Le Soleil
Şəhər ucqarı boyu, dalı pəncərələrin,
Taxtalıdır, hər evdə föhşlü sirr gizlənir.
İkiqat artıb isti, yox günəşin amanı,
Kənd yanır, şəhər yanır, zəmilər, evlər yanır.
Tək gedirəm xəyalən qılınc oynadam yenə,
Hər addımda qafiyə bəlkə çıxar önümə.
Sözlər çaydaşı kimi dəyər ayaqlarıma,
Çoxdan arzuladığım şeir çıxar qarşıma.
Bu nemət verən ata, xlorozun qənimi,
Yetirir şeirləri çöldə qızılgül kimi;
Qayğılı fikirləri buxarlandıran odur,
Və balla beyinləri, pətəkləri doldurur.
Odur cavanlaşdıran çəliklə gəzənləri,
Onlar da qızlar kkimi şənlənir, bəzənirlər.
Hər bir ölməz ürəkdə göyərən cücərtilər,
Yetişər ancaq onun hökmü ilə, bar verər!
Şəhərlərə enəndə bir şair kimi o da,
Ən natəmiz nə şey var, onunla çıxar safa.
Səs-səmirsiz, nökərsiz, kral kimi o girər,
Bütün hospitallara, saraylara da elə.
Fransızcadan tərcümə
21-22.06. 2018
Samara