В Азербайджане тоже есть LIFENEWS.Там этот информационный орган называется EYNULLIFENWS…
Архивы
ХАДИДЖА: «ПОЕХАЛИ!»
XƏDİCƏ — AZƏRBAYCANIN DİLİDİR…
ХАДИДЖА — ПОБЕДИТЕЛЬНИЦА
JUSTICE FOR KXADIJA
ЛОЖНАЯ ТРЕВОГА
AZƏRBAYCANDA AZADLIQDA DAHA KİŞİ QALMADI…
RAMİZ MEHDİYEV RUS OLACAQ…
Əbdürrəhim bəy Haqverdiyevim gözəl bir əhvalatı var.
Bir kənddə rus böyüklərindən biri iki kəndlini atın quyruğuna bağladıb sürütdürür. Sonra kənd camaatı eşidir ki, elə o hadisənin səhəri günü kəndin bəyi o rusla oturub yeyib-içib. Kəndlilər söz qoyurlar ki, bəyə bayquş elan eləsinlər, yəni boykot. Bəyə ot satmırlar, ət-yağ satmırlar… Bəy bir az ehtiyatından yeyir, deyir ki, tüpürürəm sizin bayquşunuza. Ehtiyat tükənəndə bəyin vəziyyəti ağırlaşır. Çıxır bir damın üstünə, camaatı çağırırı ki, bəs, sizə sözüm var. Camaat əvvəlcə qulaq asmaq istəmir, ağsaqqallar deyirlər ki, gəlin görək bu qurumsaq nə deyir. Bəy deyir ki, camaat, bu bayquşu mənim üstümdən götürün, götürməsəniz, gedib, urus olacam. Camaat deyinir ki, bəs cəhənnəmə ol, gora ol. Ağsaqqallar yenə qarışıb deyirlər ki, bayquşu götürsək yaxşıdır, çünki bu, müsəlman idi, başımıza oyun gətirirdi, görün urus olsa, bizə nə qan uddurar…
İndi də Ramiz Mehdiyev. Deyir ki, dönüb urus olacaq. O da, ondan yuxarıdakılar da, yanındakılar da. İndi görün bundan sonra bunlar camaata nə toy tutacaqlar…
ORDENLƏR QURTARIB?
Yəqin bütün Şöhrət, Şərəf, Qeyrət, Namus ordenləri Əliyevərə, Paşayevlərə, Heydərovlara paylanıb qurtarıb ki, hərbi vertolyot vurmuş əsgərə üçüncü(!) dərəcəli medal(!) verirlər…
ƏYLİSLİNİN YENİ ROMANI: «DƏMİR YUXULAR»
Əkrəm Əylisli səhər tezdən ayılıb oğluna zəng vurur:
— Bala, səhərəcən yuxumda dəmir görmüşəm. Gözüm işlədikcə hər yerə dəmir parçaları dağılıb tökülmüşdü. Şəhərdə bir qəza-zad olmayıb?
— Yox ata. Ancaq azərilər ermənilərin vertolyotunu vurublar.
— Ay bala, elə ürəyimə dammışdı ki, “Daş yuxular”dan sonra “Dəmir yuxular” gələcək…





