ŞARL BODLER YARAMAZ RAHİB

бодлер

         Le Mauvais Moine

Təsviri çəkilərdi müqəddəs Həqiqətin,

Qədim monastırların nəhəng divarlarında,
İnanclı ürəkləri şəkillər isidərdi,

Sərtliyin  soyuğu da yumşalıb azalardı.

 

İsa əkən toxumlar çıxıb cücərən zaman,

İndi az yada düşən  neçə şanlı rahibə,
Əsil emalatxana olmuşdu qəbiristan,
Tərənnüm edirdilər onlar Ölümü sadə.

 

— Yaramaz bir rahibəm, mənim qəlbim məqbərə,
Burda dolaşıram mən dünya durur nə qədər.
Heç nə bəzəmir ancaq rəzil divarlarını.

 

Tənbəl rahib! Haçansa çevirə bilərəmmi

Sevincinə gözümün, əməyinə əlimin

Canlı tamaşasını mıskin iztirabların?

Fransızcadan tərcümə

19-20.06. 2018

Samara

Реклама