ŞARL BODLER. SPLİN 1

бодлер

                        Spleen

Plüvioz elə bil bütün şəhərdən küsüb,

Nəhəng camından soyuq dalğaları əndərir,
Çürüdür məzarlığın yazıq əhalisini,

Dumanlı məhlələrdə islanır ölərilər.

 

Bir döşəkçə axtarır döşəmədə pişiyim,
Birəli arıq bədən titrəyir dayanmadan.

Ruhu qoca şairin navalçada dolaşır,

Zökəmli kabus səsi sanki ucalır ordan.

 

Nalə çəkir böyük zəng,  tüstüləyən kötüksə,
Falsetiylə dəm tutur kəfgirdən gələn səsə

Kartlardansa yayılır ətrafa mənfur iylər.

 

Əli-ayağı şişli qarıdan fatal bir irs,
Ürək açır valetlə indi qaratoxmaq qız,

Xatırlanır nə vaxtdan ölüb gedən sevgilər.

 

 

Fransızcadan tərcümə

08.06. 2018

Samara

Реклама