ŞARL BODLER.  PİŞİK                           

бодлер

Le Chat

Mənim gözəl pişiyim, sinəm üstdə gəl uzan,

Yığ ancaq caynaqları.

Metaldan və əqiqdən elə bil ki, yaranan,

Gözlərundə qərq olum.

 

Haçan ki, barmaqlarım başına çəkər sığal,
Ya çevik kürəyinə,

Sənin əzalarından sanki cərəyan axar,

Həzz əlimi bürüyər.

 

Qadınımı görərəm ruhən. Baxışlarıyla,
Sevimlim, sənə bənzər.

Həm dərindir, həm soyuq, ox kimi yaralayar.

 

Ayaqdan başa qədər,
Onun əsmər bədəni həndəvərində hava,
Xoşdur, yayılan incə ətirdəsə ölüm var.
Fransızcadan tərcümə

01.06. 2018

Samara

Реклама