ŞARL BODLER. EJEN DELAKRUANIN “TASSO ZİNDANDA” ƏSƏRİNƏ

 

DelacroixTasso.jpg

Sur Le Tasse en prison d’Eugène Delacroix

Şair həbsxanada, xəstə üzülmüş halda.

Tapdayır əlyazmanı əsən ayağı altda.

Qorxudan alovlanan baxışlarla öyrənir,
Qəlbinin qərq olduğu girdab pillələrini.

 

Məstedici gülüşlər türmədə verməz ara,
Absurda, qəribəyə, zəkasını çağırar.

Şübhə onu bürüyür, yersiz, gülməli Qorxu,
Cilddən cildə girərək ətrafında vurnuxur.

 

Dahi salınib qalıb bu natəmiz dəliyə,
Müdhiş çığırtıların, sifətlərin pətəyi,

Qulağının dibində titrəşər, uğuldayar,

 

Arzupərəst, türmənin dəhşətləri ayıldan —
Budur surətin, qara xəyallara əsir Ruh,

Gerçəklik divarları arasında boğulur!

fransızcadan tərcümə

25-26.06. 2018

Samara

Реклама