Архив тегов | Bodlerin şeirləri

ŞARL BODLER. HABİL VƏ QABİL

 

бодлер

         Abel et Caïn

I

Habil törəməsi, ye, iç, yıxıl yat,

Tanrı gülümsəyir, razıdır yəqin,
Qabil törəməsi, bataqlığa bat,
Və sürün çatınca ölümün sənin.

 

Habil törəməsi, qurbanlığının,
Xoş iyi ucaldı, bəyəndi göylər.

 

Qabil törəməsi, haçan axırı,
Yetişər zülmünün, işgəncən bitər?

 

Habil törəməsi, sənin əkinin
Mal-qaran həmişə bərəkət verər.

 

Qabil törəməsi, qoca it kimi,
Acından ulayar içindəkiər.

 

Habil törəməsi, qarnını qızdır,
Ocağın başında babadan qalan.

 

Sıxıl bir bucağa sənsə qazmada,
Qabil törəməsi, zavallı çaqqal!

 

Habil törəməsi, seviş, doğ-törə,
Sənin qızılın da balalar hətta.

Qabil törəməsi, yanır ürəyin,
İti iştahını amma cilovla.

 

Habil törəməsi, elə bir ucdan,
Artırsan meşədə cücülər kimi.

 

Qabil törəməsi, sənsə yoldasan,
Bütün ailənlə, təlaşlı, qorxaq.

II

Habil törəməsi! Sənin cəmdəyin,
Buğlanan torpağı gübrələyəcək!

 

Qabil törəməsi! Sənin əməyin,
İndən belə davam eləyə gərək;
Habil törəməsi! İndi xəcilsən,

Yenildi nizəylə qılınc tiyəsi!

 

Qabil törəməsi, göylərə yüksəl,

At ordan Tanrını torpağa ensin!

 

Fransızcadan tərcümə

24.06. 2018

Samara

ŞARL BODLER. ALLEQORİYA                     

бодлер

           Allégorie

O, gözəl bir qadındır, dolu çiiyinləri var,
Əyildikcə saçları şərabında islanar.
Sevgi caynağı olsun, yavaxana zəhəri –

Sürüşdürür hər şeyi dərisinin mərməri.

Ölümə də gülür o, ələ salır Föhşü də,
Əlləri cırmaqlayan, kəsən iki vəhşisə,

Xatalı bu oyunda saxlayır hörmətini,
Bu möhtəşəm bədənin kobud əzəmətinə.
Məleykə tək dincəlir, yerişdə ilahədir,
İşrət məsələsində müsəlman əqidəli.

Arasında döşləri yerləşən qollarıyla,
Elə bil gözü olan hər kəsi haraylayır.

Bu qısır və bakirə, dünyanın bazarına,
Zəruri olan qadın yaxşı bilir, inanır,

Ki, bədən gözəlliyi ali bir hədiyyədir,

Bağışlatdırır hökmən, nə pozğunluq elədin.

Nə Ərafı tanıyır o, Cəhənnəmi nə də,
Və qaranlıq gecəyə girmək vaxtı gələndə,
Ölümə baxacaq o, elə bil ki, indicə,
Doğulubdur, nə nifrət, nə xəcalət incidər.

 

Fransızcadan tərcümə

23.06. 2018

Samara

ŞARL BODLER. İKİ MEHRİBAN BACI

бодлер

Les Deux Bonnes Soeurs

Föhş və ölüm iki sevimli qıza bənzər,

Səxavətli öpüşdə, sağlamlıqda qüsursuz,

Bakirə bətnləri cır-cındırla örtülər

Doğmayıblar, olsa da ağır işləri sonsuz.

 

Cəhənnəmdə gözlənən, xidməti alınmayan,
Ailənin düşməni, başıpozuq şairə,
Bir yataq göstərər ki, məzarılıq, yavaxana,

Görən olmayıb ora vicdan əzabı girə.

 

Həm tabut, yataq həm də küfr doğub törədər,

Mehriban bacılar tək verirlər əvəzində,
Bizə qorxulu keflər, qanı coşduran həzz də.
Föhş, çirkin əllərin haçan məni bəs haçan gömər,
Sənə hüsndə rəqib, Ölüm,  haçan gəlirsən,
Qara sərvlərin örtə onun xəstə mərsinin?

 

Fransızcadan tərcümə

22.06. 2018

Samara

  ŞARL BODLER. GÜNƏŞ

бодлер

             Le Soleil

Şəhər ucqarı boyu, dalı pəncərələrin,

Taxtalıdır, hər evdə föhşlü sirr gizlənir.

İkiqat artıb isti, yox günəşin amanı,
Kənd yanır, şəhər yanır, zəmilər, evlər yanır.

Tək gedirəm xəyalən qılınc oynadam yenə,

Hər addımda qafiyə bəlkə çıxar önümə.

Sözlər çaydaşı kimi  dəyər ayaqlarıma,
Çoxdan arzuladığım şeir çıxar qarşıma.
Bu nemət verən ata, xlorozun qənimi,
Yetirir şeirləri çöldə qızılgül kimi;
Qayğılı fikirləri buxarlandıran odur,
Və balla beyinləri, pətəkləri doldurur.

Odur cavanlaşdıran çəliklə gəzənləri,
Onlar da qızlar kkimi şənlənir, bəzənirlər.

Hər bir ölməz ürəkdə göyərən cücərtilər,

Yetişər ancaq onun hökmü ilə, bar verər!

Şəhərlərə enəndə bir şair kimi o da,
Ən natəmiz nə şey var, onunla çıxar safa.
Səs-səmirsiz, nökərsiz, kral kimi o  girər,
Bütün hospitallara, saraylara da elə.

Fransızcadan tərcümə

21-22.06. 2018

Samara

ŞARL BODLER. MƏHKUM KİTABA EPİQRAF

бодлер

Épigraphe pour un livre condamné

Lal-dinməz oxucu, qəlbi xəyallı,
Ayıq və sadəlövh, abırlı adam,

At qolun gedincə, bu qəm yaradan,

Föhşlü, qüssəli kitabı tulla.
Sənin dərs deyənin məkrli dekan,

İblis özü əgər deyilsə yəni,
Tulla! Anlayasan çətin ki, məni,

Deyərsən xarabam ya da ki, başdan.

 

Yox, əgər gözlərin sehrlənmədən,

Seyr edə bilirsə uçurumları,
Oxu ki, anlayıb sevəsən həm də.

 

Bilik təşnəsiylə inildəyən ruh,

Axtarar hardadır sənin cənnətin,
Lütf et! …Tapar yoxsa səni lənətim!

Fransızcadan tərcümə

22.06. 2018

Samara

ŞARL BODLER YARAMAZ RAHİB

бодлер

         Le Mauvais Moine

Təsviri çəkilərdi müqəddəs Həqiqətin,

Qədim monastırların nəhəng divarlarında,
İnanclı ürəkləri şəkillər isidərdi,

Sərtliyin  soyuğu da yumşalıb azalardı.

 

İsa əkən toxumlar çıxıb cücərən zaman,

İndi az yada düşən  neçə şanlı rahibə,
Əsil emalatxana olmuşdu qəbiristan,
Tərənnüm edirdilər onlar Ölümü sadə.

 

— Yaramaz bir rahibəm, mənim qəlbim məqbərə,
Burda dolaşıram mən dünya durur nə qədər.
Heç nə bəzəmir ancaq rəzil divarlarını.

 

Tənbəl rahib! Haçansa çevirə bilərəmmi

Sevincinə gözümün, əməyinə əlimin

Canlı tamaşasını mıskin iztirabların?

Fransızcadan tərcümə

19-20.06. 2018

Samara

LAROUSSE KÖMƏYİNİZ OLSUN!

бодлер

Bodlerin “J’aime le souvenir de ces époques nues” şeirini çevirirəm, məsnəvi şəklində yazılıb. 6-cı beyt belədir:

 

L’homme, élégant, robuste et fort, avait le droit
D’être fier des beautés qui le nommaient leur roi;
Yəni kişilər onları kral sayan gözəllərlə fəxr edirdilər? Mənasız görünür. Ancaq mötəbər ingilis tərcümələrində belədir:

 

Man, graceful, robust, strong, was justly proud
Of the beauties who proclaimed him their king;

William Aggeler
Bold, handsome, strong, Man, rightly, might evince 
Pride in the glories that proclaimed him prince — 
Roy Campbell

 

Rus tərcüməsi: 

Мужчина, крепок, смел и опытен во всем,
Гордился женщиной и был ее царем,
Mənasızdır, inandırıcı deyil!

Bütün lüğətlər «»D’être fier » ifadəsini müxtəlif kontekstlərdə «fəxr etmək» kimi izah edirlər.

“Fier” sözünə möhtəşəm LAROUSSE lüğətində baxıram. Qui se croit supérieur aux autres et le manifeste par son comportement»!

Əlbəttə, belə də olmalıdır! Kişi özünü, onu kral kimi tanıyan bütün  arvadlardan üstün sayır, yəni özünü onların ağası sayır…

   ŞARL BODLER. UYĞUNLUQLAR

бодлер

           (Correspondances)

Təbiət bir məbəddir, burda canlı sütunlar,

Sozlər pıçıldayarlar hərdən, anlaşılmayan.

Simvollar meşəsini burda adlayır insan,
Duyur ona maraqla hər tərəfdən baxan var.

 

Dərinlik və toranın vəhdətindən necə ki,
Qalxan əks-sədalar uzaqlarda qovuşar,

Səslər, iylər və rənglər bir-biriylə uyuşar,

Hədsiz gecə zülməti, günün işığı kimi.

 

Ətirlər var təzətər, sanki körpədən gəlir.

Vadilər kimi yaşıl, tütək səsi tək şirin,

    — Var onların çürüy, zəngini, müzəfffəri,

 

Ənbər kimi, müşk kimi, buxur və benzoy kimi,

Sonsuzluğa yayılmaq qüdrəti onlarda var,

Ruhun yüksəlişindən, duyğudan oxuyarlar.

 

Franslzcadan tərcümə

18-19.06. 2018

Samara

     ŞARL BODLER. ALBATROS               

бодлер

   L’Albatros

Səfər vaxtı çox olur,dənizçilər tuturlar

Bəlalı girdabları dalayan gəmilərin

Dalınnca tələsmədən uçan albatrosları,

Bu dəniz quşlarını, elə məzələnməyə.

 

Elə ki, göyərtəyə səma hökmdarları,
Qoyulur, görkəmləri həm çaşqındır, həm xəcil.

Yas içində açılır nəhəng ağ qanadları,
Yanlarına avarlar uzadılıb elə bil.

 

Necə miskin, əfəldir indi qanadlı səyyah,
Gözəldi bir az əvvəl, indi gülünc, eybəcər!

Yamsılar biri onu, ağız əyər, axsayar,
Biri gil borusuyla dimdiyini döyəclər!

 

Buludlar sultanına Şairin bənzəri var,
Qaçmaz ox qabağından, üz tutar qasırğaya.

Torpaq sürgünlüyündə  gülər, fitə basarlar,

Onu nəhəng qanadlar qoymaz addım atmağa.

 

Fransızcadan tərcümə

19.06. 2018

Samara

ŞARL BODLER.  DON JUAN CƏHƏNNƏMDƏ

бодлер

        (Don Juan aux enfers)

Yetişərək Don Juan yeraltı dalğalara,
Şarona verən kimi obolu, Antisfenə,
Gözlərinin oduyla bənzəyən qaraqabaq,
Dilənçi avarları aldı güclü əlinə.

 

Açıq yaxalarından məmələri sallanan,
Arvadlar qıvrılırlar qara qübbənin altda.

Sürüsüdür elə bil qurbanlıq heyvanların,

Gedirlər, eşidilir dallarınca fəryadı.

 

Sqanarel gülərək öz haqqını istəyir,
Don Luissə bu zaman titrəyən barmağıyla,
Sahillərdə dolaşan ölülərə göstərir,
Onun bəyaz alnına gülən utanmaz oğlu.

 
Bakirə, arıq Elvir, əsir matəm donunda,

Bir vaxt məşuqu olmuş sədaqətsiz əriylə.

Elə bil ki, elə bir təbəssüm umur ondan,

İlk andın zərifliyi dodaqlarında gülə.

 

Daşdan yonma bir nəhəng dayanıb düz, yaraqda,

Sükanı sıxır, qara dalğaları doğrayır.

Rapiraya söykənən qəhrəmansa arxada,
Köpüklənən sulara heç nə görmədən baxır.

Fransızcadan tərcümə

17-18.06. 2018

Samara