ŞARL BODLER. ALLEQORİYA                     

бодлер

           Allégorie

O, gözəl bir qadındır, dolu çiiyinləri var,
Əyildikcə saçları şərabında islanar.
Sevgi caynağı olsun, yavaxana zəhəri –

Sürüşdürür hər şeyi dərisinin mərməri.

Ölümə də gülür o, ələ salır Föhşü də,
Əlləri cırmaqlayan, kəsən iki vəhşisə,

Xatalı bu oyunda saxlayır hörmətini,
Bu möhtəşəm bədənin kobud əzəmətinə.
Məleykə tək dincəlir, yerişdə ilahədir,
İşrət məsələsində müsəlman əqidəli.

Arasında döşləri yerləşən qollarıyla,
Elə bil gözü olan hər kəsi haraylayır.

Bu qısır və bakirə, dünyanın bazarına,
Zəruri olan qadın yaxşı bilir, inanır,

Ki, bədən gözəlliyi ali bir hədiyyədir,

Bağışlatdırır hökmən, nə pozğunluq elədin.

Nə Ərafı tanıyır o, Cəhənnəmi nə də,
Və qaranlıq gecəyə girmək vaxtı gələndə,
Ölümə baxacaq o, elə bil ki, indicə,
Doğulubdur, nə nifrət, nə xəcalət incidər.

 

Fransızcadan tərcümə

23.06. 2018

Samara

Реклама