ŞARL BODLER. HABİL VƏ QABİL

 

бодлер

         Abel et Caïn

I

Habil törəməsi, ye, iç, yıxıl yat,

Tanrı gülümsəyir, razıdır yəqin,
Qabil törəməsi, bataqlığa bat,
Və sürün çatınca ölümün sənin.

 

Habil törəməsi, qurbanlığının,
Xoş iyi ucaldı, bəyəndi göylər.

 

Qabil törəməsi, haçan axırı,
Yetişər zülmünün, işgəncən bitər?

 

Habil törəməsi, sənin əkinin
Mal-qaran həmişə bərəkət verər.

 

Qabil törəməsi, qoca it kimi,
Acından ulayar içindəkiər.

 

Habil törəməsi, qarnını qızdır,
Ocağın başında babadan qalan.

 

Sıxıl bir bucağa sənsə qazmada,
Qabil törəməsi, zavallı çaqqal!

 

Habil törəməsi, seviş, doğ-törə,
Sənin qızılın da balalar hətta.

Qabil törəməsi, yanır ürəyin,
İti iştahını amma cilovla.

 

Habil törəməsi, elə bir ucdan,
Artırsan meşədə cücülər kimi.

 

Qabil törəməsi, sənsə yoldasan,
Bütün ailənlə, təlaşlı, qorxaq.

II

Habil törəməsi! Sənin cəmdəyin,
Buğlanan torpağı gübrələyəcək!

 

Qabil törəməsi! Sənin əməyin,
İndən belə davam eləyə gərək;
Habil törəməsi! İndi xəcilsən,

Yenildi nizəylə qılınc tiyəsi!

 

Qabil törəməsi, göylərə yüksəl,

At ordan Tanrını torpağa ensin!

 

Fransızcadan tərcümə

24.06. 2018

Samara

Реклама