara Qarayev ömrü boyu SSRİ Ali sovetinə deputat “seçilirdi”… Yəni onlar da Əliyev üçün problem yaratmırdılar). İndi Qara Qarayev miqyaslı, Tofiq Qulyev miqyaslı adamlar yoxdur. Ancaq insan ləyaqəti, şəxsi ləyaqət hissi miqyasdan asılı deyil, hətta Azərbaycan kimi arxaik idarəçilyi olan ölkədə də insan ləyaqəti məsələsində birini o birindən üstün edən qanun yoxdur. Şəxsi ləyaqət hissi insan təbiətinin xassəsidir. Əliyev və ona bənzər diktatorların sistemli, metodik işi vətəndaşlarda məhz ləyaqət hissini yox etməyə, onları hər cür təzyiqə, təhqirə, alçalmalara dözən dilsiz-ağızsız kütləyə çevirməyə yönəlib.

Salyana Fəzail Ağamalının qızını göndərməklə İlham Əliyev salyanlılara “yoxlama atəşi” açdı, yəni gülləni alınlarından vurub reaksiya verib-verməyəcəklərini yoxladı.

Salyanlılar reaksiya vermədilər. Çünkü salyanlılar ölüblər.

70-ci illərdə Salyana ağdamlı Nadir Abbasov rəhbərrlik edirdi. Toylarda, yaslarda, çayxanalarda danışırdılar ki, birinci katib arvadbazdır, ona görə yaraşıqlı cavan arvadları vəzifəyə çəkir. 76-cı il daşqınından sonra bir salyanlın ağlamsına-ağlamsına dediyi sözləri xatırlayıram: “Gərək Kür bizi tamam basaydı, hamımız boğulaydıq, belə binamusluqdan ölmək yaxşıdır…”

Nadir Abbasov pencəyini qolunun üstünə atıb küçədə sərbəst gəzirdi. Qorxmurdu ki, kimsə gəlib bıçağı soxar qarnına…

Yox, salyanlılar belə nəcib qarınlara bıçaq soxmurlar. Nəfis yeməklərlə bəslənmiş qarına bıçaq soxmağa hansı salyanının əli gələr? Bıçağı soxarsan arvadına, çəpər qonşuna, kişi söhbəti zamanı qrammatik səhv buraxmış dostuna…

Salyanlılarda hünər olsaydı, sədərəkli quldur Tahir Kərimovu qovardılar. Beş il ərzində onu yağ içində böyrək kimi saxladılar, Salyanın əsgər yaşlı oğlanları onun başına gül səpirdilər…

Salyanda nəinki əsl salyanlılar qalmayıblar, Salyanın özündə salyanlılıq qalmayıb. Şəhərdə bir dənə qədim tikili qalmayıb. Salyanda sıfırıncı illərdə ya da lap əvvəl Zərifə Əliyevanın adına bağça yaratdılar. “Yuxarı”  bəyənmədi, ayrı yerdə daha böyüyünü təşkil elədilər. Zərifə Əliyeva akademik adlansa da, haçansa göz həkimi işlədiyini, kimisə müalicə etdiyini bilən yoxdur. Ancaq Salyanda on illərlə minlərlə adımın gözlərini sağaltmış əməkdar həkim Klavdiya Şarova adsız qəbirdə basdırılmışdı… Salyanda raritet Qələbə bağını məhv edib Heydər bağı qurdular. Mədəniyyət evini dağıtdılar. Yəni Salyan dönə-dönə alt-üst olub, heç kim salyanlıların rəyini soruşmayıb, salyanlıılar isə cınqırlarını çıxarmayıblar…

Təsəvvür edə bilərsinizmi ki, Fransanın ən kiçik şəhərində belə mer şəhərdə başlayır yenidənqurma aparmağa. O mer vəzifəsində neçə saat qala bilər?

Niyə Fransanı İlham Əliyev azərbaycanlıların gözündən salmaq istəyir? Ona görə ki, Fransada demokratiya var, Azərbaycanda isə vətəndaşın vətəndaş hüquqları yoxdur, insanlar əslində öz ölkələrində qastarbayter, nuzdlu işçi kimi yaşayırlar. Onlardan nə etiraz? Bəli, onları deportasiya etmək olmaz. Ancaq türməyə basıb çürütmək olar…

04. 09. 2024, Samara

əvvəli burda: https://xeyrulla.com/2024/09/04/seckilerden-sonra-salyan-ve-salyanlilar/