ANAMIN ADI

12.11.22

Mənə uşaqlıqdan deyiblər hələ,

Nə iş bacaranam, nə də yarıdan.

Nə dalınca getsə — gələn boş əllə,

Suya göndərsələr – Kürü qurudan.

 +

Eləydi… Elədir indiyə qədər.

Nə yığdım, tikməyi nə də bacardım.

Mənə verilsəydi xəzinə əgər,

Beş günün içində dağıdacaqdım.

 +

Nəinki bir bağın —  çiçəyin hətta,

Çəkə bilməmişəm nazını azca.

Suya həsrət qalıb, həm də diqqətə,

Quruyub gözümün qabağındaca.

 +

Qəfəsdə baxımsız quş kimi ölər,
Solar susuz qalan gül kimi ya da.

Nə yada salınar, nə dilə gələr,

Unudulub gedər anamın adı.

+
Qəbir daşından da bir zaman itər,

Qurandan seçilib qoyulan bu ad.

Bir gün daş da itər, itər qəbir də,

Daşı, torpağı da dəyişir həyat.

 +

Yedik sağlığında nəyi vardısa,
Mən də çox yemişəm, yarıtmamışam.

Ana xatirəsi, adı da irsdir,
Heyf, varisini yaratmamışam…

 +

Anama şeirlər həsr eləyirəm,

Adını yaşadım yazılarımda.

Əsər yox, övladdır, nəvə onlar həm,

İrsim də onlardır mənim, varım da.

11-12. 11. 2022, Samara

RUSİYA. ÇİÇİKOV — 2022

2021 лето

Yenə Rusiyada paytaxtdan uzaq

Şəhərlər və kəndlər təşviş içində.

Məmurlar, əhali gözləyir qonaq,

Gələnsə müfəttiş deyildir hərçənd.

 +

Uzaq paytaxtdan və Tanrı gözündən,
Gözü xumarlıqdan çətin açılan
Əhali yaşayan yerlərə indi,
Gəlir gözəl insan, nəcib qəhrəman!

 +

Pavel İvanoviç yadınızdamı? Çiçikov!

Nə gözəl, nə çirkin, nə gənc, nə qoca.

Kübar ədaları ləyaqət dolu,
Frakı, köynəyi nəfis və incə.

 +

Gəzir troykada quberniyanı,
Qonaq olur zəngin mülkədarlara,

Kef deyildir ancaq məqsədi onun,

“Ölü can” dalınca gəlib o bura.

 +

Ağılla və səbrlə sövdələşərək,

Alıb heç-neçəyə ölü canları,
Yaxşı pul qazanar sonra, diri tək

Girov qoya bilsə banka onları.

 +

Xırda səhv eləyir bu nəcib insan,
Əldən ehtiyatı buraxır yəni.

Qalmaqal yaranır… Quberniyadan
Qaçmaq isttəyəndə tutulur yəqin.

 +

Bu ölməz süjeti Nikolay Qoqol
İki əsr əvvəl alıb qələmə.

Çoxdan azadlığa çıxıb Çiçikov,
İndi Putinə də yaxındır demə!

 +

Əlbəttə, troyka vaxtı deyildir,

Var helikopteri, təyyarəsi də.

Paytaxtdan ən uzaq yerlərə gedir,

Kef deyil, ayrıdır yenə məqsədi.

 

Ayrı cür geyinir Çiçikov indi,
Çoxdan ayrılıbdır qara frakdan,
Əyni Çiçikovun indi hərbidir.
Sinəsində ulduz — əsl qəhrəman!

 +

Çevrilib sövdəsi amma tərsinə,

İndi gəzib diri canları alır.

Daha nə dil tökür, hiylə gəlir nə,

Pula satılmağa çoxları hazır.

 +

Pulu zibil kimi Çiçikovunsa,

Dövlət büdcəsində oynayır əli.

Alveri, sövdəsi cənabın asan,
Artıq danışanın kəsilər dili.

 +

Gedir Rysiyada beləcə rahat,
Ukrayna hərbinə can tədarükü.

Oğlu ana satır, ərisə arvad,

Satırlar elə bil malı ya mülkü.

 +

Dönərək 200 nömrəli yükə,
Qayıdar onlardan kimsə geriyə,
Kininsə tapılmaz tikəsi bəlkə,
Yandırılar, külü sovrular göyə.

 +

Yenı təyyarəsi Çiçikovunsa,
Şığıyıb qırğı tək qalxır havaya.
Gedən diri candır, ölü – gələnsə,

Qanlı bir bazara dönür Rusiya.

06. 11. 2022, Samara

NƏSİMİ

Sektant? İnqilabçı? Poetik düha?

Ya müşrik, özünü həqqə tay tutan?

Əsaslar sarsıdan, sökən əjdaha?

Ya təzə fikirli qabaqcıl insan?

 +

Edam elədilər onu Hələbdə,
Bakıda heykəli ucalır indi.

Kim ancaq Nəsimi yolunu gedə —

Yeri Kürdəxanı türməsindədir…

 

04.11. 2022, Samara

ŞİRVAN HAQQINDA NƏĞMƏ

U LENİ. KİNO

O şəhərdə keçib mənim dörd ilim.
“Dörd il oxumuşam orda” deməyə,
Boynuma alım ki, gəlmir heç dilim.
Yox elə xatirə fəxr eləməyə.

 +

Pedaqoji məktəb təsadüf idi,

Qaçırdım əslində ev davasından.

Ailə sıxmırdı, basıb əzirdi,
Əlibayramlıydı ən yaxın ünvan.

 +

 

Əvvəl eser, sonra bolşevik olan,
Bayramovu qətlə yetitmirşdilər.

Mənə “gəl-gəl” dedi onun o zaman,

Ad və soyadını daşıyan şəhər.

 +

Şəhərdə şirvanlıq yox idi heç nə —

Yəni xan sarayı, ya da qalacıq…

Nəsimi ya Seyid Əzim izinə,

Bənzəyən iz yoxdu orda azacıq.

+

Nə məscidi vardı, mollası nə də,

Qəzeti çııxrdı —  “İşıq”dı adı,

O vaxt cavan Çingiz Ələkbərzadə,

Orda qol çırmayıb qələm çalırdı.

 +

Bilal Kərimovdu şəhərdə rəhbər.
Tez-tez “Volqa”sını təzələyirdi,

Nömrə dörd “9”-du ancaq hər dəfə.
Vəzifə başında, qəzada öldü.

 +

Şəhər cavan idi, eləcə gəncdi,
Burda lotular və avtoritetlər.

Üzü tək saçı da ağaracaqdı,
Kimə əyri baxsa gənc Xudu əgər…

 +

Təzə hisssəsi də vardı şəhərin,
Parkda yaxşı hovuz, tramplin də,

Ancaq hamamısa yoxdu evlərin,

Su yalnız birinci mərtəbələrdə.

 +

Yeməkxana vardı “Şirvan” adında,
Sup-xarço verərdi əlli qəpiyə.

Tufan yaradardı bu sup qarında,
Həyatdan doyurdu, bezirdi yeyən…

 +

“Şirvan” idi həm də kino-teatr,

Orda hind kinosu gedirdi hərdən.

Arvadlar baxmamış ağlaşırdılar,
Gözü yaşarırdı kişilərin də…

 +

O vaxt rus var idi şəhərdə xeyli,
Rus məktəbi vardı, rus qəzeti də.

Vardı estrada orkestrləri,
Onlar fərqliydilər – niyə gizlədim…

 +

Əfsus! Öldürürdüm mən orda vaxtı,

Yıxıb-sürüyürdü məni zaman da.

Mədəniyyət, dünya ədəbiyyatı,

Uzaq ulduzlar tək uzaqdı məndən.

 +

Dörd ildə bilmədik “do” nə, “re” nədir,
“Sürəyya”, “Qızqayıt” oxuduq elə,

Üzeyir bəstəkar çıxdı Qoridən,

Cəlil  əjdahaya döndü dörd ilə.

 +

Bizsə kiçik girib kiçik də çıxdıq,

Günahı deyil bu, müəllimlərin.

Burda adındaydı qəzetin işıq,
Nurlu və barlıydı Qorinin yeri…

 +

Təzə şəhərinsə düz ortasından,
O vaxt dəmir yolu keçirdi. Hərdən,
Baxaraq qatarlar ötüşən zaman,
Getmək arzulardım uzaqlara mən…

 +

Təzə şəhər salmaq deyil ki çətin,

Ad qoymaq, dəyişmək daha da asan.

Yaranmaz fəlsəfən, mədəniyyətin,

Köləsə o yerdə yaşayan insan…

 

01-02.11. 2022, Samara

«YA KİBRİT DALNCA, YA DUZ DALINCA…»

 

SONY DSC

Ya kibrit dalınca, ya duz dalınca,
Qonşuya qulluğa gedən uşaq tək,

Gedir  yurdu, evi tərk eləyərək,
Kimi ada doğru, kimi qazanca.
 +
Ləngiyir, azırıq, dönmürük geri,
Soyuyur, qaralır ocaqda odun.
Duzsuz, şit yeyilir çörəyi yurdun,

Gedənin süfrədə boş qalır yeri.

Məşhur əsərində Mirzə Cəlilin,
Buz almağa gedən uşaq sayağı,
Dəli bir həvəsin olub dustağı,
Fərqinə varmırıq ayın və ilin.

 +
Əziz birisinin yanır ciyəri,
Əridir günorta istisi buzu,
Çoxunun, çoxunun qaradır üzü,
Nə qüvvə, nə əzm dönməyə geri.

 +
Süfrələr yığılıb, qaralıb ocaq,
Dağılıb ocağın başındakılar.

Şimal yayında da buz soyuğu var,
Ürəyin yanğısı soyumur ancaq…

26. 10. 2022, Samara

RƏSUL HƏMZƏTOVUN GEDİR YERLİSİ…

U LENİ. KİNO

Yüzlərlə, minlərlə qalxıb ayağa,

Putin Ukraynaya girəndən bəri

Rəsul Həmzətovun həmvətənləri

Gedirlər savaşda pul qazanmağa.

 +

Təpikdə, yumruqda kim ki, çevikdir,

Çənə dağıdan da, qulaq cıran da,

Badalaq quran da, bıçaq vuran da,
Adam öldürməyə günəmuzd gedir.

 +

Özgə qoltuğunda qərar tutan xalq!

Çənə dağıtmaqda usta, peşəkar!

Özünü azad və əyilməz sayar,

Özgəyə xidmətlə yaşayar ancaq.

 +

Həmzətov Rəsulun gedir yerlisi,
Gedir həmvətəni, soydaşı gedir,

Ukrayna dağlıya qazanc yeridir,
Qazanır ölüsü, həm də dirisi.

 +

Yalandır, əlbəttə, durna söhbəti,

Tankda ya səngərdə yanıb qaralan,
Raketlə ya külü göyə sovrulan

Muzdlunun heçlikdir yeri əbədi.

 +

Dönməz ağ durnaya Rəsul deyən tək,

Kim qazanca gedib qan tökər, ölər.

Yəqin bir ağ Lada ala bilərlər,
Putindən evinə qan pulu gəlcək.

 +

Rəsul Həmzətovun həmvətənləri —

Ləzgi, tabasaran, avar ya da ki,

Muzdla qan axıdır, muzdla qan tökür,

Putin Ukraynaya girəndən bəri.

 +

Özgə qoltuğunda ömür sürən xalq,

Özü xəbərsizdir köləliyindən,
Şücaət göstərib ölər bəlkə də,

Çevrilməz qanadlı quşlara ancaq.

 

18. 10. 2022, Samara

RÖVŞƏN RAHİB OĞLU MƏMMƏDSOYA: MƏN DEMİRƏM Kİ, SƏNİN ANAN…

301855593_3079044272316269_9034785479592915019_n

Cənab Məmmədsoy!

Sən məqaləndə məni “həvəskar tərcüməçi» adlandırırsan. Razıyam. Həvəskaram. Yaxşı, bəs həvəskarın öz bloquna qoyduğu tərcümə niyə “elmi” məqalədə tədqiqat predmeti olmalıdır? Azərbaycanda «peşəkar»ların və sənin kimi ən qədim peşə sahiblərinin sayı-hesabı yoxdur. Niyə birdən bu «həvəskar» işi sənin diqqətni çəkdi? Məndən icazə almışdın? Yaxşı, indi ki,  bu «həvəskar»  tərcüməni təhli etmək qərarına gəlmişdin, niyə təhlil yoxdur? Mənə aid ya mənim tərcüməm barədə iki kəlmə var: 1. Tərcümə təhriflərlə doludur. 2. Tərcümə primitivdir.

Hansı təhriflər? Nə təhrif olunub? Leksika? Sintaksis? Məna? Kontekst? Bu, təhlildir ya mənə sataşmaq üçün bəhanə?

Heyvan oğlu heyvan! Bundan sonra bir şeyi iddia edəndə, sübut bazası hazırla! Mən desəm ki, Məmmədsoyun anası fahişə olub, oğlu Rövşəni kolxoz briqadirindən pambıq kolarınının arasında doğub, mən gərək bunu sübut edəm. Ona görə də mən demirəm ki, sənin ana fahişə olub, hərçənd sənin vələdəzzinalığından bilinir ki, olub. Və demirəm ki, başqa heyvanlar kimi sənin buynuzun iki yox, dörddür, çünki iki buynuzu da sənə ayağısürüşkən arvadın hədiyyə edib. Demirəm!

A kişi, iqtisdadi böhrandır, gərək hər sabirabadlı soğan əkə, qarpız əkə. Sən hara, elm hara? Sən poeziya nə qanırsan? Pasternak sabirabadlını ancaq göbələk növü kimi maraqlandıra bilər, o da Sabirabadda bitməz…  Özünü ələ al. Hərdən güzgüyə də bax. Deyəsən, kolxozçu atan səni də soğan əkdiyi kimi əkib…

Mənimlə işin olmasın. Aramızda iki min kilometrlik məsafə var. Yan-yörəni qap, əgər quduzluq azarın varsa.

 İstəsən, ünvanına çatdıra bilərsən: ədəbiyyatşünaslığı yox, qarpız alqı-satqısını xatırladan məqaləni konfransa buraxan və sonra çap edən şəxsləri də mən şərəfsiz, bastard, onların analarını isə «peşəkar», yəni ən qədim peşə sahibi sayıram.

X.X.

14. 10. 2022

 ++++++++++++++++

Господин Məmmədsoy!

Если статья, в которой беспардонно задет я, принадлежит не вам, а вашему полному тезке, то прошу извинить и забыть. Если автором статьи являетесь Вы, тогда, будьте добры, прочтите внимательно.

В своей статье вы меня называете «переводчиком-любителем». Хорошо, принимаю, но если я всего лишь любитель, то могу публиковать в собственном блоге все, что хочу, почему мой любительский перевод становится предметом обсуждения в статье, которую вы ничтоже сумняшеся «называете научной»?

Если вы уж взялись анализировать мой любительский перевод, то надо было анализировать. Где ваш анализ? Про мой перевод  в вашей статейке два слова: «В этом переводе полно искажений. Он примитивный».

Где искажения? Какого типа, какого характера искажения? Форма? Смысл? Содержание? Подлец и подонок, скажи, что я исказил? Приведи хоть один пример! И в чем примитивность? 

Если я стану утверждать, что у Ровшана Мамедсоя мама –вокзальная шлюха, я должен это обосновать это и доказать.. Если я стану утверждать, что мама Ровшана Мамедсоя зачала своего ублюдка от колхозного бригадира и произвела его на свет в колхозном поле, я это должен обосновать и доказать. Поэтому я не стану заявлять, что у Ровшана Мамедсоя мама шлюха и жена точно такая же.

Баран ты рогатый, в дальнейшем, прежде чем что-либо  о ком-нибудь заявлять, имей доказательную базу. Иначе я всему честному народу сообщу, что у барана Ровшана Мамедсоя растут два дополнительных рога, которые ему наставила его жена.

14. 10. 2022, Самара

 

QURAN ŞEİRLƏRİ: ƏMƏL EDİLMƏYƏN ANDIN CƏZASI. 5; 89

5 surğ 89 ayə

Andlarınızdakı boşbağazlığı

Alah sizə keçər, əhd ilə ancaq

And içib bu andı sonra pozsanız,

Alahın cəzası ciddi olacaq.

Təmizlənməninsə budur yolları:

Gərək yedirdəsiz siz on miskini,

Öz ailənizi yedirdən kimi.

Paltar verəsiniz siz ya onlara

Azad edəsiniz ya bir köləni.

İmkanı olmasa bunlara kimin,

Gərək oruc tuta üç gün o insan,

Beləcə ödəyər əvəz andpozan.

Anda əməl edin; beləcə Allah,
Sizə ayələri eləyir izah.

 

  1. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ALINAN XƏBƏRİ YOXLAMAQ. 49;6

сура 49 аят 6

İman gətirənlər! Rəzil bir insan,

Sizə bir xəbəri gətirsə haçan,
Yerinə yetişin, öyrənin hökmən,
Doğrumu deyir o. Bilməyərəkdən,

İncidə bilərsiz yoxsa kimisə,
Peşmanlıq əzabı dərd olar sizə.

08. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ANDINI YALANA DÖNDƏRƏNLƏR. 16; 94-95

ən nəhl

İçdyiniz andları

Döndərməyin yalana.
Yoxsa torpağın üstdə

Bu gün möhkəm dayanan,
Ayaqlarınız çaşar.

Və Allahın yolundan,
Beləcə çıxan insan,
Şər ilə qarşılaşar.

Satmayın heçneçəyə.

Allahla əhdinizi .

Yalnız Allahda olan,
Zəngin eləyər sizi.

07. 10. 2022, Samara