Архивы

ROBERT BERNS. KAPİTANIN XANIMI

Robert Burns

Qalx, özünü hər səhər

Düzəlt, qaydaya sal sən!

Qalx və hamıya göstər,
Kapitan xanımısan!

 +

Təbillər döyülərkən,
Və gurlayanda toplar,

Halını da pozma sən,
Vuruşası ərin var.

 +

Məğlub düşmən haçan ki,
Ağız açar sülh üçün,

Xəlvətə çəkilərik,

Dadarıq eşq sevinci.

1789

ingiliscədən tərcümə

  1. 08. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

The Captain’s Lady


O, mount and go,
Mount and make you ready!
O, mount and go,
And be the Captain’s Lady!
Читать далее

ROBERT BERNS. PEŞMANLIQ

Robert Burns

Bizə əzab çəkdirən xəstəliklər az deyil,
Onlar ürəyi sıxır, ağlı sarsıdır onlar,

Fəqət heç bir azarla müqayisəyə gəlmir,

Günahın ya da səhvin bizi saldığı azar.

Hansı ayrı azara tutularıqsa əgər,

Ağlımız deyə bilər: “Mən törətmədim bunu”.

Fəqət  fəlakət artır, o zaman ki, bu neştər
Sancır aman bilmədən: “Qına, axmaq, özünü!”

Daha pis peşmanlığın kəskin ağrılarıdır,
Gəmirir içərini günah hissi durmadan.

O günah ki, bəlkə də, neçə qurbanı vardır —

Gənc, məzum, bizi bir vaxt ürəkdən sevən insan;

Əfsus, heç nə dağıtmır sevginin özü qədər!

Ah, od saçan cəhənnəm! Sənin özündə hətta,
Yox belə işgəncələr!

Sərt, soyuqsa da insan, haçansa o duyanda

Midhiş ağırlığını törətdiyi əməlin

Qəlbində zoqqultunu necə yatırda bilər?

Nizamı qayıdarmı ürəyin həm də beynin,

Günahdan həmişəlik çəkinmək qərarıyla?

Həsəd doğura bilər, varsa belə bəxtəvər!

Alicənab olarmış insan qəlbi nə qədər!

1783

ingiliscədən tərcümə

05. 06. 2024, Samara

QEYD: şeirin orijijnalı qafiyəsizdir.

++++++++++++

ROBERT BURNS

Remorse

Of all the numerous ills that hurt our peace,
That press the soul, or wring the mind with anguish,
Beyond comparison the worst are those
By our own folly, or our guilt brought on:
In ev’ry other circumstance, the mind
Читать далее

ROBERT BERNS. LORD QREQORİ

Robert Burns

1.

Nə qatı zülmətdir bu gecə yarı,

Necə də dəhşətli boran gurlayır!

Qalanı axtarır yazıq sərsəri,
Ah, lord Qreqori, qapını aç bir.

2.

Atamın evindən qovulmuşam mən,

Düşdüyüm bu bəla sənə görədir.

Bir mərhəmət göstər heç olmasa sən,

Qəlbində məhəbbət yoxsa da indi.

3.

Tuğay yadındamı, lord Qreqori,

Sevimli İrvinin sahilindəki?

Mən orda adladım qadağaları,

Məsum sevgimin də sən oldun ilki.

4.

And içdin, verdin sən vəd də nə qədər.

Mənim olacaqsan, dedin, əbədi,

Sənə inanmaya bilərdim məgər? –

Axı sevgim kimi qəlbim təmizdi.

5.

Qəddardır ürəyin, lord Qreqori,

Sinən yaranıbdır çaxmaqdaşından.

Şimşəksən, yaxırsan göyü və yeri,

Ölüb dincələrəm məni də yaxsan.

6.

Sən ey ildırımlar mənbəyi səma,

Sənə üz çevirib könüllü qurban,

Saxta məhəbbətə inandım, amma,
Rəhm elə, onun da keç günahından.

ingiliscədən tərcümə

04. 08. 2024, Samara

+++++++++++++++++

ROBERT BURNS

LORD GREGORY

1.

O, mirk, mirk in this midnight hour,
And loud the tempest’s roar!
A waefu’ wanderer seeks thy tower —
Lord Gregory, ope thy door.
Читать далее

ROBERT. BERNS CON ANDERSON

Robert Burns

1.

Con Anderson, əziz Co, yadımdadır,

Bir zaman səninlə tanış olanda
Qətran tək saçların sənin qaraydı,

Qırışsız, hamardı gözəl alın da;

Qaşların seyrəlib sənin indisə,

Qar kimi dümağdır, saçın, görürəm,

Təki ağ başına bəla gəlməsin,

Co Anderson, sevinc bəxş edən həmdəm.

2.

Con Anderson, mənə sevinc idin sən,
Birgə dırmaşardıq biz təpələrə,

Günümüz keçirdi bəxtəvər və şən,

Yormadı ünsiyyət bizi bir kərə.

Vaxtdır indi gedək üzüaşağı,

Əl-ələ verərək düşərik hökmən.
Yatarıq yamacda uşaq sayağı,

Dostsan, Con Anderson mənə, sevincsən.

ingiliscədən tərcümə

03-04. 08. 2024, Samara

 ++++++++++++++

ROBERT BURNS

John Anderson

John Anderson my jo, John,
When we were first acquent,
Your locks were like the raven,
Your bonie brow was brent;
But now your brow is beld, John,
Your locks are like the snaw,
But blessings on your frosty pow,
John Anderson my jo!
Читать далее

ROBERT BURNS. ÜRƏYİM DAĞLARDADIR

Robert Burns

Ürəyim dağlardadır, ürəıyim burda deyil,

Ürəyim dağlardadır, indi maral izləyir.

Vəhşi maral izləyir, cüyür qovur o ya da,
Ürəyim dağlardadır, olsam da haralarda.

=

Dağlar, sizə əlvida, Şimal, əlvida sənə,

Mətanət vətəninə, ləyaqət ölkəsinə!

Haralarda dolaşsam, getsəm də uzaqlara,

Əbədi qəlbimdədir məhəbbətim dağlara.

=

Başı qarla örtülü dağlar, sizə əlvida,

Dağların döşündəki yaşıl düzə əlvida,

Təpələrin keçilməz meşələri, əlvida,
Əlvida dağı-daşı titrədən gur sular da!

ingiliscədən tərcümə

02-03. 08. 2024, Samara

++++++++++++

ROBERT BURNS

My Heart’s in the Highlands

My heart’s in the Highlands, my heart is not here,
My heart’s in the Highlands a-chasing the deer,
A-chasing the wild deer and following the roe —
My heart’s in the Highlands, wherever I go! Читать далее

ROBERT BERNS. MÜLKİ İŞLƏR ÜZRƏ ALİ MƏHKƏMƏDƏ EKSPROMT

LORD ADVOKAT

Pamfletlərini sıxıb əlində,
O, sitat gətirir, vururdu eyham.

Nitqində həddən çox duman buraxıb,
Arqumentini o, itirdi tamam.

Cəhd edib axtardı o, uzun zaman,
Nəhayət, anladı yoxdur arqument.

Sağlam düşüncəsi çatmayan insan,

Hüquqla düzəltdi bu vəziyyəti.

 

CƏNAB ERSKİN

Özünü cəmləyib Harri dayandı,
Sonra qollarını gen açdı birdən.,

Məyus baxdı  sədr ona bu anda,

Anladı qasırğa qopacaq hökmən;

Küləklə elə bil yağdı  dolu da,

Ya da şəlalədə sular kükrədi.

Heyətin açıldı gözləri hətta,

Qismən ayıldılar sanki mürgüdən.

ingiliscədən tərcümə

01-02. 08. 2024, Samara

QEYD:

Henri Erskin – 1785-1795-ci illərdə şotland vəkillər kollegiyasının rəhbəri

+++++++++++

ROBERT BURNS

Extempore In The Court Of Session

 

He clench’d his pamphlets in his fist,
He quoted and he hinted,
Till in a declamation-mist
His argument, he tint it:
He gaped for’t, he graped for’t,
He fand it was awa, man;
But what his common sense came short,
He eked out wi’ the law, man.
Читать далее

ROBERT BERNS. QLENRİDDELLİ ROBERT RİDDELİN ÖLÜMÜNƏ SONET

Robert Burns

Oxumayın bir daha, lütfən, müğənni quşla

Sizin diskantınızdan ürəyiç sızıldayır.
Şənlənən, şənləndirən yaşıl donlu ilk Bahar,

İndi mənə daha xoş qışdakı vıyıltılar.

 +

Valeh edə bilərmi rəngləriniz, çiçəklər? —
Siz bitən torpaq altda axı dost yatır indi.

Necə nəğmə dinləyim, səslənirsə o əgər,

Vaxtsız gedən Riddelin qəbri həndəvərində.

 +

Neynək, quşlar, oxuyun, ancaq qəmli nəğmələr.
Oxuyun qəbir üstdə, ruhları ovundurun,

Ləyaqətli şəxs idi, yoxdur ona bərabər,

Qaranlıq dar otaqdır indi mənzili onun.

 +

Bahar, başqalarını sevinclə salamla sən,
Mən isə ayrılmaram itki xatirəsindən.

1794

ingiliscədən tərcümə

01.08. 2024, Samara

+++++++++++++++++

ROBERT BURNS


Sonnet on the Death of Robert Riddel, Esq. of Glenriddel

 

No more ye warblers of the wood-no more!

  Nor pour your descant, grating on my soul;

  Thou young-eyed Spring, gay in thy verdant stole,

More welcome were to me grim Winter’s wildest roar. Читать далее

ROBERT BERNS. MOXLİN TOYU

Robert Burns

1.

İl səksən beş idi, yeddinci ayı,

Bitir, səkkizinci yaxındır artıq.

Yağış ara vermir, külək dayanmır,

Fermerlər havayla əlbəyaxadır.

Haçansa Bənna V kimi tanınan,

Cənab Tacir Miller adlanan indi,
Getdi görüşünə elə bu zaman,

Nensi B-nin, fikri evlənmək idi,
Deməli, toy olacaq.

2.

İşıqlandıranda Bləksaydeni,
Doğzn günəş gözəl şölələriylə,

Nell və Bess dururdu yataqdan yeni,

Toyun vaxtınasa çox qalıb hələ.

Tez dolab açılır, yeşik çəkilir,
Gözəllər seçirlər krujeva, don.

Məsum bu qəzlarda ən əsas fikir:

Altdan nə geysələr, yaxşıdır bu gün!

Bu toy günündə!

3.

Korsetlər çəkilib bağlanıb, deyək,
Artıq örtülübdür gözəl sinələr.

Parçasa şəffafdır – gəlin zənn edək!

Baxmazmı mələyin özü də məgər?

Corablar geyilir nəfis ipəkdən,

Çəkilir  yuxarı çox ehtiyatla,

Onların bağıalan yerini görən….

 

4.

Donların qulağa xoş xışıltısı,
Necə ləyaqət var ürəkdə, deyir.

Belə gözəl geyim kimin ki, varsa,

Onun öyünməyi heç günah deyil!

Bel necə incədir, şleyf nə gendir –

Doğrudan hər biri qızların gözəl!

Həvva ana, yəqin kədərlənərdin,
Dalını görsəydin onların əgər,

Bu toy günündə!

5.

Əyni al jiletli Sendi də gəlir,

Əlində qamçını yellədərək şən.

Minir arabaya Bess ilə Nelli,

Onları salamat, Tanrı, apar sən!

Qoca Con Trotsa ayıqdır yəqin,
Beyli tək gözəldir, ionun tək yekə,

Parikini, həm də çiyinlərini,

Yaxşı pudralayıb, çoxlu yağ töküb,
Bu toy günündə.

ingiliscədən tərcümə

30-31. 08. 2024 Samara

QEYDLƏR

1. Yarımçıq üçüncü bəndə Bernsin qeydi var: vaxtında yazmadım, yadımda da qalmayıb.

2. Rpobert Beyli (1500-1662) ruhani və teoloq olmuş, İngiltərənin Ümumi ibadət kitabına qarşı Şotlandiyada baş vermiş hərəkata (1637) rəhbərlik etmişdir.

 ++++++++++++++++++++++++++++++

ROBERT BURNS

A Mauchline Wedding

1.
When Eighty-five was seven months auld
And wearing thro’ the aught,
When rolling rains and Boreas bauld
Gied farmer-folks a faught;
Ae morning quondam Mason W …..,
Now Merchant Master Miller,
Gaed down to meet wi’ Nansie B ….,
And her Jamaica siller
To wed, that day.
Читать далее

ROBERT BERNS. RƏSSAMA

Əzizim, sənə bir məsləhətim var,
Gərək sözlərimdən inciməyəsən.

Mələkləri çəkmək səndə alınmır,

Sən indi şeytanı bəlkə çəkəsən?

Mələyin təsviri incə sənətdir,

Şeytanı çəkməkdə yox elə əngəl.

Tanış bir üzü çək, bu elə bəsdir,

Yaxşı tanımırsan özünü məgər?

 

ingiliscədən tərcümə

30. 07. 2027, Samara

 ++++++++++++++

ROBERT BURNSTo an Artist

Dear ——— , I will give you some advice,
You will take it not uncivil:
You should not paint at angels man,
But try and paint the Devil.
To paint an angel is delicate work,
With Nick (Satan) there is little danger:
You will easy draw a long known face,
But not so well a stranger.

ROBERT BERNS. MAKFERSONUN VİDALAŞMAĞI

Robert Burns

Xor

Necə iddialı, necə də oyanq

Gedirdi, görkəmi qorxulu ancaq.

Dingildəyirdi də rəqs edən sayaq,

Dar ağacına o, indi çatacaq.

 

1.

Qaranlıq, sərt zindan, daha əlvida,

Yazısan bədbəxtin taleyində sən,

Vaxt tükənir bu dar ağacı altda,

Gəlir Makfersonun həyatına son.

2.

Ölüm son nəfəsdən özgə nədir ki?

Gözünün içinə onun baxmışam,
Döyüş meydanında qan axıdarkən.

İndi də qorxum yox, həmin adamam.

3.

Açın qollarmdan bu qandalları,
Döyüş qılıncımı gətirin mənə.

Neçə kişi gələ, durmaram geri,
Şotlandda tanınar hünərim yenə.

4.

Savaşda, cəncəldə keçdi həyatım,
Xəyanət qurbanı olmuşam ancaq.

Məni yandırır ki, gedirəm artıq,

Əfsus, intiqamım alınmayacaq.

5.

Parlaq gün işığı, sənə əlvida,
Əlvida, gün altda ömür sürənlər!

Şərəfsiz qorxaq tək batacaq adı,

Ölməyə cürəti kimin yox əgər!

ingiliscədən tərcümə

29-30. 07. 2024, Samara

QEYD: Ceyms Makferson – quldur, şotland Makfersonla qaraçı qadının nikahdankənar oğlu. Nəhəng fiziki gücə malik Makferson mahir skripka çalmağı ilə də tanınıb. Edam ərəfəsində özü haqqında mahnı qoşub. Bernsin şeiri bu mahnının motivinə yazılıb. Ceyms Makferson 1700-cü ilin noyabrında Baif şəhərciyində asılıb.

++++++++++++++++

ROBERT BURNS

MacPherson’s Farewell

Chorus
Sae rantingly, sae wantonly,
Sae dauntingly gaed he,
He play’d a spring, and danc’d it round
Below the gallows-tree.
Читать далее