Les Deux Bonnes Soeurs
Föhş və ölüm iki sevimli qıza bənzər,
Səxavətli öpüşdə, sağlamlıqda qüsursuz,
Bakirə bətnləri cır-cındırla örtülər
Doğmayıblar, olsa da ağır işləri sonsuz.
Cəhənnəmdə gözlənən, xidməti alınmayan,
Ailənin düşməni, başıpozuq şairə,
Bir yataq göstərər ki, məzarılıq, yavaxana,
Görən olmayıb ora vicdan əzabı girə.
Həm tabut, yataq həm də küfr doğub törədər,
Mehriban bacılar tək verirlər əvəzində,
Bizə qorxulu keflər, qanı coşduran həzz də.
Föhş, çirkin əllərin haçan məni bəs haçan gömər,
Sənə hüsndə rəqib, Ölüm, haçan gəlirsən,
Qara sərvlərin örtə onun xəstə mərsinin?
Fransızcadan tərcümə
22.06. 2018
Samara