Архивы

KƏND UŞAQLARI KİMDƏN VƏ NƏDƏN ÖTRÜ ÖLÜRLƏR?

Cəbhədə sütül kənd uşaqları qırıldığı bir vaxtda Bakı böyük bir sirkə çevrilib.

Bir yanda bir neçə min gənc çıxıb küçəyə, tuturlar, tutulmurlar, deyirlər buraxın gedək erməniləri mələdək.

Milli bayraqlarla örtülmüş avtomobillərin yürüşü. (Əslində Bakıda avtomobillərin hərəkəti elə həmişə yürüşdür, bşqa bir şey fikirləşə bilərdilər…)

Prezident dəstə göndərib Əli Kərimlinin evini daşa basdırır. Əli Kərimli də yazır ki, o bəzi-bəzi adamlar kimi birinci Qarabağ müharibəsi vaxtı dəri gödəkçə alıb-satmayıb, ermənilərlə əlbəyaxa vuruşub… Ancaq demir ki, onun özünün, müavinlərinin, katiblərinin, süpürgəçilərinin uşaqları cəbhədədirlər ya yox…

Bunlar hamısı, əlbəttə, dolaşıq məsələdir, müzakirə təşəbbüsü sürüşkən yola çıxarar. Rusların sözü var, deyir bilmirsən onun papağını oğurlayıblar, ya o, papaq oğurlayıb…

Bircə şey aydındır: şəhid cənazələri Bakının Fəvvarələr meydanına, Neftçilər prospektiinə (indiki Bakını tanımıram, orda daha hansı yaxşı yerlər var?) gətirilmir. Meyidlər Lənkəranın, Masallının, Cəlilabadın, Salyanın, Neftçalaın, Beyləqanın, Şamaxının kəndlərinə gətirilir.

Ön mövqedə, “ölüm” mövqeyində ancaq kənd uşaqları yerləşdirilirsə, bu, təsadüfi ola bilməz. Bu o deməkdir ki, təhlükəsiz ya xeyli təhlükəsiz yerə düşənlər məsələni pulla həll ediblər. Ya da “adamları” var ki, bu özü də pul kimi bir şeydir. Mən hələ ordudan tamam yayınanları demirəm. Buna lap çox pul ya çox yekə adam lazımdır. Əgər belə olmasaydı, hökmən döyüşlərdə nazir balalarının, prokurorların, rayon rəhbərlərinin, böyük işadamlarının uşaqları da olardı. Məlum olur ki, yoxdur. Məlum olur ki, güllə qabağına kasıb kənd uşaqlarını göndərirlər. Bu, açıq-aydındır.

Əlbəttə, kənddə hamı kasıb deyil. Ancaq mən özüm də kəndliyəm, yaxşı bilirəm ki, kəndlilərin çoxu uşağına pula qıymır, uşağının təhsilinə də pul xərcləmək istəmir. Ayağı yer tutandan muzdur kimi işlədirlər, on səkkiz yaşı çatan kimi də yazıq uşaq gedir əsgərliyə. Şəhər uşağının papası-maması onu əsgər getməyə qoymur, getsə də, “yaxşı” yerə düzəldir, kənd uşağının atası pulundan keçmir. Əslində uşağın xırda yaşından qazandığı pulu da onun özünə xərcləmək istəmirlər. Bəzi daşürək atalar uşaq şəhid gələndən sonra ora-bura qaçırlar ki, havayı qaz çəkdirsinlər, işıq pulundan azad olsunlar…Vallah, belələri var…

Ancaq daşürək, pulunu uşağından çox istəyən ataların olmağı milli orudunun bu cür cinayətkar şəkildə komplektləşdirilməsinə haqq qazandıra bilməz. Qazı, keyfiyyətli içməli suyu, yaxşı yolu, klubu, həkim məntəqəsi olmayan kəndlərdə yas qurulur, iki milyon yarım əhalisi olan Bakı kefində. Bu necə ölkədir? Kənd arvadları öz uşaqlarını harınlara qurban verməyə doğub-böyüdürlər?

Salyanlı, Neftçalalı  ya Beyləqanlı öz rayonunda hüquqsuzdur, göndərirlər Sədərəkdən ya ayrı bir yerdən banditin birini, beş il, on il yeyir, dağıdır, yəni yerli insanları minib çapır. Sonra da bu insanların uşaqları gedib o sədərəkli banditin, prezidentin rayon başçısı təyin etdiyi ofisiantin yolunda ölülrər. Döyüşdən sağ çıxanların da öz ölkələrində heç bir hüququ yoxdur, onları Arif Paşayev, Ramiz Mehdiyev, Nazim İbrahimov, Kəmaləddin Heydərov kimi harınların tikintilərində qul əməyi gözləyir.

Deyirlər ki, əsgərlərimiz cəbhədə xalqın, ölkənin şərəfini müdafiə edirlər. Hansı şərəfini? O uşaqlar öz ölkələrində ləyaqətlə yaşaya bilirlər? Əgər bir gənci İnternetdə yazdığı iki kəlmə sözə görə şərləyib dama basırlarsa, o nəyin, kimin şərəfini ləyaqətini müdafiə üçün canını verməlidir?

2002-ci ildə bacımın nəvəsi Səid Həsrətov xidmət müddətinin iki ay qalmış 11 nəfər başqa yoldaşıyla qar uçqunu altında məhv olub. Meyidlərini iki aydan sonra tapmışdılar. İndi İnternetdə bu hadisə haqqında məlumat axtarıram, heç nə tapılmır. Elə bil ki bu 12 igid heç dünyaya gəlməyibmiş. Onlar kimdən ötrü öldülər? Dünən Səidin sinif yoldaş olmuş mayor Samir da Neftçalada  dəfn olundu. Onlar Neftçalalılar üçün canlarını verdilər? Ya Neftçalanın da təbii sərvətlərini ələ keçirmiş Kəmaləddin Heydərov üçün?

Mənim övladım yoxdur. Mənim övladım olsaydı və mən Azərbaycan vətəndaşı olsaydım, uşağımı orduya verməzdən əvvəl şərt kəsərdim: parlament olsun, məhkəmə olsun, mətbuat azadlığı olsun, xalq öz sərvətinin nəyə, hara xərcləndiyini bilsin və bir çox başqa tələblər. Yalnız bu tələblərin ödənəcəyi halda mən bu orduya uşaq verərdim.

Və nə qədər ki, ordu indiki kimi komplektləşdiriləcək, yəni qabağa kasıb kənd uşaqları veriləcək, biz heç bir qələbə gözləyə bilmərik. Qələbədən, əlbəttə, danışmaq olar. Hər şeydən danışmaq olar. Kim Çen Inın televizoru deyir ki, futbol üzrə dünya çempionatını Şimali Koreya udub. Ancaq biz bilirk ki, çempionatı kim udub…

10.04. 2016

Samara

 

ŞOK XƏBƏR: HAQQİN.AZ SAYTI İŞĞALDAN AZAD OLUNMUŞ RAYONLARDAN BİRİNƏ KÖÇÜR!

Məşhur Azərbaycan jurnalisti Eynulla Fətullayev bildirib ki, başçılıq etdiyi redaksiyaları işğaldan azad olunmuş rayonların birinə köçürmək, özü də  ailəsiylə orda yaşamaq niyyətindədir. Haqqin.az redaksiyasının işçiləri artıq bütün avadanlıqları ilə Bakıdan çıxıb Qarabağa yollanıblar. ANS PRESS və APA agentliyi də azad olunmuş rayonlara köçmək niyyətindədir. Mir Şahin mütəxəssislərlə villalarından birini Qarabağa necə aparmaq barədə məsləhətləşir.

ЭСТЕТИЧЕСКОЕ ОТНОШЕНИЕ К ДЕЙСТВИТЕЛЬНОСТИ

Виолончелист и дирижер Сергей Ролдугин существенно повлиял на эстетическое воспитание российского президента. Маэстро привил вкус к русской классической музыке Владимиру Путину, который раньше увлекался только немецкой музыкой. Теперь, когда друзья встречаются, Владимир Путин всегда просит своего друга исполнить ему вершину русской классики – «Мурку». «Изумительная, нечеловеческая музыка!» — каждый раз с восхищением говорит Владимир Владимирович.

MİR ŞAHİN ERMƏNİYMİŞ!

ƏMİRASLAN 2

Azərbaycan əsgərinin şəklini ancaq erməni bu cür «bəzəyə» bilərdi…

ANS PRESS YENƏ ŞƏHİDLƏRİN ŞƏKLİNDƏ REKLAM KAMPANİYASI APARIR

ƏMİRASLAN XEİRBƏYOV.jpg

ƏMİRASLAN 2

Bu şəkillədəki soldakı əsgər qusarlı Əmiraslan Xeirbəyovdur. 20 yaşında həlak olub. Sinəsində ANS Press-dən olan oğraşlar reklam yerləşdiriblər. Mir Şahinin erməni olmağına şübhə qalmır…

 

KƏND UŞAQLARI “CƏRİMƏ BATALYONU”NA ÇEVRİLİBLƏR?

Əgər itkilərin İnternetdə yayılan siyahısı doğrudursa, Azərbaycan ordusunun komplektşdirilmə prinsipləri ciddi suallar doğurmalıdır.

Siyahııya baxanda məlum oluur ki, şəhidlərin böyük əksəriiyəti kənd rayonlarındandır. Rayon mərkəzlərindən də yox, rayonların kəndlərindən.

Salyandan iki şəhid var. İkisi də kənddəndir: Xalac və Kürqaraqaşlı.

Lənkərandan da eləcə. Neftçaladan da. Bu, təəccüblü deyil? Niyə ancaq kənd uşaqları?

Başqa bir məsələ. 2015-ci ilin məlumatına görə Bakının əhalisi 2 204 200 nəfərdir. Salyanın əhalisi isə  124 900 nəfər. Deməli, Bakının əhalisi Salyanın əhalisindən təxminən 20 dəfə çoxdur. Elə isə, niyə Bakınin itkiləri Salyanın itkiləri qədərdir? Özü də Xocahəsən qəsəbəsini ancaq şərti olaraq şəhər saymaq olar.

Kim ordunu belə komplektləşdirir? Kim əsgərləri “kədli-şəhərli” prinsipi ilə yerləşdirir? Belə çıxır ki, kənd uşaqlarından “cərimə batalyonu” kimi istifadə edib verirlər qabağa. Bu, cinayət deyilmi?

Elə çıxmasın ki, mən guya bakılılara ölüm arzulayıram. Yox, bunalrı yazmaqda məqsədim odur ki, mən heç kimin ölMəyini istəmirəm…

 

KEÇƏL HƏMZƏLƏR İNTERNETƏ DƏ DOLUŞUBLAR

Məni az-çox tanıyan bilir ki, pis-yaxşı bacardığım yeganə şey yazmaqdır. Və mənə Feysbukda “dost”luq göndərirsə, məqsədi mənim yazdıqlarımı oxumaqdır. Ancaq məlum olur ki, fikri məni oxumaq deyil, İnternetə zir-zibil yükləyib mənə göstərməkdir…

Vallah, ağsaqqal vaxtımda yaxam qalıb abırsız insanların əlində…

Zir-zibil yükləməkləri bir yana, bu zibildə hələ məni işarələyirlər də!

Belə zülm olar?

Bir ay qabaq on beş nəfəri sildim. Yenə “dost”olmaq istəyınlər çıxdı. Dünən yenə beşini sildim. İndi beş-altı nəfər saxlayacam. Çünki məni oxuyan beş-altı nəfərdir. Qalanları özləri yazırlar. Əlifbanı da düz-əməlli bilmədən döşəyirlər. Mən onların yerinə utanıram. Daha bezdim…

“Dost” gərək bir simpatiya ifadə edə. Mən bu “dost”lardan ancaq antipatiya görürəm. Elə bilirəm ki, Faysbuku açan kimi səhifəmə girib yağlı bir tüpürcək atırlar…

Xatırladıram ki, mənim peşəm yazmaqdır. Məni oxumaq fikriniz varsa, buyurun. Yoxdursa, başımı ağrıtmatyın.

Bir şəhərdə yaşayan iki azərbaycanlının Faysbukda nə dostluğu? “Dost” olarsan iki min kilometr aralıda yaşayanla. Yazışarsan, fikir bölüşərsən. Burda bir insanla qonşu küçədə illərlə yaşayırsan, qapısını tanımırsan, bir stəkan çayını içməmisən, səni heç qapıdan içəri də buraxmaz, qorxar ki, ya bir şey oğurlarsan, ya “uşaqlara” pis gözlə baxarsan. Və bu insan durur deyir ki, Faqsbukda “dost” olaq…
Bala, get tayını tap…

Mərhum Asif Əfəndiyev ağlı başında olan vaxtlar yaxşı bir söz demişdi: “Dünyanı keçəl Həmzlər bürüyüblər”..

O vaxtlar İnternet hələ yox idi. İndi keçəl həmzələr İnernetə də doluşublar…

08.04. 16

Samara

 

“DURMUŞUQ DALDADA, GEDİN QABAĞA!”

 

İnsan rəzilliyinin həddi yoxdur!

1992-ci ildə Azərbaycandan “daban əlli altı» deyib qaçmış insanların indi Rusiyada və başqa ölkələrdə necə vətənpərvərlik şivəni qopardığını görəndə əlim-qolum düşür yanıma. Kefli İsgəndər demişkən, olasan Rüstəm-zal, tutasan bu adamları, bir-bir şillələyəsən… Yaxşı, deyək ki, sizin keçmişinizi burda bilən yoxdur. Özünüz ki özünüzü tanıyırsınız! Bəs öz vicdanınınz? Özünüz dərə-təpəylə sərhədi keçib çıxmısınız aradan, indi ağızlarından süd iyi gələn uşaqları haylayırsınız ki, gedib qırılsınlar. Şərəfli mübarizədən, şərəfli ölümdən danışırsınız. Mübarizə belə şərəfliydisə, ölüm belə şərəfliydisə, bəs niyə min fırıldaqla aradan çıxırdınız? Yaxşı, qaçmısınız, heç olmasa, susun. Qorxmursunuz  eybiniz açılar? Əslində içərisində, ürəyinin başıda fərarilik damğası daşıyan hər bir azərbaycanlı gedib o şəhidlərin qəbri üstündə diz çöçməli, onların xatirəsinə baş əyməli və üzr istəməlidir. “Durmuşuq daldada, gedin qabağa!” deməklə siz müharibə qurbanlarını söyür, təhqir edrsiniz. Özünüzü yığıdırın, yoxsa sizi yaxşı tanıyanlardan biri bütün bioqrafiyanızı yazar qoyar İnternetə, arvad-uşaq yannında da xəcalətli olarsıniz…

СЕРГЕЙ РОЛДУГИН НА МИЛЛИАРД ДОЛЛАРОВ ПРИОБРЕЛ ВУВУЗЕЛУ

nar

Друг Путина Сергей Ролдугин все свои деньги потратил на музыкальные инструменты. На миллиард долларов он приобрел вувузелу в ЮАР и привез в Россию. Все эти вувузелы бесплатно будут розданы российским гражданам во время чемпионата мира по футболу, который пройдет в России.