Архивы

POLİTİKA.AZ İNTERNET QƏZETİNDƏKİ YAZIYA ŞƏRH

Əkrəm Əylislinin “Daş yuxular” romanına hər hansı – mənfi, müsbət, neytral – münasibət onun Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinin üstündən xətt çəkə bilmədiyi kimi, onun hər hansı məsələ barəsindəki rəyinə qiymət üçün də əsas ola bilməz. Mən “Azadlığ”ın İsa Hüseynova həsr olunmuş verilişinə qulaq asdım, məndə belə təsəvvür yarandı ki, veriliş iştirakçıları arasında yeganə sağlam fikir sahibi Əkrəm Əylislidir. “Azərbaycan” jurnalını təmsil edən cənabın danışıq və düşüncə səviyyəsi filoloji təhsili olan hər kəsi dəhşətə gətirməyə bilməzdi – niyə ədəbiyyatımız bu günə düşüb?

Mən, təəssüf ki, İsa Hüseynovun son otuz ildəki yaradıcılığına bələd deyiləm, ancaq onun erkən nəsrini çox sevmişəm. Mənə elə gəlir ki, mərhum İsa hüseynov da bir vaxt Asif Əfəndiyevin keçirdiyi faciəni yaşayıb, əslində bu, ruhi xəstəliyə yaxın haldır. Mənim fikrimcə, mərhum yazıçının “xəstəlikdən” qabaq yazılmış mətnlərini qorumaq, ayrıca nəşr etdirmək lazımdır. Qoqol “Ölü canlar”ın davamını yandırıb, qalan parçaları oxuyanda görürsən ki, elə yanmağa layiq imiş. İsa Hüseynovun yazdıqlarını yandırmayıb, ancaq elə-bil ki, cızıq-cızıq edib – elə bil Da Vinçinin ya Rafaelin  tablosunun üstünü lopa-lopa rəngləyirsən…

Əkrəm Əylislinin xalqın maarif geriliyi ilə narahatlığını başa düşürəm və bu narahatlığı qorxmadan ifadə etdiyi üçün onu alqışlayıram.

ÖMƏR MƏMMƏDOVUN HƏBSİ

Azəraycan prezidentinin sarayı. İlham Əliyevlə  Rəcəb Ərdoğan.

 

İlham Əliyev: Rəcəb, özüm ölüm, sən nahaq yerə bu şəbəkələrlə əlbəyaxa olursan. Nə bilim Tvitter, şvitter… Biz xoruz deyilik ki, belə cücə-mücəni basaq altımıza. İndi gör mən neynirəm. Ramil! Ala, Ramil! Gətir o uşağı bura! (Ramil Usubov əli qandallı Ömər Məmmədovu salır içəri). Ramil, sal əlini onun cibinə. Yaxşı axtar. (Usubov Məmmədovun cibindən bir kisə narkotik çıxarır). Rəcəb, görürsən, bizdə hər Feysbukda, Tvitterdə şuluq salanın cibindən ağ çıxır, qara çıxır. İndi bu uşaq beş-altı il İnternet üzü görməyəcək. Ramil, qaytar bu narkomanı sal dama.

Rəcəb Ərdoğan: Çox gözəl, mənim azeri qardaşım. Ancaq bizdə əhali çox, İnternetə girən çox, hamısının cibinə atmağa o qədər narkotiki hardan tapaq?

İlham Əliyev: Rəcəb, bəyəm sənin qardaşın öıüb? Günü səhər iki fura göndərərəm. Rəcəb, özün də kayfklanarsan, bu seçkilər yordu sən demokratla mən demokratı…

 

AZƏRBAYCAN XAIQININ İNKİŞAFI HAQQINDA

Azərbaycan xalqı çox inkişaf edib. İndi bir azərbaycanlı asqıranda onun yanındakı başqa bir azərbaycanlı demir “Ya Allah!” Tez girir İnternetə, asğırağa bir “bəyəndim” qoyur.

İNTERNETLƏ MÜBARİZƏNİN İKİ TÜRK KONSEPSİYASI

Bakıda türk dünyasının iki qoçaq lideri bu gözəl ə azad türk dünyası üçün ən aktual məsələni – sosial şəbəkələrə münasibəti müzakirə edəcək. Ədoğanın fikrincə şəbəkələrlə ən yaxşı mübarizə forması onları bağlamaqdır. İlham Əliyev də bağlamağın tərəfdarıdır, ancaq şəbəkəni yox, şəbəkədə siyasi fəallıq göstərənləri. İlham Əliyev haqlı olaraq belə hesab edir ki, şəbəkəyə anaşa atıb onu şərləmək çətindir, şəbəkə fəalını isə bu üsulla şərləyib dama salmağın mexanizmi Bakıda çoxdan yaradılıb və Azərbaycan  bu sahədə bütün dünyaya nümunədir.

KƏLBƏCƏRİN İŞĞALI TƏNTƏNƏ İLƏ QEYD OLUNDU

Kəlbəcər rayonunu işğalının 21-ci ildönümü Azərbaycanda təntənə ilə qeyd olunub.  21 xal kart oyunu üzrə respublika çempionatı keçirilib, finalda Gənzə və Salyan qumarbazları qarşılaşıblar, salyanlılar qalib gəliblər. Çempionlara 21 manat pul, 21 güldən dəstə verilib və üstündə Kəlbəcər təsvir olunmuş medallar təqdim olunub. Sonra toplardan 21 yaylım atəşi açılıb.

AY MƏNİM ARZU QIZIM…

АРЗУ АЛИЕВАlham Əliyevin qızı Arzu Əliyeva Birləşmiş Ərəb Əmirliklərində paraşutla tullanır. Yəqin tezliklə Qarabağa müharibəyə gedəcək…

ЧИСТОСЕРДЕЧНОЕ ПРИЗНАНИЕ?

«…если я почувствую, что кто-то настроен против Гейдара Алиева, то этого человека не только не будет рядом со мной, у него возникнут очень серьезные проблемы», — говорит Аббас Аббасов в интервью с Эйнуллой Фатуллаевым. Очень интересно! С одной стороны, это открытая угроза, которая тянет на уголовную статью. С другой стороны, это дает основание предположить, что Аббас Аббасов мог быть замешан в убийствах известных людей, недостаточно, с точки зрения властей, лояльных к Алиеву – например, Эльмара Гусейнова, непосредственного коллеги и шефа г-на Фатуллаева или академика Зии Бунятова…

TALIBOVUN OĞLU FƏLSƏFƏNİ MƏLƏDİR…

Bu yaxınlarda Yunanıstanda zəlzələ gözlənilir – Vasif Talıbovun oğlu fəlsəfə doktoru adını alanda yunan filosofları qəbirlərində çevriləcəklər…

İLHAM ƏLİYEV DEDİYİNİ EDƏNDİR

İlham Əliyev Haaqada çıxış edərək Ermənistandakı atom elektrik stansiyasının bağlanmasını tələıb edib. Cənab prezident deyib: “Bağlamasalar, özüm gedib bağlayacam, qapısından da yekə bir qıfıl asacam”.

Hamı Əliyevin çıxışına əl çalıb.

 

GÜNEL MÖVLUDLA ƏKRƏM ƏYLİSLİNİN YAZIŞMASI

Günel Mövluddan Əkrəm Əylisliyə

«Əziz Əkrəm can!

Mən indicə qaşlarımı aldırdım, qoltuqlarımın altın təmizlədim. Deməyim odur ki, indi noutbuku, türkümn məsəli, qabağıma qoyub sizə məktub yazıram.

Əkrəm can! Sizin “Daş yuxular” romanında elə ehtiras var ki, daşın özünü qızışdırır. Yanımda erməi dostlar olmayanda, sizin romanə vərəqləyirb qızışıram.

Əkrəm can! Şəkililərin bir erməni məsəli var, deyirlər “ağzının içində”. İndi elə bilin ki, Nobeli şeyi, yəni türkün məsəli, mükafatı sizin ağzınızın içindədir».

 Əkrəm Əylislidən Günel Mövluda

«Əziz Günel xanım!

Mən hələ uşaq olanda görmüşəm ki, bizim Əylisin erməni xanımları necə qaş aldırırlar, necə qoltuq təmizləyirlər. Bibim məni hamama aparmazdı, mən erməni xanımlarına qoşulub hamama gedərdim. Mən o vaxtdan iki millət arasında fərqi başa düşmüşəm. Mən yüz faiz əminəm ki, sizin Cəbrayıl rayonu ermənilər gələndən çox dəyişib, çox qəşəng olub. Mən bu Nobeldən sizə də arzulayıram».