Архивы

UİLYAM ŞEKSPİR. 107-Cİ SONET

sonnet107

Not mine own fears, nor the prophetic soul

Nə öz qorxularım, dünyanın nə də,
Gələcək şeylərdən xəbərçi ruhu,

Deyər ki, hardadır eşqimin həddi,

Axı o nə tale, nə də ki, yuxu.

 
Tutuldu öləri ay, açıldı da,

İndi xəcalətdən kahin utanır.

Qeyri-müəyyənlik doğru tacında,

Hər yerdə əbədi barış zeytunu.

 

 

Bu məlhəm zamanın damlalarıyla,

Sevgim tər, hökmümdə ölüm də indi.

Şeirimlə mən onu adlamalıyam,

Cahil tayfalardır onun yendiyi.

 

          Tiran məqbərəsi çürüyüb gedər,

         Şerimdə əbədi qalar abidən.        

 

İngiliscədən tərcümə

               03.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 106-CI SONET

Sonnet_106_1609.jpg               

                               When in the chronicle of wasted time

 Görəndə tarixi yazılarda mən,

İnsanlar olub ki, sevimli, dilbər.
Şeirlər yaranıb tərənnümündən,

Ölmüş xanımların, bəylərin gözəl.

 

Onda tərifində gözəl nə varsa.

Yəni qaşın, gözün, dodağım, əlin,

Görürəm müəllif çalışıb yaza,

Eyni ilə sənin gözəlliyini.

 

Təriflər onların öngörənliyi,
Sənin surətinin, bizim günlərin,

Gələcəyə ruhi baxış zilləyib,

Vəsf edə biliblər bugünkü səni.
             Səni bu gün görən heyran olacaq,

             Çatmaz tərifinə qüdrəti ancaq.

 

İngiliscədən tərcümə

02.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 105-Cİ SONET

sonnet 105.jpg

            Let not my love be called idolatry

Bütpərəstlik demə  mənim eşqimə.
Mənim sevdiyim də bütə bənzəmir.

Bütün nəğməlrim indi, həmişə,

Bir nəfər haqqında, bir nəfərindir.

 

Sevdiyim səmimi bu gün, sabah həm,

Həmişə kamildir məlahətində.

Sabit olanı da vəsf edər qələm,

Həvəs yox yazmağa ayrı heç nədən.

 

Səmimi, həqiqi, gözəl –yazıram,

Bunları, sözlərdir müxtəlif olan.

Üçün vəhdətinin verdiyi ilham,

Tükənməz, yazdıqca hər çalarından.

 

                  Səmimi,həqiqi, təmiz ayrıza,
Yaşardı, tək səndə birləşib ancaq.               

 

İngiliscədən tərcümə

01.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 104-CÜ SONET. İKİ TƏRCÜMƏ

sonnet 104        

       104-CÜ SONET

                  To me, fair friend, you never can be old

Dostum, qocalmazsan mənim üçün sən,

İlk dəfə baxanda gözünə gözüm,

Gördüyüm gözəlsən. Üç qış o gündən,

Gəlib cəlalını üç yayın pozub,

 

Üç gözəl bahar üç payıza döndü,

Gördüm fəsillərin dəyişməyini.

Üç aprel çiçəyi yandı iyunda,

Bahar təravəti səndəsə həmin.

 

Saat əqrəbi tək gözəllik hərçənd,

Getsə də, görünməz gözə addımı.

Gedir bəlkə sənin gözəlliyin də,

Görmürəm, gözümü sevgim aldadır.

 

                        Eşit, gələn əsr: sən doğulmamış,

                        Gedib gözəlliyin yayı, gəlib qış.

İngiliscədən tərcümə

31.03.2018

Samara

 

                ÜİLYAM ŞEKSPİR

      104-CÜ SONET

                       To me, fair friend, you never can be old,
                       For as you were, when first your eye I ey’d…

(ƏRUZLA)

Sən, əzizim, gözümdə heç zaman qocalmazsan,

Sən necəydinsə ilk görüşdə, həminsən yenə də.

Həmin gözəlsən, üç il qış soyuğu qoydu viran

Yayın cəlalını bağlarda, füsunkar meşədə.

Sarı payızlara üç il basıldı göy yazlar,

Gözüm önündə fəsillər dəyişdi bir-birini.

Getdi Aprel, İyunda yandı xoş ətirli nə var,

Səndə əvvəlki təravətsə görən tək bilinir.

Ah, gözəllik gedirsıə də, gedir saat kimi o,

Gedir, əqrəblərinsə gözlə seçilmir gedişi.

Sənin gözəlliyində zərrəcə zaman izi yox,

Zaman gedir, dəyişmyən gözümün aldanışı.

 

Gələn nəsillərə mən üz tuturam təşvişlə:

Gözəllik öldü siz doğulmamışdan hələ.

 

ingiliscədən tərcümə

24-25.09.2016

Samara

UİLYAM ŞEKSPİR. 103-CÜ SONET                                        

 

sonnet 103.jpg 

              Alack, what poverty my muse brings forth…

Əfsus, nə miskindir, Pərim yaradan,

Fürsət böyüksə də hünər göstərə.

Mənim təriflərim artırılmadan,

Mövzu özlüyündə min dəfə gözəl.

 

Bir daha yazmasam, incimə məndən

Aynaya nəzər sal, ordakı çöhrə,
Üstündür mənim küt təxəyyülümdən,

Nə yazsam da, mənə xəcalət verər.

 

Gözəl yaranmışı vəsfə  cəhd edib,

Onu gözdən salmaq günah deyilmi?

Şerimin yeganə axı məqsədi,

Vəsfidir mükəmməl  gözəlliyinin.

 

                               Və şeirim deyəndən min dəfə səni,

                               Həqiqi göstərər aynada əksin.

 

 

İnfiliscədən tərcümə

30.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 102-Cİ SONET

 

sonnet 102

                  My love is strengthened, though more weak in seeming…

Artır məhəbbətim, görünməsə də,

Niyə göstərim ki, necə sevirəm.

Sevgisindən harda gəldi bəhs edən,

Onu bazardakı mala çevirər.

 

Bizim eşqimizin bahar çağıydı,

Salamlardım onu şeirlə mən də.

Oxuyur bülbül də də necə ki, yayda,

Sükuta qərq olur vaxt ötüşəndə.

 

Bu yayın məzəsi heç də az deyil,

O nəğmə gecəni yaran zamandan,

Cəh-cəh hər budaqdan indi yüksəlir,

İtirər məzəni hamının olan.

 

                       Mən də bülbül kimi lal olam gərək,

                      Nəğməm, qorxuram ki, səni bezdirə.

 

İngiliscədən tərcümə

29-30.03.2018

Samara

     UİLYAM ŞEKSPİR. 100-CÜ SONET

sonnet 100.jpg

                                   Where art thou, Muse, that thou forget’st so long

 Görünmürsən, Pərim, haçandan bəri,

Yazam bu qüdrəti sənə verəndən.

Balkə də kiməsə bayağı şeiri,

Yazdırırsan indi alovunla sən.

 
Qayıt, unutqanım, əvəzi  çıxsın,
İncə şeirlərlə hədər günlərin.

Pıçılda nəğməni sən, kimə xoşsa,

Kimlə ki, qələmin məharətlənir.

 

 

Oyan, sevgilimin çöhrəsinə bax,
Varmı zaman salan qırışlar onda.

Varsa, qocalmanı satirayla yax,

Olsun nifrətinə hədəf zaman da.

               

                     Eşqimi mədh elə, vaxtı qabaqla,

                     Qapını kəsməmiş iti oraqla.

İngiliscədən tərcümə

27.03. 2018

Samara

UİLYAM ŞEKSPİR. 99-CU SONET

Sonnet_99_1609.jpg

               The forward violet thus did I chide…

Erkən bənövşəni qınayıb dedim:

“Söylə, oğru gözəl, bu ətir hardan?

Mənim sevdiyimin nəfəsidirmi? 

Bu al rəng ki, yanır yanaqlarında,

Onun damarında qanın rəngidir.

+

Zanbaq ağlığını əlindı alıb,

Mərzə qönçəsində sənin tellərin.

Biri həyəcandan ağarıb qalıb,
Biri də utanıb qızarır yəqin.

+

Ağ da, al da sənin üçüncüdəki,

Hələ mənimsəyib nəfəsini də.

Fəqət cəzalanar gözəl çiçəyi,
Girər qisas qurdu, yeyib çürüdər.

+

                 Gözəl gül çox gördüm, ancaq hər biri,
                 Səndən oğurlayıb rəngi və ətri.

İngiliscədən tərcümə

26.03.2018

Samara

Qeyd: Şekspirin 99-cu soneti misraların sayına görə fərqlənən üç sonetdən biridir: bu sonetdə 14 yox, 15 misra var.

UİLYAM ŞEKSPİR. 98-Cİ SONET

sonnet 98.jpg

                    From you have I been absent in the spring…

Səndən ayrılanda mən, ilk bahardı,
Sevincək aprelsə bəzəkli donda,

Hamıda, hər şeydə ruh oyadırdı,
Gülür, oynayırdı Saturn hətta.

 

Nə quşların səsi, nə də müxtəlif,

Güllərin xoş ətri, gözəl rəngləri,

Məni oyatmadı, həvəsə gəlib,

Ya bir nəğmə qoşum, ya çiçək dərim.

 

Zanbaq ağlığına olmadım heyran,

“Qızıl gül nə aldır!” demədim də mən.

Onlar gözəlsə də, sənə yaradan,

Oxşadıb, hər şeyə nümunə sənsən.

 

               Sənsiz elə bil ki, qış idi yenə,

               Güllər də bənzərdi sənin əksinə.

 

İngiliscədən tərcümə

25.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 97-Cİ SONET

 

sonnet 97.jpg

              How like a winter hath my absence been

Sənsən quş qanadlı ilin məzəsi,

Səninlə ayrılıq qışa bənzəyir.

Üşüdüm, günlərim qaraldı sənsiz,

Dekabr boşluğu aldı hər yeri.

 

Yayda biz ayrıldıq, payız qabaqdan,

Baharın barıyla yüklənib gəlir.
Körpəni bətnində necə dul qadın,

Böyüdür, köçəndə dünyadan əri.

 

Mənəsə bu məhsul xatırladırdı,

Atasız meyvəni, yetim olanı.

Yay, yayın məzəsi intizarında,
Sən yoxsan, quşlar da sənsiz oyanmır.

 

                      Elə oxuyurlar oxuyanda da,

                     Qış duyub yarpaqlar əsir qorxudan.

 

İngiliscədən tərcümə

24-25.03.2018

Samara