Архив тегов | balta

Robert FROST. QIŞDA MEŞƏYƏ TƏNHA GETMƏYİM

robert-frost

(IN WINTER IN THE WOODS ALONE)

Qışda meşəyə tənha,

Gedirəm ağac qıram.

Alıram göz altına,

Bir qayını, yıxıram.

+

Saat dörddə baltamı

Aşırıram çiynimə.

Bayaq özüm saldığım,

Cığırla da dönürəm.

+

Kəsilməklə bir ağac,

Təbiət yenilmədi.

Mən də dönərəm ancaq,

Baltamı itiədib.

ingiliscədən tırcümə

2000-ci illərin əvvəli, Samara

GÖZLƏRİ SULANAN QOCA…

Gözləri sulanan qoca,

Nə girmisən bu köşkə sən!

Nə tüfəngin, nə tapançan, —

Kişi, sən nə keşikçisən?

Boylanırsan hər addıma,

Titrəyirsən, diksinirsən.

Canın özgə malındadır,

Bu bəd ömrün səksənində.

Şorpan duru, çayın boyat,

Qarın doymaz, iştah ölər.

Kibrit baha, tütün qəhət –

Tut tüləyi pilətəyə!

Başı qalxmır yerdən itin,

Hürməyi də yadırğadı.

Qoxusuna həsrət ətin,

Yuxusunda sümük dadı.

Ağlarsan, yox ovudanın –

Torpaq alıb arvadını.

Maaş günü oxudanın 

Əyyaş oğlun avaradır.

Başın altda qədim palto,

Yuxun haram, səksəkəli.

Bəlkə gələr əldə balta,

Sübhə yaxın ömür kəsən…

                                      23.05 – 07.08. 1993 Samara