Qədim çıraqaltlığı
Amur çıxıb kəlləsinə,
Bütün bəşəriyyətin,
Gəlir ordan gülüş səsi,
Yox neç nəyə hörməti,
Nəfəsindən kürəciklər,
Yaranır ədəbsizin.
Dünyaları elə bil ki,
Qovuşdurmaq istəyir.
İşıqlı və kövrək kürə,
Birdən uçub yüksəlir,
Qəlbini əzir tüpürür,
Altın bir arzu kimi.
Eşidirəm kəlləni, hər
Kürəcikdə yalvarır:
“Zalım oyun çoxmu sürər,
Deyin, sona vararmı?
Müdhiş qatil, çünki sənin
Çeynəyərək atdığlın,
Mənim qanım, mənim beynim,
Mənim dərimdir axı!”
1 iyun 1855-ci ildə çap olunmuşdur
Fransızcadan tərcümə
01.06. 2016
Samara