Архивы

QANLI, FACİƏVİ VƏ MİLLƏT ÜÇÜN RÜSVAYÇI SİYAHI

Əgər ölənlərin sayı düzdürsə — Bakının əhalisi Azərbaycan əhalisinin təxminən 25 faizini təşkil edir, həlak olanların cəmi ikisi Bakıya aiddir, o da qəsəbələrə — Mərdəkan, Binəqədi. Belə orduyala, belə itkilərlə, kasıb, əlsiz-ayaqsız ailələrdən qoparılan uşaqların həyatı bahasına qazanılan qələbə də haramdır, halbuki ordu heç bir qələbə qazanmayıb…

Bu mənasız, qanlı əməliyyat bizim millətə bundan da baha başa gələcək, düşmən tərəf üçün bu, profilaktik tədbir oldu, o indi öz nöqsanlarını düzəldəcək, aşkara çıxan zəiflikləri aradan qaldıracaq. Bizdə isə yenə kasıb balalarını qulaqlayıb aparacaqlar gülləbarana…

Azərbaycan 93 şəhid verib — YEKUN SİYAHI

Aprelin 1-6-dək cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub. 34 yaralının adı bəllidir.

Həlak olanlardan 52 nəfəri əsgər, 10-u Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir.
Onlar aşağıdakılardır:

Həlak olanlar:
1. Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1972-ci il təvəllüdlü. Ağdam rayonunda anadan olub.
2. Mayor Məmmədov Rasim Əbdül oğlu (40 yaş). Tankçı. Tabur komandiri. Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.
3. Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.
4. Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü. Gürcüstanın Dmanisi rayonunun Yavuxlu kəndində anadan olub.
5. Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.
6. Kapitan Quliyev İnqilab Çingiz oğlu. Aprelin 4-də cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olub. 1983-cü il təvəllüdlü. Gəncədən hərbi xidmətə çağırılıb.
7. Baş leytenant Həsənov Ziya Niyaz oğlu. 1989-cu il təvəllüdlü. Bərdə rayonu, Lək kəndindən. 5 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
8. Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu. 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Ailənin yeganə oğlu idi. Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən həlak olub.
9. Baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
10. Baş leytenant Namazov Elvin Məmməd oğlu. 26 yaşlı. Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub. 10 ay öncə ailə həyatı qurub.
11. Zabit Həmidov Orxan Ənvər oğlu. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılıb.
12. Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.
13. Gizir Hümbətov Orxan Kazım oğlu, Şəki rayonu Kiş kəndindən. 1992-ci il təvəllüdlü.
14. Gizir Abdullayev Nurlan Rasim oğlu. 1994-cü il təvəllüdlü. Zərdab rayonunun Böyükdəkkə kəndində doğulub.
15. MAHXQ Əsgərov Nurlan Bayram oğlu. Masallı rayonu Kalinovka kəndi. 21 yaş. Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olub. N.Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib.
16. MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 27 yaş. Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.
17. MAHXQ Hüseynov Əlvan. Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Aprelin 3-də cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
18. MAHXQ Qəhrəmanov Ruhim Əşrəf oğlu. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb. 01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş, 22 yaşlı. Aprelin 2-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olub.
19. MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
20. MAHXQ Qarayev Dilsuz. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı. Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.
21. Əsgər Nurayev Rəvan İsmayıl oğlu. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
22. Əsgər Kaçayev Samir İzayəddin oğlu, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.
23. Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.
24. Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.
25. Əsgər Novruzov Ravil Elman oğlu. Tərtər istiqamətində şəhid olub. 1986-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olub.
26. Əsgər Muradov Rizvan Telman oğlu. Sabirabad rayonu, Çiçəkli kəndində anadan olub. 1996-cı il təvəllüdlü. 2015-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
27. Əsgər Süleymanov Vüqar Natiq oğlu. Şəkinin Böyük Dəhnə kəndindən. 1993-cü il təvəllüdlü
28. Əsgər Quliyev Səyyar Knyaz oğlu. Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini. Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.
29. Əsgər Məmmədov Murad Vaqif oğlu. Əslən Biləsuvar rayonundan olan M.Məmmədov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
30. Əsgər Cəbrayılov Ömər Məzahir oğlu. 1997-ci il təvəllüdlü. Ağdaş rayonundan (Şəkili) hərbi xidmətə çağırılıb. Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.
31. Əsgər Qasımov Nurlan Cəmil oğlu. 1997-ci il təvəllüdlü. Şəmkir rayonunun Tatar kəndində doğulub. N.Qasımov 2015-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdı.
32. Əsgər Novruzov Fərahim Nadir oğlu (20 yaş). Biləsuvar rayonu, Səmədabad kəndindən. Aprelin 3-də gecə Füzulidə gedən döyüşlərdə şəhid olub.
33. Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub. 1997-ci il təvəllüdlü. Ailənin yeganə övladı olub.
34. Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlü. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.
35. Əsgər Bayramov Sərxan Oqtay oğlu. Zaqatala rayonu, Qala Düzü sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
36. Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağırılmış M.Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
37. Əsgər Dəmirli Hüseyn Zeynal oğlu. Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Tankçı.
38. Əsgər Qasımov Teymur Mikayıl oğlu, 1996-cı il təvəllüdlü. Göyçay rayon, Çaxırlı kənd sakini. Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. T.Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb. Teymur Qasımov bu günlərdə Vətən qarşısında borcunu yerinə yetirərək yaşadığı rayona qayıdacaqmış.
39. Əsgər Müstəcəbov Orxan Ələsgər oğlu. Qobustan rayonu, Bədəlli kənd sakini.
40. Əsgər Hacıağayev Cabbarxan İlham oğlu. Aprelin 4-də Lələtəpə yüksəlikliyində şəhid olub.
41. Əsgər Bağırov Emin İmran oğlu. 1996-cı il təvəllüdlü. Bakı şəhəri, Binəqədi rayonundan.
42. Əsgər İslamov Əlizaman Fərrux oğlu. 1997-ci il təvəllüdlü. Lənkəran rayonunun Cilkənd kəndindən.
43. Leytenant Şirinov Sahil Həsrət oğlu. Qəbələ rayonu Bum kəndindən. 1992-ci il təvəllüdlü. S.Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
44. Əsgər Əsgərov Təbriz Hamlet oğlu. Şəmkir rayonu Morul kəndindən. Gədəbəy istiqamətində döyüşlərdə şəhid olub.
45. Əsgər Babayev Emin.
46. Əsgər Əzizzadə Xaliq Həsən oğlu. 1996-ci il təvəllüdlü. Şərur rayonu, Yaycı kəndindən. 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Şəhidin nəşinin erməni tərəfdə olduğu bildirilir. Şəhid olmamışdan 3 gün öncə övladı dünyaya gəlib.
47. Baş leytenant Novruzov Mirzə Sərvər oğlu. Goranboy rayonu Tapqaraqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Zabitimiz ailəli idi və iki övladı var.
48. Polkovnik Yusifov Vüqar Nürəddin oğlu. Şəmkir rayonunun Şiştəpə kəndindən. 40 yaşlı. V.Yusifov 3 uşaq atası olub.
49. Əsgər Şirəliyev Kamran Faiq oğlu. Bakı şəhəri, Mərdəkan qəsəbəsindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
50. Leytenant Orucəliyev Qabil. Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Ölümündən əvvəl oğlu olub. Amma Orucəliyev oğlunun nə səsini eşidib, nədə üzünü görüb. Orucəliyev həyatda tək övlad olmaqla yanaşı, həmdə atasız böyüyüb.
51. Əsgər Məmmədov Ülvin Cəmaləddin oğlu. 1996-cı il təvəllüdlü. Laçın rayonu Qarakeçdi kəndindən. 2016-cı il aprel ayının 1-i həqiqi hərbi xidmətini başa vurmasına baxmayaraq döyüşə qatılıb. Ağcabədi rayonunda torpağa tapşırılıb.
52. Əsgər Bayramov Şulan Bayram oğlu, 1996-cı il təvəllüdlü. 1996-cı il təvəllüdlü. Sumqayıt şəhərindən. Ş.Bayramov 2013-cü ildə orta məktəbi bitirib.
53. Gizir Ağayev Rusif İbrahim oğlu. 1987-ci il təvəllüdlü. Lənkəran rayonunun Hirkan qəsəbəsindən. Aprelin 7-də gecə Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. 2005-ci ildə Lənkəran Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könullü olaraq xidmətini davam etdirib. Şəhid gizirin iki övladı var.
54. Kapitan Bayramov Vaqif Dilqəm oğlu. 1979-cu il təvəllüdlü. Naftalan şəhərindən. Talış ətrafı atışmada aprelin 7-də gecə şəhid olduğu bildirilir (digər bir mənbəyə görə, itkin düşüb. Bu istiqamətdə məlumat araşdırılır).
55. Gizir Musayev Səbuhi Rəfail oğlu. 1987-ci il təvəllüdlü. Bərdə rayonu, Mustafaağalı kəndindən.
56. Əsgər Baxışov Seymur Qulam oğlu. Sumqayıt şəhərindən.
57. Əsgər Əliyev İnqilab cəbhədə gedən döyüşlərdə şəhid olub.
58. Əsgər Hüseynov Araz Ələkbər oğlu. 1991-ci il təvəllüdlü. Beyləqan rayonu II Şahsevən kəndindən. Aprelin 4-də Füzuli istiqamətində döyüşdə şəhid olub.
59. Əsgər Qurbanov Tural Gülşad oğlu. Kürdəmir rayonundan. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
60. MAHXQ Hüseynov Ayaz Ələkbər oğlu. 1991-ci il təvəllüdlü. Beyləqan rayonu, İkinci Şahsevən kəndindən. Füzuli istiqamətində döyüşdə şəhid olub.
61. Gizir Cəfərov Mirsalam Təvəkgül oğlu. 1994 təvəllüdlü. Tovuz rayon, Bayramlı kəndindən. Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub.
62. Əsgər Quliyev Mahir Qədir oğlu. 1993-cü il təvəllüdlü. Əslən Naxçıvandan. Azərbaycan Texniki Universitetinin məzunu olub. Seysulan kəndində aparılan əməliyyatlar zamanı şəhid olub.
63. Əsgər Nağıyev Cavid. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
64. Əsgər Alıyev Vüsal İlham oğlu. Şəmkir rayonunun Kür qəsəbəsindən. 2014-cü ildə əkiz qardaşı Vüqarla birlikdə həqiqi hərbi xidmətə çağrılıb. Hər iki qardaş bir yerdə hərbi qulluq keçib. Onların həqiqi hərbi xidmətlərinin başa çatmasına bir neçə gün qalırmış.
65. Baş leytenant Dədəkişiyev Cavid Gülbala oğlu. 1989-cu il təvəllüdlü. İmişli rayon Qaralar kəndindən. Cənazəsinin əldə olunması hələ də mümkün olmayıb.
66. Mayor İmanov Samit Gülağa oğlu. 1981-ci il təvəllüdlü. Neftçala rayonunun Həsənabad qəsəbəsindən. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdi. Şəhid zabitin iki övladı var. Məlumata görə, Samit İmanov yenicə dünyaya gələn ikinci övladını görməyib.
67. Əsgər Zəkərayev Nazim Nadir oğlu. 1997-ci il təvəllüdlü. Şamaxı şəhərindən. 2015-ci ilin oktyabrında Şamaxı rayonundan hərbi xidmətə yola salınıb.
68. Əsgər Səmədov Elşən Səlim oğlu. 1997-ci il təvəllüdlü. Şamaxı rayonu Goylər kəndi. 2015-ci ildə Şamaxı rayonundan hərbi xidmətə yola salınıb.
69. Əsgər Axundov Əbdülməcid Nadirşah oğlu. 1993-cü il təvəllüdlü. Sumqayıt şəhərindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin həkimləri qarşılıqlı razılaşma yolu ilə şəhidimizin cənazəsini qarşı tərəflə dəyişiblər.
70. Əsgər Vahabov Mikayıl Yaqub oğlu. 1993-cü il təvəllüdlü. İsmayıllı rayonu Maçaxı kəndindən.
71. Əsgər Niftalıyev Rəşad Şakir oğlu. Əslən zəngilanlı olan Bakı sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
72. Osmanov Yalçın Namiq oğlu. 1997-ci il təvəllüdlü. Qusar rayonu Qazmalar kəndindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
73. MAHXQ Adilzadə Adil Kamran oğlu. 1993-cü il təvəllüdlü. Mingəçevir şəhərindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
74. Əsgər Mirzəyev Elvin Azadxan oğlu. 1994-cü il təvəllüdlü. Xaçmaz rayonundan. Xaçmaz rayonundan. 22 yaşlı.
75. Zabit Bəhruz Zeynalov. Ordumuzun Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
76. Əsgər Bağırzadə Firdovsi Eliş oğlu. 1996-ci təvəllüdlü. Masallı rayon Güllütəpə kəndindən.
77. Əsgər Xeyirbəyov Əmiraslan Xəlil oğlu. Qusar rayon Cağar-qışlaq kəndindən.
78. Əsgər Mirzəyev Mahir Sabir oğlu. 1994-cü il təvəllüdlü. Bakı şəhəri, Pirşağı qəsəbəsindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
79. Əsgər İbrahimov Mahmud Azər oğlu. 1997-cü il təvəllüdlü. Əslən Cəbrayıl rayonundan. 2015-ci ildə Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb.Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
80. Əsgər Dəmirli Altun Fərman oğlu. 1997-ci il təvəllüdlü. Şəmkir rayon Düyərli kəndindən. 2015-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.
81. Əsgər Qurbanlı Fəxrəddin Seyfəddin oğlu. 1994-cü il təvəllüdlü. Bakı şəhərinin Binəqədi qəsəbəsindən. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsindən məzun olub.
82. Əsgər Dadaşov Tural Sabir oğlu. 1993-cü il təvəllüdlü. Xaçmaz rayonundan. Tərtərdə gedən döyüşlərdə şəhid olub.
83. 83. Gizir Hüseynov Bəxtiyar Rəfael oğlu. 1995-ci il təvəllüdlü. Goranboy rayonunun Qızılhacılı kəndindən. Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
84. Əsgər Nəsirov Röyal İmran oğlu. 1997-ci il təvəllüdlü. Cəlilabad rayon Məlikqasımlı kənd sakini. Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
85. Kiçik gizir Abidov Babək Vəfadar oğlu. 24 yaşlı. Şabran rayonunun Zeyvə kəndindən. Hərbi xidmətə 2010-cu ilin iyul ayından çağırılıb.
86. Kapitan Orucov Mühid Qurban oğlu. 32 yaşlı. Qazax rayonunun Fərəhli kəndindən. 5 yaşlı 2 əkiz övlad atası olub.
87. Gizir Cavadzadə Şahin Yaşar oğlu. 1994 təvəllüdlü. Beylaqan rayon, Şestoy kəndindən.
88. MAHXQ Fərəczadə Toğrul Habil oğlu. 1993-cü il təvəllüdlü. Ağsu rayonunun Bico kəndindən. 2012-ci ilin oktyabrında hərbi xidmətə yola salınıb və sonradan MAHXQ kimi fəaliyyətini davam etdirib.
89. MAHXQ Qasımov Teymur Sabir oğlu. 1992-ci il təvəllüdlü. Mingəçevir şəhərindən. 2012-ci ildə hərbi xidmətə yola salınıb və sonradan MAHXQ kimi fəaliyyətini davam etdirib.
90. Polkovnik-leytenant Mirzəyev Murad Telman oğlu. Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi. 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Şəhid polkovnik-leytenant Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.
91. Əsgər Sərxan Salmanov, Naftalan şəhərindən.sgər Teymurov Pəncəli Nurməmməd oğlu. Astara rayonu Ezarud kəndindən.
92. Əsgər İsgəndərov Elnur İsgəndər oğlu. 1989-cu il təvəllüdlü. Şəki rayonundan.
93. Əsgər Teymurov Pəncəli Nurməmməd oğlu. Astara rayonu Ezarud kəndindən.

İLHAM ƏLİYEV MÜXALİFƏTÇİLƏRİ GÖZ BƏBƏYİ KİMİ QORUYUR…

Baxıram ki, bu Əliyev rejimi deyilən və yazılan qədər də qəddar və ədalətsiz deyilmiş. Və hətta bu rejimdə çoxlu insanpərvərlik, demokratizm varmış.

Deyirlər ki, Əliyev rejimi müxalifəti əzib suyunu çıxarır. Ola bilsin ki, bi sözlərdə həqiqət var. Ancaq bu sözlərdə yalan da çoxdur.

Müxalifəti əzən rejim bilirsiniz neylərdi? Aparıb bütün müxalifətçilərin balalarını tökərdi cəbhəyə, hamısını da ön mövqeyə, erməniylə burun-buruna. Tökür? Tökmür. Qoyur? Qoymur. Lənkəranda, Salyanda, İmişlidə, Neftçalada, Şamaxıda, Qusarda və başqa kənd rayonlarında torpağa basdırılan uçaqlar məgər müxalifətçi idilər? Məgər onların ata-anaları müxalifətçi idilər? Yox, onlar hamısı siyasətdən uzaq adamlar olublar. Uşaqlarının ön mövqeyə düşməyinin səbəbi bir şeydir: onların kasıblığı!

Bir nəfər yaralı, burnu qanamış əsgər göstərin, deyin ki, bu uşaq İsa Qəmbərin, Əli Kərimlinin və adlarının bilmədiyim başqa müxalifət rəhbərlərinin oğludur və Əliyev acıqca onu ölümə göndərib. Belə əsgər var?

Və əgər müxalifətçilərdə belə şiddətli vətənpərvərlik varsa, niyə onların uşaqları hərbi məktəblərə girib zabit olmurlar? Ordu ququculuğu müxalifətin planlarına daxil deyil?

Mən Əli Kərimlinin İlham Əliyevə yazdığı məktubu təzədən oxuyandan sonra Vikipediyada Cəbhə rəhbərinin bioqrafiyasına baxdım: Əli Kərimli “müharibədə olmuşam” deyəndə 1989-cu ildə sərhəd rayonlarına səfərini nəzərdə tutur. İnsafla deyin: 1989-cu ildə müharibə vardı?

Nə deyirsiniz deyin, Əliyev müxalifəti sevir, müxalifətçiləri də, onların balalarını da göz bəbəyi kimi qoruyur. İtkilərin siyahısına baxın, özünüz əmin ola bilərsiniz…

13.04.2016

ЛЕГЧЕ В ИНТЕРНЕТЕ МУГАМ ЗАЩИЩАТЬ, ЧЕМ РОДИНУ НА ФРОНТЕ…

“Госпожа Кудельман! Обращаюсь к вам по вашей настоящей фамилии, потому что отныне назвать вас вашим сценическим именем «Лариса Долина», под которым вы выступали всю свою творческую жизнь ни я, ни большинство граждан моей страны, больше не сможем никогда.

Вы «родились в Баку — одном из самых теплых, гостеприимных, добрых и интернациональных городов не только Советского Союза, но, не побоюсь этого сравнения, мира! Потому что на нашей планете очень мало городов, где множество народов, культур, традиций и конфессий могли веками жить в мире и согласии. Баку подарил миру множество великих людей – воинов и поэтов, писателей и архитекторов, ученых и художников, композиторов и исполнителей”, — пишет некий Бахрам Багирзаде.

Наверное, Лариса Долина уже проклинает тот день, когда родилась и даже город, где ей угораздило родиться…

«Теплый, гостеприимный, добрый, интернациональный…» Это про Баку.

Теплый, да. Добрый ли? Всегда ли добрый? Всем ли добрый?

Гостеприимный? Это в каком смысле? В отношении кого? Например, в отношении Леонида Ильича Брежнева, на встречу с которым Гейдар Алиев гонял все ходячее население и перед которым плясали почтенные старики?

Я, например, раз в год проездом бываю в Баку, никакого гостеприимства там не вижу. Для таких, как я, даже чайхана стала недоступной. В молодые годы в Баку бывал как студент-заочник и на собственной шкуре испытывал все то презрение, с которым бакинцы относились к сельскому населению. Какими презрительными словечками нас только не обзывали!

Об интернационализме… Да, интернационализм был. Но бакинский интернационализм вовсе не гармонизировал с национальной культурой, языком, традициями. Бакинский интернационализм был враждебен ко всему национальному.

Лариса Долина не обязательно должна знать происхождение мугама, годы, прожитые в Баку, ничего не значат. Сами так называемые «русскоязычные» бакинцы-азербайджанцы много ли знают о мугаме? Назовите хотя бы одного бакинца- известного исполнителя мугама с русским образованием. Назовите, я подожду! Так многие русскоязычные азербайджанцы в соцсетях над этим самым мугамом просто издеваются. Не только над мугамом. И над азербайджанским языком издеваются. Что же так вдруг все возбудились? Там война идет, гибнут молодые сельские ребята, а в Баку праздные господа, которые сами не служили и ни за что детей не отдадут в армию, всегда плевали не только на мугам, но на все азербайджанское национальное, таким сомнительным способом проявляют свой патриотизм. Бросились на женщину, мугам «свой» защищают. Какой позор!

И вот представители самого гостеприимного города напоминают Ларисе Долине ее настоящую фамилию. Какая низость… И как же интернационалист в одночасье стал антисемитом… Ну, Кудельман она, Кудельман. Что тут такого? Люди с такими или похожими фамилиями создают мировую науку, создают медицину, искусство. Сценическое имя брали артисты всегда и повсюду. Бюльбюль тоже сценическое имя. И что?

Допустим, Лариса Долина допустила неточность или ошибку. И извинилась за это. А как вы отмываться будете, господа нехорошие?

Думаю, для таких людей, как Бахрам Багирзаде, получить плевок в лицо проблем не составляет. Как говорил один персонаж Гоголя, есть же платок – достал и вытер…

ELƏ «İRS»İN BELƏ VARİSLƏRİ OLAR…

trend_seminar_120416__(4)

Bu şəkil bu gün, aprelin 12-də çəkilib. Döyüş meydanlarından əsgərlərimizin meyidləri yığılmamış Bir sürü geyimli-keçimli havayıyen oturb bu sarayda «Heydər Əliyevin irsini» öyrənir. Ölkə, başına kül! Məruzəçi …saqqallar şurasının sədri Fəttah Heydərovdur. İndi neçə kənddə yas yerlərində analar üz-gözlərini cırırlar, bunlar da ətirlənib-pudralanıb oturublar burda «irs» öyrənirlər… Elə irsin belə biqeyrət varislər olar…  Kəmaləddin Heydərov özü oğlanları qarışıq xalqı talayır, …saqqal atasını da mindirib xalqın boynuna…

İndi deyiin: sütül uşaqlarımız cəbhədə belələrindən ötrü canlarını verirlər?

“QARABAĞ ORDUSU”? HANI QARABAĞLILAR?

Müharibə vaxtı tərəflərin dezinformasiyadan istifadə etməsində təzə və qeyri-adi heç nə yoxdur. Ancaq dezinformasiya daxilə yönəlibsə, bu, xalqı, ordunu təhqir edir. Mən hələ ölənlərin xatirəsini demirəm.

Eynulla Fətullayev ağır itkiləri rəhbərliyin tapşırığı ilə ya elə rəhbərliyə yarınmaq məqsədiylə doğrultmaöa çalışıraraq Haqqin.az saytında “Əkbər Həsənov” təxəllüsüylə yazır ki, Qarabağda ermənilərin Ermənistan ordusuyla Azərbaycanın Qarabağ ordusu vuruşur. Yəni Qarabağda vuruşan azərbaycanlılar hamısı qarabağlıdırlar.

Bu, həlak olmuş lənkəranlıların, masalılıların, cəlilabadlıların, salyanlıların, neftçalalıların, şamaxılıların, tərtərlilərin, imişlililərin xatirəsinə söyüş deyilmi? Hanı ölənlər arasında cəbrayıllılar, şuşalılar, zəngilanlılar, qudalılılar, laçınlılar, ağdamılar, füzulilər və başqaları? Ölənlər siyahısında, səhv etmirəmsə, bir nəfər Zəngilan əsilli əsgər var. Bəlkə ondan başqaları da olub. Ancaq döyüşən Qarabağ ordusu deyil, Qarabağdan uzaq rayonlardan olan kasıb kənd uşaqlarıdır.

Əlbəttə, hökumət, müdafiə nazirliyi hər vasitə ilə ağır itkiləri doğruldacaq, yenə iyirmi il ərzində olduğu kimi xalqın başını tovlayacaq. Ancaq atalar deyib ki, yalan ayaq tutar, yeriməz. İndiki yalanların da üstü bir vaxt açılacaq.

O ki qalda qarabağlı ordusua, belə ordu gərək olaydı. Cəbrayılın, Qubadlının, Zəngilanın, Şuşanın, Kəlbəcərin bütün idarəçilik qurumları var, qaçqın statusu olanlar son illərə qədər çoxlu güzəştlər alıblar. Və bu ərazilərdən olan ailələrin uşaqlarınnn əsgərlər, zabitlər içərisində olmamağı ya çox az olmağı cəmiyyəti düşündürməlidir. Vətən, əlbəttə, hamınındır. Ancaq vətəni naxçıvanlılara və qeyri-naxçıvanlılara biz aylrmamışıq… İndi də lənkəranlı, şamaxılı, salyanlı ilə Qarabağ əsilli cavanların, kişilərin  çiyin-çiyinə vuruşmağı nəinki arzuolunandır, bu, tələbdir…

 

ƏSGƏRLƏR ANS-DƏKİ BİNAMUSLARDAN ÖTRÜ ÖLÜRLƏR?

ANS PRESS TABUT

Baxın, ANS PRESS öz reklamını şəhid pilotun tabutuna yapışdırıb. ANS PRESS çox yaxşı bilir ki, şəhid şəklinə reklam yapışdırmaq dəyyusluq və hətta oğraşlıqdır. Çox yaxşı bilirlər. Baxın bu şəklə:

ANS PRESS ƏLİYEV

Bu şəkil də ANS-in saytındandır. Gördüyünüz kimi, reklam yoxdur. Əliyevin şəklinə hörmət edirlər, şəhid pilotun tabutunun şəklini isə murdarlayırlar. İndi sual ortaya çıxır: əsgərlərimiz ANS-dəki oğraşlardan ötrü canlarını verirlər?

ANS PRESS-DƏKİ ŞƏRƏFSİZLƏR ŞƏHİD PİLOTLARIN ŞƏKLİNDƏ REKLAM YERLƏŞDİRİBLƏR

ANS PRESS

Qəhrəmanların xatirəsini belə təhqir edən insanlar haqqında Azərbaycan dilində tutarlı sözlər var. Hamısı kağıza yazılası deyil…İngilislərdə bastard sözü var…Amerikalılar beləlrinə motherfucker də deyirlər… Ruslarda yaxşı ublyudok sözü var…

 

KƏND UŞAQLARI KİMDƏN VƏ NƏDƏN ÖTRÜ ÖLÜRLƏR?

Cəbhədə sütül kənd uşaqları qırıldığı bir vaxtda Bakı böyük bir sirkə çevrilib.

Bir yanda bir neçə min gənc çıxıb küçəyə, tuturlar, tutulmurlar, deyirlər buraxın gedək erməniləri mələdək.

Milli bayraqlarla örtülmüş avtomobillərin yürüşü. (Əslində Bakıda avtomobillərin hərəkəti elə həmişə yürüşdür, bşqa bir şey fikirləşə bilərdilər…)

Prezident dəstə göndərib Əli Kərimlinin evini daşa basdırır. Əli Kərimli də yazır ki, o bəzi-bəzi adamlar kimi birinci Qarabağ müharibəsi vaxtı dəri gödəkçə alıb-satmayıb, ermənilərlə əlbəyaxa vuruşub… Ancaq demir ki, onun özünün, müavinlərinin, katiblərinin, süpürgəçilərinin uşaqları cəbhədədirlər ya yox…

Bunlar hamısı, əlbəttə, dolaşıq məsələdir, müzakirə təşəbbüsü sürüşkən yola çıxarar. Rusların sözü var, deyir bilmirsən onun papağını oğurlayıblar, ya o, papaq oğurlayıb…

Bircə şey aydındır: şəhid cənazələri Bakının Fəvvarələr meydanına, Neftçilər prospektiinə (indiki Bakını tanımıram, orda daha hansı yaxşı yerlər var?) gətirilmir. Meyidlər Lənkəranın, Masallının, Cəlilabadın, Salyanın, Neftçalaın, Beyləqanın, Şamaxının kəndlərinə gətirilir.

Ön mövqedə, “ölüm” mövqeyində ancaq kənd uşaqları yerləşdirilirsə, bu, təsadüfi ola bilməz. Bu o deməkdir ki, təhlükəsiz ya xeyli təhlükəsiz yerə düşənlər məsələni pulla həll ediblər. Ya da “adamları” var ki, bu özü də pul kimi bir şeydir. Mən hələ ordudan tamam yayınanları demirəm. Buna lap çox pul ya çox yekə adam lazımdır. Əgər belə olmasaydı, hökmən döyüşlərdə nazir balalarının, prokurorların, rayon rəhbərlərinin, böyük işadamlarının uşaqları da olardı. Məlum olur ki, yoxdur. Məlum olur ki, güllə qabağına kasıb kənd uşaqlarını göndərirlər. Bu, açıq-aydındır.

Əlbəttə, kənddə hamı kasıb deyil. Ancaq mən özüm də kəndliyəm, yaxşı bilirəm ki, kəndlilərin çoxu uşağına pula qıymır, uşağının təhsilinə də pul xərcləmək istəmir. Ayağı yer tutandan muzdur kimi işlədirlər, on səkkiz yaşı çatan kimi də yazıq uşaq gedir əsgərliyə. Şəhər uşağının papası-maması onu əsgər getməyə qoymur, getsə də, “yaxşı” yerə düzəldir, kənd uşağının atası pulundan keçmir. Əslində uşağın xırda yaşından qazandığı pulu da onun özünə xərcləmək istəmirlər. Bəzi daşürək atalar uşaq şəhid gələndən sonra ora-bura qaçırlar ki, havayı qaz çəkdirsinlər, işıq pulundan azad olsunlar…Vallah, belələri var…

Ancaq daşürək, pulunu uşağından çox istəyən ataların olmağı milli orudunun bu cür cinayətkar şəkildə komplektləşdirilməsinə haqq qazandıra bilməz. Qazı, keyfiyyətli içməli suyu, yaxşı yolu, klubu, həkim məntəqəsi olmayan kəndlərdə yas qurulur, iki milyon yarım əhalisi olan Bakı kefində. Bu necə ölkədir? Kənd arvadları öz uşaqlarını harınlara qurban verməyə doğub-böyüdürlər?

Salyanlı, Neftçalalı  ya Beyləqanlı öz rayonunda hüquqsuzdur, göndərirlər Sədərəkdən ya ayrı bir yerdən banditin birini, beş il, on il yeyir, dağıdır, yəni yerli insanları minib çapır. Sonra da bu insanların uşaqları gedib o sədərəkli banditin, prezidentin rayon başçısı təyin etdiyi ofisiantin yolunda ölülrər. Döyüşdən sağ çıxanların da öz ölkələrində heç bir hüququ yoxdur, onları Arif Paşayev, Ramiz Mehdiyev, Nazim İbrahimov, Kəmaləddin Heydərov kimi harınların tikintilərində qul əməyi gözləyir.

Deyirlər ki, əsgərlərimiz cəbhədə xalqın, ölkənin şərəfini müdafiə edirlər. Hansı şərəfini? O uşaqlar öz ölkələrində ləyaqətlə yaşaya bilirlər? Əgər bir gənci İnternetdə yazdığı iki kəlmə sözə görə şərləyib dama basırlarsa, o nəyin, kimin şərəfini ləyaqətini müdafiə üçün canını verməlidir?

2002-ci ildə bacımın nəvəsi Səid Həsrətov xidmət müddətinin iki ay qalmış 11 nəfər başqa yoldaşıyla qar uçqunu altında məhv olub. Meyidlərini iki aydan sonra tapmışdılar. İndi İnternetdə bu hadisə haqqında məlumat axtarıram, heç nə tapılmır. Elə bil ki bu 12 igid heç dünyaya gəlməyibmiş. Onlar kimdən ötrü öldülər? Dünən Səidin sinif yoldaş olmuş mayor Samir da Neftçalada  dəfn olundu. Onlar Neftçalalılar üçün canlarını verdilər? Ya Neftçalanın da təbii sərvətlərini ələ keçirmiş Kəmaləddin Heydərov üçün?

Mənim övladım yoxdur. Mənim övladım olsaydı və mən Azərbaycan vətəndaşı olsaydım, uşağımı orduya verməzdən əvvəl şərt kəsərdim: parlament olsun, məhkəmə olsun, mətbuat azadlığı olsun, xalq öz sərvətinin nəyə, hara xərcləndiyini bilsin və bir çox başqa tələblər. Yalnız bu tələblərin ödənəcəyi halda mən bu orduya uşaq verərdim.

Və nə qədər ki, ordu indiki kimi komplektləşdiriləcək, yəni qabağa kasıb kənd uşaqları veriləcək, biz heç bir qələbə gözləyə bilmərik. Qələbədən, əlbəttə, danışmaq olar. Hər şeydən danışmaq olar. Kim Çen Inın televizoru deyir ki, futbol üzrə dünya çempionatını Şimali Koreya udub. Ancaq biz bilirk ki, çempionatı kim udub…

10.04. 2016

Samara