Архивы

EMİN MİLLİNİN FANATLARI, HARDASINIZ?

Facebook-da Bakıda, İsmayıllıda tuttulanlardan məlumat tapmaq çətindir – ya da mən şəbəkənin Azərbaycan seqmentinə yaxşı bələr deyiləm. Təəssüf ki, tutulanlara dəstək kimi, kütləvi aksiyalar qalsın, nəinki piketlər də keçirilmir, hətta onların həbsinə yazılı etiraza da çox adamın cəsarəti çatmır. Demaqoqluq isə, gözəl söz deyib özünü “bəyəndirmə” cəhdləri isə kifayətdən də artıqdır… Emin Millinin şəbəkələrdəki “fanatları” hardadırlar? Onların sayı, deyəsən, bir neçə mindir.

Ey, hardasınız?

 

MEKSİKA NAĞILI-2

Deyilələrə görə, Heydər Əliyevin Mexikodakı heykəli qoyulan gündən şəhər narkomanlarının sevimli yerinə çevrilibmiş. Abidənin ətrafında gecə səhərəcən o qədər marixuana və daha ağır narkotiklər işlədilirmiş ki, heykəl özü də narkotik keflənmə halına düşürmüş. Axır vaxtlar deyirmiş ki, gəlin gedək Kubada Çavesə baş çəkək…

AZƏRBAYCANDA «BEŞ QƏPİK -2» AKSİYASI

Azərbaycanda “Beş qəpik – 2” aksiyası start götürüb. Aksiyada məqsəd kifayət qədər vəsait yığıb beş İsmayıllı icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun halal zəhmətlə aldığı və kütlə tərəfindən yandırılmış beş bahalı avtomobilinin, üç skuterinin və başqa əmlakının əvəzini ödəməkdir.

BUNKER MƏSLƏHƏTLƏŞMƏLƏRİ

—         Allo! Allo! Bəşər Əsəddir?

—         Bəşərdir!

—         — Bəşər, mən İlham Əliyevəm. Bizdə qarəşıqlıqdır, istəyirəm sənnən məsləhətləşəm.

—         İlham, bərkdən danış, səs yaxşı gəlmir, çünki mən bunkerdəyəm.

—         Bəşər, mən elə sənnən bunker barədə məsləhətləşmək istəyirəm…

İSMAYILLILAR DA ÖYRƏŞƏCƏKLƏR?

Deyəsən, qubalılar da söyüləndə qalxmışdılar…

Qəribədir, insanların dədə-baba torpaqları əllərindən alınır, əsrlərdən keçib-gəlmiş və müqəddəsləşmiş yer adları dəyiışilir, meydanlarına Amsterdam küçələrində dayanan fahişələri xatırladan ağaclar əkilir və bu ağacların arasında onların ata-babalarını qırx il minib-çapmış adamın heykəli qoyulur – təhqir saymırlar. Bir qudurğanın söyüşünü təhqir sayırlar. Bu, dərin təəssüf doğurur. Çünki sabah bu hampazorluğun məsuliyyətini daşıyan ölkə başçısı ismayıllıların gözü qabağında o söyüşçül gəncə bir qapaz vursa, hamısının ürəyi yumşalacaq, gedib şəhərlərinin qalan küçələrində də o fahişəyə oxşayan ağaclar əkəcəklər və bu ağaclar arasında onları qırx il minib-çapmış adamın yeni heykəllərini qoyacaqlar…

Söyüşlə qalxan xalq – bu, məyusluq doğurur…

Fikirləşirəm ki, birdən salyanlıları söyələr… Yadıma düşür ki, sovet vaxtından dönə-dönə söyüblər – qalxmayıblar. Şəhərlərini alt-üst eləyiblər – qalxmayıblar.

Öyrəşiblər?

ƏSƏDİN DƏSTƏYİ

İsmayıllı rayonunda baş vermiş qiyamla əlaqədar olaraq Suriya prezidenti rayon icra başçısına zəng edib onu dəstəklədiyini bildirmişdir.

БАШАР АСАД ПОДДЕРЖИВАЕТ ГЛАВУ ИСМАИЛЛИНСКОГО РАЙОНА

Узнав о беспорядках в Исмаиллы, президент Сирии Башар Асад позвонил главе района и выразил ему свою искреннюю поддержку.

DEYİN, HARDADIR…

İsmayıllı başçısı deyib ki, “qeyri-sağlam qüvvələr” etirazçıları onun evinə yönəldiblər.

Kişi düz deyir. Sağlam qüvvələr lazımdır ki, avam  insanlara  Azərbaycan dövlət idarəsinin yerləşdiyi evi  göstərsin…

«MÖMİNƏ HƏQQ DÜNYANI ZİNDAN DEDİ…»

Rasim Balayevin sözlərinə görə, o, “Qələt eləmişəım!” deməsəymiş, hökumət nəinki onu, hətta rolunu oynadığı şairi də cəzalandıracaqmış. Nəsimi “antimilli şair” və “Şamaxı lotusu! adlanacaqmış…

RASİM BALAYEV VƏ PREZİDENT

Xalq artisti Rasim Balayevin arzusu prezisentin dalında durmaq idi, ancaq aktyoru başa saldılar ki, xalq bunu səhv başa düşə bilər, ona görə prezidentlə yanaşı dursa yaxşıdır…