Газета «Йени Мусават» , судя по всему, стала сливным бачком для республиканской прокуратуры.
Архивы
MİN İL KƏLLƏ-KƏLLƏYƏ
Azərbaycanda müsavat-cəbhə qarşıdurması sünni-şiə qarşıdurmasından daha qədimdir, kökü islamdan əvvəlki dövrlərə gedib çıxır. “Kitabi-Dədə Qorqud” dastanlarında cəbhəçilərlə müsavatçıların mübarizəsi geniş əks olunub. Müasir Azərbaycanda bu qarşıdurma daha da kəskinləşib. Məlumdur ki, müsavatçılar cəbhəçilərə qız verməzlər, onlardan qız almazlar. Qızı müsavatçı oğluna qaçmış cəbhəçi deyir ki, qızım ölsəydi ya da yapçıya qaçsaydı, bundan min dəfə yaxşı olardı. Müsavatçı mollalar məclislərdə cəbhəçilərə, cəbhəçi mollalar müsavatçılara lənət deyirlər. Müsavatçı valideynlər qoymazlar ki, onların uşaqları cəbhəçi balalarıyla bir partada otursunlar. Cəbhəçi kişilər heç vaxt müsavatçı dəlləklərə baş qırxdırmazlar. Məlimdur ki, müsavatçılarla cəbhəçilərin hamamları həmişə ayrı olub. Müsavatçı, ürəyi yansa da, cəbhəçi qapısına gedib su istəməz. Cəbhəçi müsavatçıya su versə, qabı sonradan ya sındırar, ya da atar zibilliyə, çünki müsavatçının su içdiyi qab yumaqla təmizə çıxmaz.
Xarici jurnalistlərin yazdığına görə, müsavatçıları cəbhəçilərdən ayırmaq çətin deyil. Müsavatçılar dolmanı yarpaqlı-yarpaqlı yeyirlər, cəbhəçilər dolmanın yarpağını soyurlar. Cəbhəçilər yeriyəndə əvvəl sol ayaqlarını atırlar, müsavatçılar isə sağ ayaqlarını. Cəbhəçilərin bığları müsavatçıların bığlarından yekədir, ancaq cəbhəçiılərin qarınları bir az kiçikdir. Cəbhəçilər and içəndə “Sən öl!” deyirlər, müsavatçılar isə “Özüm ölüm!”
Bunlar, əlbəttə, kişilərə aiddir. O ki qaldı qadınlara, onlar barədə bir söz demək çətindir, çünki müsavatçıların da, cəbhəçilərin də arvadları qıraq-bacağa çıxmazlar…
18.01. 2014-01-18
Mirzə Əil
CƏNNƏT AZƏRBAYCANDA CƏZA ÇƏKMƏYƏ YER YOXDUR
Etibarlı mənbələrdən alınan məlumatlara görə, Azərbaycan Rusiya ilə apardığı son danışqlarda Dağlıq Qarabağın və ətraf rayonların qaytarılmasıda təkid etmir. Azərbaycan bunun əvəzində Rusiyadan Sibir ya Maqadan ərazisində Ağdam ya Zəngilan boyda bir yer istəyir ki, antimilli qüvvələri ora sürgünə göndərə bilsin.
YADİGARIN DASTANI
Müsavat başqanının müavini Yadigar Sadıqova Lənkəran məhkəməsi altı il iş kəsib. Lənkəranın müharibə əlilləri, pensiyaçılar, əlsiz-ayaqsızlar altı il qorxmadan küçəyə çıxa biləcəklər. Bu cənab Yadigar Sadıqov onlara qan uddururmuş. Harda Qarabağ əlili görürmüşsə, yıxıb sürüyürmüş. Bir qıçı olmayanln o biri qıçını da vurub sındırırmış.Hərdən lənkəranlılarla gözü doymurmuş, gedib Cəlilabad, Biləsüvar, Saıyan əlillərinin də qatırmış bir-birinə. Salyanda Yadigardan vaxtlilə qoçu Səmiddən, qoçu Ərəstundan qorxduqları kimi qorxurlarmış. Əlillərdən başqa, Yadigar yapçıların da anasını ağladırmış. Yadigar küçəyə çıxan kimi bütün yapçılar fləşmob keçirib hərəsi bir deşiyə girirmiş. Yadigar Sadıqov hələ bu xalqı çox qırıb-tökəcəkmiş, ancaq söz gedib çıxır zat-aliləri möhtərəm prezident İlham Əliyevə. Zat aliləri minib cin atına və deyib: “Bu ölkənin qanuni prezidenti mənəm! Əlsiz-ayaqsızları ancaq mən əsir-yesir edə bilərəım. Qarabağ əillərinin anasını ancaq mən ağlada bilərəm. Yapçıları dəlmə-deşiyə ancaq mən soxa bilərərm! Yadigar kimdir ki, mənimlə ayaq-ayağa verir! Basın dama, mən xalqımın təhlükəsizliyinin zaminiyəm!”
İndi Lənkəranın və ətraf rayonların əhalisi azad nəfəs alır. Salyanlılar yenə qorxusuz-ürküsüz səhərdən axşamacan tində dururlar. Qarabağ əlilləri bir-birlərinin pəncərələrini əsalarıyla döyüb gözaydınlığı verirlər…
13.01. 2014
ILHAM ƏLİYEV ANTİAZƏRBAYCAN QÜVVƏLƏRİ İFLASA UĞRATDI!
lham Əliyev son çıxışında Azərbaycana qarşı qüvvələrin iflasa uğradığını bildirib. Prezident iflasa uğramış qüvvələrin şəkillərini də nümayiş etdirib. Şəkillərdən görünür ki, anti-Azərbaycan qüvvələr leş kimi tökülüb qalıblar, bəzilərinin ağzından köpük, bəzilərinin ağzından qan gəlir. Zat-aliləri bu əməliyyatın necə keçirildiyini hərbi sirr olduğuna görə açıqlamayıb.
SƏN NƏTİCƏDƏN DE…
Azərbaycanınn ABŞ — dakı səfiri E. Süleymanov yazır ki, “Azərbaycan demokratiya binasının daşlarını hörür”
Bir sovet lətifəsi var: zavoddan ehtiya hissələri oğurlayıb gətirirsən, nə yığmaq istəsən, nəticədə Kalaşnikov avtomatı alınır…
Azərbaycandakı rejim də hansı daşlardan nə tikirsə tiksin, nəticədə türmə alınır…
BACILAR HALAL MALLARINI ALACAQLAR
Gədəbəydə yeni qızıl yataqları aşkara çıxarılıb. Az tv-nin məlumatına görə, bu yatağa qızılları Leyla və Arzu Əliyeva bacıları uşaq vaxtə orda oynayanda basdırıblarmış. İndi qızıllar çıxarılıb sahiblərinə qaytarılacaq.
AYRILIQ MAHNISI
ifa edirlər İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər
Gecılər istidən yata bilmirəm,
Zalım iqtidara bata bilmirən,
Səndən də bezmişəm, ata bilmirəm,
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Bilmirəm birləşık, ya da ayrılaq.
Əli Kərimli
Gecələr yuxuma girir Saatlı,
Cəbhə piyadadlr, iqtidar atlı.
Nə ola, pasportum qaytarılaydı,
Deyəydin ay İsa, “aman ayrılıq!”
Bilmirəm birləşək ya da ayrılaq.
Birlikdə
Deyirlər guya biz qocaldıq daha,
Gərək cavanları çəkək qabağa.
İstefa versək də, bu ayrılığa,
Xalq dözməz, söyləyər: “aman ayrılıq!”
Hər bir dərddən olur yaman ayrlıq.
08.01. 2014
NƏ XƏBƏR VAR, MƏŞƏDİ
Sabirə nəzirə
Nə xəbər var, Məşədi?
— Sağlığın.
-Az-çox yenə də.
— Benzinin qiyməti qalxmış təzədən.
-Eşşəyə mindirəcək milləti bunlar deyəsən.
-Məşədi, ayrı nə var?
Söylə siyasi durumdan mənə açıqlamalar.
— Qəmbərin partiyası xalqa mesaj göndərmiş,
Milli şuradan o, üz döndərmiş.
— De “sən öl”!
— Sən öl!
— Məşədi, valla, yıxılmış evimiz,
İsa bəy getsə, yetim qaldıq biz…
TÜRK POLİSLƏRİNİ AZƏRBAYCANLILAR ƏVƏZ EDƏCƏKLƏR
Türkiyənin baş naziri Rəcəb Ərdoğan deyib ki, bütün polisləri işdən çıxaracaq. Cənab Ərdoğan deyib: “Hamısını it kimi qovacağam. Onların yerini namuslu-qeyrətli azəri oğulları tutacaq. Minlərlə naxçıvanlı elə sabah Türkiyədə canla-başla polis işləməyə hazırdırlar”.
Qeyd etmək lazımdır ki, azırbaycanlı polislər nümunəsiz peşəkarlıqları, satIlmazlıqları və dövlət işinə sədaqətləriylə bütün dünyada məşhurdurlar.