Alchimie de la douleur
Yasa batıran var, səni, Təbiət!
İşıqlandlran da öz oduyla var.
Biri o birinə söyləyir: məzar!
O biri söyləyir: Həyat, əzəmət!
Ey naməlum Hermes, yardım edənim,
Salırdın həmişə qorxuya məni,
Ən zavallısına kimyagərlərin,
Midasa bərabər elədin indi.
Səninlə dəmirə çevirirəm mən
Qızılı; cənnəti həm cəhənnəmə;
Bulud kəfəninə bükülüb qalan,
Görərəm bir əziz meyiti birdən,
Səma sahilləri yanında ona,
Məqbərə tikərəm tayı olmayan.
Fransızcadan tərcümə
13.07. 2018
Samara