Архив | Март 2025

VLADİMİR KORNİLOV. HEMİNQUEYİN ÖLÜMÜ

(1928-2002)

Yazıçının haqqıdır bu,
Çaxa alnına güllə.

Hökmən deyil ki, tabutu,

Rəylərlə bəzədilə.

 +

Haqqı var ki, yerini də,

Müddətini də bilə.

Qanun kimi qəbul edin,
Ya da borc sayın elə.

 +

Yoxdur burda tamah, xeyir,
Cəzalıq da yox heç nə.

Rolu yarıda aktyor,
Kəssə, haqlıdır yenə.

 +

Yoxsa məqsəd hərəkətdə,
Və rejissor isə pox.

Artist səhnəni tərk edər –

Bu, hünərdir, ayıb yox.

 

ruscadan tərcümə

04. 03.2025, Samara

QEYD:

Məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminquey 2 iyul 1961-ci ildə ov tüfəngi ilə özünü öldürüb.

+++++++++++

Владимир Корнилов

Смерть Хемингуэя

Это право писателя
Подставлять пуле лоб.
Так что необязательно
Сыпать мненья на гроб.
Читать далее

VAR HƏR BİRİMİZİN İÇİNDƏ DƏRYA…

Var hər birimizin içində dərya,

Tükənməz, nə qədər axa, işlənə,

Yer yana, göy yana qurumaz yenə,
Azalmaz, nə qədər insan ağlaya.

 +

Körpəyə, cavana gülüş yaraşır,

Ağlamağın vaxtı yaş ötəndədir,

Adamsız bir küncə çəkil, tində dur,
Ağla, axıb getsin gözünün yaşı…

 +

Bacın yada düşür, gah da qardaşın,
Gözlərin önünə gəlir anan da,

Hönkür, kimsə əgər yoxsa yanında,

Sıxılma, saxlama, qoy axsın yaşın.

 +

Nə gözəl nemətdir bu saf gilələr!

Tükənmir, ürəyin boşalır ancaq.

Hələ ki, gözlərin yaş axıdacaq,
Nə ölər, nə solar qədim sevgilər.

 +

Qəbrinin üstündə indiyə qədər,
Anam, nə ağladım, nə gül gətirdim.

Yığılsa, bəlkə də bağ bitirərdim,

Burda axıtdığım göz yaşı əgər…

03.03. 2025, Samara

 

PREZİDENTİN ORUCLUQ MAHNISI

İrəmazan yenə gəldi
Yenə oruc tutmuşam.

Yeməyim iki dəfədir –

Bir obaşdan, bir axşam.

 +

İftar açır xalqım sayaq,
Yeyirəm az və sadə:

Ceyran əti, baş və ayaq,

Üstündən də quş südü.

 +

Oruc tutur Mehriban da,
Leyla, Arzu həmçinin.

İndi əsl müsəlmandır,
Həm Heydər, həm də gəlin.

 +

Gözüm xalqın üstündədir,
Çox da orucdur ağzım.

Xəbərim var kim nə dedi,
Bilirəm kim nə yazıb.

 +

Keşiyində asayişin,
Durmuşam yorulmadan.

Bu ölkədə tək kişiyəm,

Çoxsa da insan, adam.

 +

Bağlamışam sərhədləri

Cibimdədir açarlar.

Maşın nədir, qatar nədir –

Qanad salıb uçarlar!

 +

Bir ingilis yazan vardı,
Dediyi görün nədir:

Deyib türmə azadlıqdır,
Azadlıqsa türmədir.

 +

Yenə gəldi İrəmazan,
Yenə oruc tutmuşam.
Xalqımın həm yanndayam,

Başının üstündə həm.

 

Mirzə Təbil

02. 03. 2025, Samara

CORC BAYRON. ZAMANA

Zaman! Sənin ötkəm qanadlarında

Saatlar ləngiyir ya uçub gedir.

Yazın tez ötüşəndir, qış yubanandır,

Qəbrə qovur bizi ancaq hər biri.

 +

Salam! Bu dünyaya gəldiyim andan,
Nemətlər vermisən hər kəsə bəlli.

Yaxşıdır tablaşam yükünə hərçənd,
Təkcə daşıyıram onu mən elə.

 +

Bircə sevən qəlb də, istəmərəm mən,

Sən törədən acı anlara dözə.

Bağışlaram səni, qıymadınsa sən,

Sevdiyim, əzizim olan hər kəsə.

 +

Əbəsdir sıxasan sonra nə qədər,

Sevinc ver onlara, mənə rahatlıq.

Mənim sənə borcum – yaşanan illər,
Borcum ağrılarla ödənib artıq.

+

Hərçənd rahatlıq da vardı ağrıda,

Unutdururdu o, əsarətin yəqin.

Əzab saatları yavaşıdırdı,

Ancaq hesablamır sayını yəqin.

 +

Ümid oyanırdı içimdə hərdən,

Get-gedə azala bəlkə sürətin,

Buludun işığı örtə bilsə də,

Qatar qara günə zülməti çətin.

 +

Müdhiş və qaranlıq olsa da necə,

Ruhumun məskəni göylərin idi.

Təkcə bir ulduzdan yandı qığılcım,
Əbədiyyət deyil ordakı, səndin.

 +

Və o şölə söndü. İndi günlərin
Hər an lənətlənən sayısan ancaq.
Hərə öz rolunu oynayıb gedir,

Nə qədər bezdirə, təkrarlanacaq.

 +

Dəyişə bilməzsən bir səhnə sən –

Sənin sürətinin axı həddi var,

Sonrakılar biz tək incidilərkən,
Eşitmərik, dərin yuxu aparar.

 +

Sənin səylərinə yəüin baxaraq,
Gülərəm onların zəifliyinə.

Adsız baş daşına dəyəcək ancaq

Qisas zərbələrin nə qədər enə.

ingiliscədən tərcümə

01.03. 2025, Samara

+++++++++++++++++++++

GEORGE BYRON

To Time

Time! on whose arbitrary wing

The varying hours must flag or fly,

Whose tardy winter, fleeting spring,

But drag or drive us on to die— Читать далее