Bohémiens en voyage
Gözləri alovlanan peyğəmbəri bu tayfa,
Dünən yola düzəldi, sarıyaraq dalına,
Körpələri; acıyıb ağlayandasa, sallaq,
Məmələrin əvəzsiz nemətiylə doyarlar.
Piyadadır silahı parıldayan kişilər,
Bütün arabalara yüklənib avadanlıq.
Boş çıxan ümidlərin ağrılarıyla ağır,
Baxışları onların göy üzündə dolaşar.
Və qumlu dəliyinin dibindən baxan sisəy,
Lap ucadan oxuyar, keçənləri görərək.
Onları sevən Sibel yaşıllanar daha da.
Səhralar çiçəklənər, qayalardan su damar,
Bu yolçular önündə, gələcək toranların
Tanış məmləkətinin qapıları açılar.
Fransızcadan tərcümə
15-16.06. 2018
Samara