Архивы

RAMİZ MEHDİYEVİN STRATEJİ YÜKSƏKLİKLƏRİ

Ramiz Mehdiyev deyib ki, “ordumuz vacib strateji yüksəklikləri nəzarət altına alıb” .

Aprelin 17-də Ramiz Mehdiyevin 78 yaşı tamam olacaq. Bu yaşda insanı babasil, adenoma, qəbizlik və bu cür başqa ciddi problemlər incidir. A kişi, sənin strateji yüksəkliklərlə nə işin var? Sənin yüksəkliyin alın təriylə qazandığın pullara tikdirdiyin binalardır. Sən onlara nəzarətdən danış. Yoxsa ki, nə bilim, ordu, strategiya… Bu gün bağırsağını boşalda bilmisənsə, bu sənin strategiyan, strateji qələbən…

Baxıram Ramiz Mehdiyevin bioqrafiyasına, görürəm ki, mən S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət universitetində oxuyanda bu yoldaş orda elmi kommunizmdən dərs deyib. Əslində görüşə bilərmişik. Ancaq mənim müəllimim ayrı adam olub. Adı yadımda deyil. Onların hamısının adı batsın…

Mən diplom işimi Akademiyada işləyən bir makinaçıyaça çap etdirmişəm, əslində o qadın makinaçı deyildi, hansı institutdasa işləyirdi, makinaçılıqla əlavə pul qazanırdı – səhifəsi 1 manata. Diplom müdafiəsindən sonra isə elmi kommunuzmdən dövlət imtahanı olmalıydı. O makinaçı qız işimi çap edib mənə verəndə dedi: “Yazınızdan görürüəm ki, imtahanı özünüz verəcəksiniz. Yoldaşlarınıza deyin, kim qiymət almaq istəyirsə, mənimlə danəşsın”.

Söz verdim ki, deyərəm. Ancaq heç kimə demədim. Hamı adamını çoxdan tapmışdı. Deyirdilər ki, elmi kommunizmin qiyməti 400 manatdır…

İndi Ramiz Mehdiyev kimi belə elmi kommunizm müəllimləri ölkəni nəinki kommunizm kimi parlaq gələcəkdən, ümumiyyətlə hər cür gələcəkdən mərhum edirlər…

 

POLKOVNİK-LEYTENANT? BAŞA DÜŞMƏDİM…

Yenə dillə bağlı bir məsələ. Bəlkə də bunun Azərbaycan ordusunun döyüş hazırlığına və ruhuna heç dəxli yoxdur, ancaq başlardakı çaşqınlığı, şüurlardakı qarışıqlığı yaxşı göstərir.

Bizdə “podpolkovnik” sözünü “polkovnik-leytenant” sözüylə əvəz ediblər. İndi görək bu rütbə adı necə yaranıb.

“Polkovnik” – rus, slavyan sözüdür, polka (alaya) rəhbərlik edən zabitin rütbəsidir. “Podpolkovnik” polkovniklə mayor arasındakı rütbədir. “Pod” önlüyü polkovnikdən aşağılıq bildirir.

Amerikalılarda və britaniyalılarda bu rütbənin adı “lieutenant colonel»-dir. “Colonel” – polkovnikdir, “leytenenat” əlavəsi isə polkovnikdən aşağı, mayordan yuxarılıq mənasındadır. “Leytenant” sözünün özü fransız mənşəlidir.

Yəni Azərbaycanda (yəqin Cəbhə vaxtı) rütbə adının yarısını ruslardan, yarıısını amerikalılardan götürüb eybəcər bir söz yaradııblar.

Yenə deyirəm, bunun yəqin döyüş hazırlığının səviyyəsinə, ordu intizamına heç dəxli yoxdur. Ancaq bu, başlardakı dumanı, xaosu göstərir.

Bir çox insanlarda dili dəyişmək, onu türkləşdirmək, ruslaşdırmaq, ingilisləşdirmək istəyi qaşınmaq azarı kimi bir şeydir. Keçmişdə, dava-dərman olmayan vaxtlarda, belə insanların əllərin bağlayırmışlar ki, qaşına bilməsinlər….

06.04. 2015

AZƏRBAYCAN ORDUSU YA KƏNDLİ ORDUSU?

Azərbaycan əhalisinin tərkibi haqqında İnternetdəki son dolğun məlumat 2013-cü ilin iyul ayına aiddir. Beləliklə, bu məlumata inansaq, iki il yarım əvvəl Azərbaycanda şəhər əhalisi 53, 1%, kənd əhalisi 46, 9 % təşkil edib. Yəqin ki, ötən müddət ərzində bu nisbət çox dəyişməz, dəyişiklik də şəhər əhalisinin xeyrinə olar.

Göründüyü kimi, şəhər əhalisi kənd əhalisindən xeyli çoxdur. Orduya çağırış Konsitusiya norması olduğuna görə, suravi heyətdə də nisbət təxminən belə olmalıdır. Ancaq itkilərə baxsaq, görərik ki, cəbhədə ölənlərin az qala yüz faizi kənlilərdir.

Bu vəziyyət necə yaranıb? Bu vəziyyəti kim yaradıb? Mən mütəxəssis deyiləm, öz mülahizəmi deyirəm: belə vəziyyəti ancaq korrupsiya yarada bilər, başqa heç nə yox.

Müdafiə nazirindən çox yaxşı sözlər yazırlar. Ancaq Zakir Həsənovun vaxtında bu məsələdə heç nə dəyişməyib. Yenə səngərlərə kənd uşaqlarını yığırlar.

İndi müasir silahlardan istifadə, müsir döyüş taktikaları əsgərdən yüksək hazırlıq tələb edir, yüksək vətənpərvərlik, qeyrət kifayət deyil. Dövlət rəhbərliyi özü etiraf edir ki, kənd məktəblərinin məzunlarının mühüm hissəsinin bilik səviyyəsi aşağıdır. Onda bəs necə olur ki, məktəbi “üç”lə qurtarmış kənd uşaqlarının əlinə  iki-üçü ay hazırlıqdan sonra müasir silah verib qoyurlar düşmənlə üz-üzə?

Hanı İnternetdə “bla-bla-bla” eləyən rusdilli zirək oğlanlar?

Əgər ordunun əsas komplektləşdirmə prinsipi korrupsiyadırsa, onun lap xırda qələbəsi çox böyük itkilər bahasına başa gələcək. Biz kənd uşaqlarının meyitlərini ayaq altına döşəıyib yüksəkliyi yalnız adında olan təpəyə dırmanırıq. Bu, düzdürmü?

Niyə şəhər uşaqları əsgərlikdən qaçırlar? Niyə pulu olan əsgərlikdən qaça bilr? Niyə nəinki ölkə, hətta rayon səviyyəsində rəhbərlərin uşaqları cəbhədə deyillər? Cəbhədə deyillərsə, bəs hardadırlar?

Yaxşı, ölkə uğrunda döyüşmək kəndli balalarının alnına yazılıbsa, niyə heç olmasa rayon mərkəzlərində Rusiyadakı kadet məktəbləri kimi hərbi məktəblər açılmır? Axı kənd uşaqlarının orduya hazırlıqlı gəlməsi onların ilk döyüşdəcə tələf olmaq ehtimalını azaldardı.

Mən istərdim ki, mənim həmvətənlərim Qarabağ ətrafındkı döyüşləri futbol oyunu kimi izləməsinlər. Uşaqlarımız qırılırlar…

Mən məktəbli olanda, bəlkə 11-12 yaşım olardı, Ukrayna yazıçısı Oles Qonçarın “İnsan və silah” romanını azərbaycanca oxumuşam. İlk döyüşdəcə öldürülmüş on səkkiz yaşlı əsgərin cəsədinə, yanına düşmüş əlinə baxan müəllif “bu  əlin heç vaxt qadın sinəsinə dəymədiyini” düşünür… (mən yaddaşla yazıram).

Bax, belə.

Və fikirləşməyin ki, iqtisadiyyatda, maarifdə, səhiyyədə yarıtmayan rəhbərlik müdafiədə yarıda bilər.

Bilməz!

“Əli heç vaxt qadın sinəsinə dəyməmiş” qanına qəltan olan gənclərimizi düşünün!

05.04.2016

Samara

 

 

 

VETERANLARA HÖRMƏT EDİN! QAZİ-QAZİ DANIŞMAYIN!

İlk dəfə “veteran” sözünü “qazi” ilə əvəz etmiş insanın qol-qıçınl sındırmaq, dişlərini qarnına tökmək də azdır. Latın mənşəlibBu gözəl, samballı, beynəlxalq “veteran” sözü kimin gözünıə girirdi?

“Qazi” sözü Azərbaycan folkorunda həmişə neqativ məna daşıyıb. “Qazi”  — lətifələrdə rüşvətxor, imanının pula satmış hakimdir.”Kişi ağzında qızıl kimi söz danışır, sən izə qaz kimi boğazını uzadırsan”, — bunu qazi deyirdi.

Özünü çəkən, dartan adamlara deyirdilər: “Qazi-qazi danışma!”

Üstəlik Üzeyir bəyin ölməz səhnəsi: «Gedin, gedin, qaziyə deyin, qoy kəbini kəssin».

Dili təmizləyirik? Onda gəlin “kitab”, “dəftər”, “məktəb” sözlərini dəyişək. “Dərd”, “dərman” sözlərini dəyişək.

Əgər dillərini təhrif olunmuş fransız, ərəb, ingilis sözləriylə “zənginləşdirmiş” türkləri təqlid etsək,özümüzü gülünc günü qoyarıq. Özümüz cəhənnəm, veteranları gülünc günə qoyarıq.

Veteranlara hörmət edin! Qazi-qazi danışmayın!

 

 

MÜDAFİƏ NAZİRLİYİNDƏN MƏLUMAT

Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri hərbi əməliyyatların gedişi barədə yoxlanılmamış, dəqiq olmayan məlumatlar yayırlar. Məsələn, dünən haqqin.yox saytı xəbər verirdi ki, Azərbaycan əsgərləri Xədicə İsmayılovanı və İlqar Məmmədovu azad ediblər. Bu gün müdafiə nazirliyi bəyanatla çıxış edib bu xəbərin səhih olmadığını bildirmişdir.

SÜTÜL UŞAQLARI KİBRİT ÇÖPÜ KİMİ YANDIRIB ATIRLAR…

Şəhidlərdən birinin hərbi xidmətə oktyabrda çağırıldığı deyilir. Karantini çıxsaq, həlak olduğu günə qədər bu əsgər cəmi dörd ay hazırlıq keçib. Bu qədər hazırlıq ön mövqedə olmaq, düşmənlə kəllə-kəlləyə gələ bilmək üçün kifayətdirmi?

Azərbaycanda hərbi xidmət müddəti il yarımdır. Yəni ki, bu əsgər döyüşə girməmişdən qabaq bir neçə ay da təlim keçə bilərdi. Üç-dörd aylıq təlim görmüş əsgər heç özünü də qoruya bilməz.

Biz tankın, təyyarənin, topun qiymətini bilirik (Əlbəttə, təxminən, korrupsiya tərkibini çıxmaqla). Ancaq insanın qiymətini bilmirik. Bu əsgərin ayağı yer tutana, ağlı kəsənə qədər anasının gecəsi-gündüzü olmayıb, biya-başa çatanacan valideynləri min zəhmət çəkiblər. Dövlət xərc çəkib məktəbinə… Niyə bu uşaqları kibrit çöpü kimi yandırıb atırlar?

Azərbaycanın əhalisinin sayı bir milyon kişini silahlandırmağa imkan verir. Bu bir milyonun içində yaxşı hazırlıq görmüş insanlar var. Bu halda 19-iyirmi yaşlıları güllə qabağına vermək cinayət deyilmi?

Mən əvvəldə üç-dörd ay müddətli hazırlıqdan dedim. Əslində heç hazırlığın adı hazırlıqdır. Mən Azərbaycana gedəndə fürsərt olduqca ordudan qayıtmış uşaqlarla danışıram. Heç yaxşı təəssür yaranmır. “Mən minaatan idim. Bir dəfə bizi apardılar böyük təlimə. Bir minaatan verdilər. Baxdıq, dedik ki, bu bizlik deyl. Ata bilmədik. Elə də qayıb gəldik” – bunlar əsgərlikdən gəlmiş gəncib sözləridir, heç nə dəyişməmişəm.

Bir vacib məsələ: Azərbaycanda hamı bilir ki, hansı təzə əsgərlər ön mövqeyə düşürlər. Bu əslində faciədir. Əsgər bilir ki, niyə onun yoldaşını saxlayırlar cəbhhə xəttindən əlli kilometr aralıda, onu isə göndərirlər səngərə. Bunu bilir, ancaq başını salıb aşağı gedir…

Mənə elə gəlir ki, 19-20 yaşlı, cəmi bir neçə ay keyfiyyətsiz təlim görmüş əsgər həyatını itirirsə, bunun məsuliyyətini müdafiə naziri daşıyır.

 

 

«МЫ ЗАСТАВИМ ИГИЛ ВЗЯТЬ НА СЕБЯ ОТВЕТСТВЕННОСТЬ ЗА ПОЖАР В МИНОБОРОНЫ!»

Сергей Шойгу заявил: » Мы будем нещадно бомбить запрещенное в России Игилл, пока оно, суко, запрещенное в России ИГИЛ, не возьмет на себя ответственность за пожар в Министерстве обороны».

DÖYÜŞƏ ANCAQ «AZSEKTOR» GEDİR?

Bir neçə ay əvvəl FB-da mənimlə dotstluqda olan “rusdilli”  bakılı gənc qadının səhifəsində  (əsli salyanlıdır) azərbaycanlıların fiziki qusurlu olduqları müzakirə edilirdi. Müzakirə mövzusu əsasən kənd azərbaycanlıları idi: oğlanlar balacadırlar, əyri-üyrüdürlər. Mədəniyyətsizliklərindən isə danışmaq artıqdır…

Mən o qadını izləmirəm, yəni əbunədən silmişəm, indi nəyi müzakirə etdiyini bilmirəm. Ancaq istərdim ki, indi üzlərini, saçlarını boyadıb ağartmış, özlərini rusluğa qoymuş bu qadınlar indi yaxşı fikirləşsinlər ki, hnsı ölkədə yaşayırlar, hansı xalqa mənsubdurlar və onların “rusdilli”, “mamlı-matan” həyatını kimi qoruyur və onların qara qəpiyə dəyməyən həyatları uğrunda kimlər ölür!

Baxın, ölənlər kənd uşaqlarıdır! Lənkəranın Vilvan kəndi yanvardan bəri iki şəhid verib! Tərtərlilər, sabirabadlılar, neftçalalılar, zaqatalılar onlara Bakıda əyri baxan, onları həqarətlə “azsektor” adlandıran “rusdilli” mamlımatanlardan ötrü, gecə klublarında keflər çəkən, gündüzlər bahalı maşınlarda fironluq edən “mama oğulları”nda ötrü ölürlər!

Bəlkə ölkə bundan sontra ayıla? Ölkəni ermənilərdən azad etmək eşqiylə yaşaya-yaşaya xalq yaddilli, yad məfkureəli, özünü fəxrlə “russkoyazıçnı” adlandıran zümrənin yanında ikinci dərəcəli zümrəyə çevrilib.

Ölənlərin siyahısına bir də baxın, görün kim hardandır. Bütün millət o kənd uşaqlarının xatirəsi önündə xəcaət hissi keçirməlidir.