Архив | 27.06.2018

ADIN ÇƏKİLMİRSƏ, DEMƏLİ, SAĞSAN…

27

Fərdi kompüterdə, bloknotda ya,
Yazdığın, qoşduğun yığılıb qalır,

Nə bir soruşan var, nə də ad tutan,
Nə ölkən tanıyır, nə də ki, xalqın.

 

Bəlkə də bu, pisdir (harası axı?),
Yaxşı tərəfləri daha çox ancaq.

(Elə hər tərəfdən deyilmi yaxşı?)

Demək, ölməmisən, hələ başın sağ!

 

Ritual xidmətin ən gözəlini,
Ölsəydin, bəlkə də, göstərərdilər.

Korteji gələrdi limuzinəlrin,

Morqa, adamlar da dəstələnərdi.

 

Bəlkə AZTV-də küyə düşərək,
Sənin ölümündən xəbər verərdi,
Ancaq təəssüf ki, həmişəki tək,
Çoxu yalan bilib şübhələnərdi…

 

Nəinki adını çəkərdi hamı,

“Mərhum” deyərdilər hələ önündə.

Dəfn bitər-bitməz  “irsi mərhumun”,
Ciddi ədəbiyyat sayılar indi…

 

Bioqrafiya da düzüb-qoşarlar,

Uğursuz məhəbbət, daşürək gözəl…

Guya neçə yerdə neçə uşaq var,

Beş-altı şəhərdə…mənə bənzəyən…

 

Hələ yazardılar dissertasiya…

Dissertasiyalar… yazdırardılar…

İrəli gedərdi filologya,
Kimsə akademik adı alardı…

 

Deyərdilər «mərhum», «mərhumun» irsi…

Deyərdilər yalan, deyərdilər gop.

Sənin o dünyada turardı hirsin,
Çığırıb deyərdin “yalançının lap…”

 

Axtarıb-tapan yox – fikir eləmə,

Heç yerdə çəkilmir adın – darıxma.

Cahangirin oğlu, sevin, qəm yemə,

Adın çəkilmirsə, deməli, sağsan…

 

27.06. 2018

Samara

     ŞARL BODLER. ALBATROS               

бодлер

   L’Albatros

Səfər vaxtı çox olur,dənizçilər tuturlar

Bəlalı girdabları dalayan gəmilərin

Dalınnca tələsmədən uçan albatrosları,

Bu dəniz quşlarını, elə məzələnməyə.

 

Elə ki, göyərtəyə səma hökmdarları,
Qoyulur, görkəmləri həm çaşqındır, həm xəcil.

Yas içində açılır nəhəng ağ qanadları,
Yanlarına avarlar uzadılıb elə bil.

 

Necə miskin, əfəldir indi qanadlı səyyah,
Gözəldi bir az əvvəl, indi gülünc, eybəcər!

Yamsılar biri onu, ağız əyər, axsayar,
Biri gil borusuyla dimdiyini döyəclər!

 

Buludlar sultanına Şairin bənzəri var,
Qaçmaz ox qabağından, üz tutar qasırğaya.

Torpaq sürgünlüyündə  gülər, fitə basarlar,

Onu nəhəng qanadlar qoymaz addım atmağa.

 

Fransızcadan tərcümə

19.06. 2018

Samara