L’Avertisseur
Kim əgər layiqsə insan adına,
Ürəyində sarı İlan yaşayar.
İnsan “İstəyirəm,” desə, hökmdar
Səsiylə bu İlan “Yox!” deyər ona.
Donuq gözlərinə gözlərin baxa,
İstər Satirlərin, Niksilərin ya,
Diş deyir: “Öz borcun barədə düşün!”
Ağac ək, dünyaya ya övlad gətir,
Kağızda, mərmərdə əsərlər yetir,
Diş deyir: “Axşama varmı ümidin?”
Nəyə ümid etsə, can atsa nəyə,
İnsan həyatının bircə anı da,
Keçmir ki, Gürzədən, Zalım İlandan,
Acı xəbərdarlıq eşidilməyə.
Fransızcadan tərcümə
11-12.06. 2018
Samara