MTN Lənkəran unuversitetinin rüşvər üstündə tutulmuş prorektorunu yoxlayıb, məlum olub ki, qanının bir neçə litri erməni qanıdır. Bu xəbər Azərbaycan xalqına çatdırılan kimi xalq şokdan çıxıb. Çünki xalq azərbaycanlı müəllimin, müsəlman müüəllimin rüşvət aldığını eşidib sarsıntı keçirmişdi.
Архивы
İLAN DAĞI YOXSA TALIBOV DAĞI?
Bakıda Heydər Əliyev adına sarayın qabağında Naxçıvanda olan İlan Dağın maketini yüksəldirlər. Ancaq görünüşündən bu tikili daha çox Vasif Talıbovun naxçıvanlıların ürəyinə çəkdiyi dağa bənzəyir.
ANA VƏ UŞAQ
Kiyevdə anasıyla Heydər Əliyevin heykəlinin yanından keçən bir uşaq soruşur: “Мати, хто цей мужик?” Yəni anacan, bu kişi kimdir. Anası cavab verir ki, bu kişi “звільнив Київ від окупантів”, yəni Kiyevi işğalçılardan azad edib. Uşaq deyir ki, kitabda yazılıb “Київ звільнили москалі”, yəni ki, Kiyevi ruslar azad edib. Anası deyir bala, “це було до того, поки москалі нам дешевий газ давали”, yəni ki, bu, rusların bizə ucuz qaz verdikləri vaxt yazılıb…
KİYEVİN XİLASKARI HEYDƏR ƏLİYEVƏ HEYKƏL QOYULDU
Ukraynanın paytaxtında Heydər Əliyevə möhtəşəm heykəl qoyulmuşdur. Məlumdur ki, general Əliyev Kiyevin alman faşistlərindən azad edilməsi uğrunda döyüşlərə rəhbərlik etmişdir, iki dəfə ağır yaralanmışdır. Göstərdiyi misilsiz şücaətlərə görə Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
LAZIM KİMDİR?
“Vaşinqton post” qəzetində “Lazım kimdir?” adlı maraqlı bir material çap olunmuşdur. Amerikanın görkəmli azərnaycanşünasları Lazım haqqında öz fikir və mülahizələrini bildirirlər. Professor Devid Rafaelsonun fikrinə görə, Lazım xalis naxçıvanlıdır, orta yaşlı kişidir. O hətta Lazımın söz portretini də çəkir: “Boyu uca, saqqallı, gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Burnu əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana”.
Professor Rafaelsonun fikrincə, Lazıma göyçək kişi demək olmaz.
Professor Henri Haverkroft bu fikirdədir ki, Lazım tovuzludur, hətta cavanlıqda başqa tovuzlular kimi saz çalmağı da varmış. Lazımın indi hansı ölkədə yaşadığı barədə azərbaycanşünas alimlər müxtəlif fikirlər deyirlər və İsveçrə, Ərəb Əmirlikləri, Britaniya kimi ölkələrin adlarını çəkirlər. Amerikalı alimlər bir məsələdə həmfikidədirlər: Azərbaycan prezidenti Lazım gəlməmiş heç bir ciddi qərar qəbul etmir. Bu da Lazımın Azərbaycanın siyasi həyatında necə mühüm yer tutduğunu göstərir.
НА ГОА С ДОМАШНЕЙ ЗАГОТОВКОЙ
На пляжах Гоа запретили пить. Теперь руссо туристо вынуждены будут напиваться на весь срок пребывания на Гоа перед отъездом, в России.
YOU TUBE-da RAMİZ MEHDİYEVLƏ BAĞLI VİDEO
Azərbaycan hökumət orqanları, nəhayət, Elşad Abdullayevin video ittihamlarına cavab verdilər. Daxili işlər Nazirliyinin You Tube-da yerləşdirdiyi 12 dəqiqəlik videoda keçmiş deputat Gülər Əhmədova əlində diplomat Ramiz Mehdiyevin kabinetinə gəlir. Diplomatı stolun üstünə qoyub açır və deyir ki, bunu Elşad Abdullayev göndərb deputat olmaq üçün, milyon manatdır. Ramiz Mehdiyev qəzəblə yerindən sıçrayır, diplomatı bağlayıb çırpır Gülər Əhmədovanın başına, saçındam tutub atır kabinetdən qırağa. Əlbəyaxa vaxtı akademikin söyüşləri də eşidilir, özü də söyüşlər ruscadır: “mat vaşu”, “ da ya vas vsex…» “ za koqo menya prinimayete, blya…” və s.
Necə deyərlər, şərhə ehtiyac yoxdur…
AZƏRBAYCANIN ABŞ-a LAYİQLİ CAVABI
Amerikanın Dövlət departamenti Azərbaycanda insan haqlarının pozulması barədə 33 səhifəlik məruzə hazırlayıb. Azərbaycanın xarici işlər nazirliyi buna cavab olaraq ABŞ-da insan haqlarının pozulduğu barədə 333 səhifəlik sənəd yayıb. Sənəddə deyilir:
Amerikada bir insanın kefi istədiyi qədər prezident olmaq hüququ pozulur;
Amarika prezidentinin ölkəsindəki neft və qaz kəmərini istədiyi səmtə yönəltməyə ixtiyarı yoxdur;
Amerika prezidentinin arvadının konqresmen olmaq, bir neçə miyard dollarlıq fonda rəhbərlik eləmək hüququ pozulur;
Prezidentin müxalifətçələri dama basmaq hüququ pozulur;
Prezident qızlarının ofşor biznesinə yiyələnmək hüquları pozulur və ümumuyytlə, Amerika prezidentinin qızları dilənçi vəziyytəində yaşayırlar;
Amerika prezidentinin öz atasına və anasına heykəllər qoydurmaq hüququ pozulur;
Amerika prezidentinin qayınatasının, baldızlarının, qayınlarının, cicilərinin, bacılarının, akademik, rektor, analoqsuz ixtiralar müəllifi olmaq hüquqları pozulur;
Siyahı uzundur. Azərbaycan siyahısının sonunda deyilir: əgər ABŞ-da prezident ailəsinin hüquqları bu cür pozulursa, görün sadə xalqın hüquqları necə pozulur!
Sənəd Səməd Vurğunun ölməz misralarıyla bitir: «Keçəl baxar güzgüyə, Adın qoyar özgəyə!»
RUSLAR DEMİŞKƏN, DERJİ KARMAN ŞİRE!
Azərbaycn daxili işlər nazirliyinin sifarişi ilə İrandan Bakıya bir ton yüksək keyfiyyətli narkotik maddə gətirilib. Bu zəhrmarın yaxln vaxtlarda müxalifətçi gənclərin cibindən çıxacağı gözlənilir.
ŞƏKİ NAĞILI
Şəki. Nazir Ramil Usubov qəbul keçirir. Hacı dayı girir və haçandan-haçana çıxır.
— Hajı dayı, nə oldu? Nazir işini düzəldəjaxmı? – deyə qıraqdakılar soruşurlar.
— Vallax, deyə bilmaram. Mən nazirin işini düzəltdim, indi görüm o neyniyajax.