Alack, what poverty my muse brings forth…
Əfsus, nə miskindir, Pərim yaradan,
Fürsət böyüksə də hünər göstərə.
Mənim təriflərim artırılmadan,
Mövzu özlüyündə min dəfə gözəl.
Bir daha yazmasam, incimə məndən
Aynaya nəzər sal, ordakı çöhrə,
Üstündür mənim küt təxəyyülümdən,
Nə yazsam da, mənə xəcalət verər.
Gözəl yaranmışı vəsfə cəhd edib,
Onu gözdən salmaq günah deyilmi?
Şerimin yeganə axı məqsədi,
Vəsfidir mükəmməl gözəlliyinin.
Və şeirim deyəndən min dəfə səni,
Həqiqi göstərər aynada əksin.
İnfiliscədən tərcümə
30.03.2018
Samara
Реклама