BEYRƏYİN KİÇİK BACISINA DEDİYİ

U LENİ. KİNO

A qız, nə ağlarsan “ağa” deyərək,

Göynədi, alışdı sinəmdə ürək.

Məgər sənin ağan yoxa çıxıb, qız?

Ürəyinə qaynar yağlar axıb, qız?

Niyə sarsılıbdır, qız, qara bağrın,
Nədir “ağa” deyib bu ağlamağın?

Bağrıma od düşüb, içimdə yanğın…

Qarşı qara dağı soruşsam əgər,
Kimlər yaylağında onun dincələr?

Soyuq sularını soruşsam əgər,
De, onlardan içib kim sərinlənər?

Əgər tövlə-tövlə şahbaz atları,
Soruşsam, de, kimlər minib atlanır?

Qatar-qatar dəvə soruşsam əgər,
De, bellərindəki kimindi yüklər?

Ağca qoyunları soruşsam əgər,
Toy qurub onlardan kim kabab çəkər?

Dilimə gələrsə qara-göy çadır,
İndi kölgəliyi, de, kimə çatır?

Ağzınla, dilinlə, söylə, qız kişi,

Sənə qurban olsun bu qara başım!

18.03. 2021, Samara

BEOVULF. GİRİŞ

беовульф

I

GİRİŞ

Dinləyin! Haçandan eşidirik biz

Danlardan, şöhrətli krallarından.

Nəcib kişilərin şücaətindən,

Skild oğlu Skefin düşməni qırıb,
Meyxanalarını dağıtmağından. 5

Atılmış uşaqdı, tapıldı çılpaq,
Heçnəsiz, tale də könlünü aldı.

Çatdı şöhrətə göy qübbəsi altda,

Uzaqdan balina yolu aşaraq,

Tayfalar gəldilər boyun əyməyə 10

Təzimlə, töhfəylə. Nəcib kraldı.

Vaxt ötdü, bir oğlu gəldi dünyaya,

Tanrı görəndə ki, qalanda başsız,

Xalq necə uğrayır fəlakətlərə,

 Beləcə vaxt keçdi. Qadir Yaradan,

Beovulf adını yaydı aləmə.

Şimal torpaqların varisi idi,
Skid törəməsi artıq o zaman.

Başında dostları, varı varıydı. 20

Himayəsindəykən atanın hələ,

Gərək əməliylə, hədiyyələrlə
Bərkidə dostların sədaqətini,
Gələndə düşmənin həmlə xəbəri,
Döyüşə girələr onunla birgə. 25

Zəfərlə tanınar elin rəhbəri.

Gün gəldi, çəkildi Skild Tanrının,

Qanadı altına canı suluykən.

Sağlığında necə buyurmuşdusa,

Gəldi cənazəsi əziz rəhbərin 30
Sahilə çiynində tayfadaşların.

Buzu qığılcım tək işaran gəmi

Dayanıb dənizin dayaz yerində.
Sevimli padşahı, üzük verəni,
Sərvət paylayanı, həlqəyırtanı 35
Gəminin sinəsi üstə yıxdılar.

Böyük bir xəzinə vardı gəmidə,

Hərbi yürüşlərdən gələn qənimət,

Döyüş silahları, qılınc və zireh.

Belə zəngin gəmi görməmişdim heç. 40

İndi gəmidəki bütün bu sərvət
Onunla dənizə yollanacaqdı.

Burdakı xəzinə bircə damcı da
Az deyildi Skild uşaqkən hələ,

Dəniz yürüşünə tək çıxan zaman,

Gəmidə özüylə götürdüyündən.

Dirəyə sarındı  bayraq qızıldan.

Qayıq tapşırıldı axara indi.

Qəlbləri, ruhları hüznlü idi

Nizəli rəhəbri ötürənlərin. 50

Nə saray aqili, nə şanlı əsgər,
Bilər bu yük hansı sahilə yetər.

Qədim ingilis dilindən tərcümə Xeyrulla Xəyalındır

BORİS PASTERNAK. FEVRAL

pasternak

Gəldi fevral. Qələm götür, ağla!

Fevralı durmadan tərənnüm elə,

Təkərlər altda hay-haray salaraq,
Qara yaz tək çamır yanır ki, hələ.

Tapasan fayton on-on beş şahıya,

Car çəkə  kilsə, təkərlər də dinə.

Getdiyin yerdə daha küylə yağa,

Göz yaşından da, mürəkkəbdən də.

Sanki armuddular yanıb qaralan,

Dolaşa qalxar orda minlərlə.

Nohura çırpılar;  enər də o an,

Qupquru qüssə gözlərin dibinə.

Qışqırıqlarla küləklər dəlinib,

Ləkə tək qar əriyən yer qaralar.

Təsadüfənsə, yəqindir deməli.
Gələr hönkürtü kimi misralar.

             1912

ruscadan tərcümə: 17-18. 03. 2021, Samara

Февраль. Достать чернил и плакать!
Писать о феврале навзрыд,
Пока грохочущая слякоть
Весною черною горит. Читать далее

BEYRƏYİN BÖYÜK BACILARINA DEDİYİ

U LENİ. KİNO

Səhər açılmamış  yerindən duran!

Ağ otaqdan çıxıb qaraya girən!

Ağ donu çıxarıb qara don geyən!

Qızlar! Qatıq varmı ciyər tək qatı?

Çörəyə həsrətəm, varmı sacaltı?

Basın bucaqları, tapın tabağı,

Üç gündür yoldayam, məni doyurun,

Sizi sevindirə üç günə Tanrı!

17.03. 2021, Samara

BAMSI BEYRƏYİN ATA DEDİYİ

U LENİ. KİNO

Sənin alnın açıq meydana bənzər,
Gözlərin çıraq tək gecə közərər.

İpək kimi yumşaq, incədir yalın

Qoşa-ekiz qardaş iki qulağın.

Ər murada çatar sənin belində,

At demərəm sənə, qardaşıq indi,
Çətin səfərimdə iki yoldaşıq,
Mənə yoldaşdan da indi sən artıq.

17. 03. 2021, Samara

QARACA ÇOBANIN KAFİRƏ DEDİYİ

U LENİ. KİNO

Bəsdir, itim kafir, boş danışdığın,

İtimlə bir yalaq yalayan azğın!

Altında alaca atını öymə,
O mənim ala baş keçimə dəyməz!

Öymə başındakı dəbilqəni də,
Mənim börküm ondan çox dəyərlidir!

Altmış tutamlı nizəni öymə,

Dəyməz bu qırmızı dəyənəyimə!

Kafir, qılıncını öymə çox da sən,
Ondan daha qolay məndəki çövkan!

Öymə belindəki doxsan oxunu,

Sapandım gözünün alar odunu!

Gəl, yaxındasan da, uzaqdasan da,
İgid zərbini gör, itil sonra da!

16.03. 2021, Samara

ŞUBERT. ÖLMƏZ KVİNTET

U LENİ. KİNO

Otuz bir yaşında dünyadan gedən,

Ya da aparılan.. Bəlkə hardasa,
Bir qalaktikada yazır yenə də,
Düha ölüb-itməz, tanrıdandısa….

İsrafil şeypuru deyil, bəlkə də,

Dinər qiyamətdə Şubert əsəri.

Oyanar, hüzurda bəşər diz çökər,

Dinləyər, qınamaz Tanrı bəşəri…

Arzum var, əziz dost! Sabah mən ölsəm,
Şuberti çaldırın, bacarsaz əgər.

İyirmi birinci dəqiqəsində,
Bağlı gözlərimdən yaş axıb gedər…

16. 03. 2021, Samara

XATINININ DİRSƏ XANA DEDİYİ

U LENİ. KİNO

Səbr elə, Dirsə xan, qəzəb eləmə!

Bu acı sözləri mənə söyləmə!

Cinini cilovla, xan, ayağa dur!

Tikdir yer üzündə qırmızı çadır!

At, ayğır, buğa kəs, qoyun, qoç öldür!

Yığ Daş, İç Oğuzdan bəyləri bir-bir!

Don al yalıncığa, doydur acları!

Borclunun yerinə ödə borcları!

Ət təpəyə dönsün, ağ qımız gölə!

Toy elə, arzunu tanrıdan dilə!

Ağzı dualıdan alqış eşitsə,

Bəlkə tanrı bizə oğul bəxş edər.

15. 03. 2021, Samara

XATININA DİRSƏ XANIN DEDİYİ

U LENİ. KİNO

Durummu yerimdən indi, xan qızı?

Keçsinmi əlimə yaxan, boğazın?

Dizimin altına səni salımmı?

Poladüz qılıncı ələ alımmı?

Ayırım başını bəlkə bədəndən?

Sənə don geydirim öz al qanından?

Can necə dadlıdır, bilərsən onda.

Xan qızı, səbəbi nədir, de mənə!

İndi qatı qəzəb edərəm sənə!

15.03. 2021, Samara

URUZUN AĞACA SÖYLƏDİYİ

U LENİ. KİNO

“Ağac” desəm sənə, utanma, ağac!!

Məkkə, Mədinənin qapısı ağac!

Museyi-Kəlimin əsası ağac!

Böyük, gur suların körpüsü ağac!

Qara dənizlərin gəmisi, ağac!
Şahmərdan Əlinin yəhəri ağac!

Zülfüqarın qını, qəbzəsi ağac!

Həsənlə Hüseynin beşiyi ağac!

Kişinin, arvadın qorxusu ağac!

Başından baxarsam, başın yox, ağac!

Dibindən baxarsam, dibin yox, ağac!

Səndən asılarsam, götürmə, ağac!

İgidliyim tutsun, götürsən, ağac!

Qara qullarıma buyura biləm,
Səni para-para doğraya, ağac!

14. 03. 2021, Samara