ŞARL BODLER. XƏSTƏ PƏRİ

бодлер

La Muse malade

 

Zavallı pərim, əfsus! Nə haldasan bu səhər?
Gecə vahimələri gözlərindən çəkilmir,

Görürəm ki, üzündə bir-birini əvəzlər,

Əksi soyuq və dilsiz dəhşətin, dəliliyin,

 

Söylə, yaşıl sukkuba, gülrəngli elf  bəlkə ya
Camlarından axıdıb qorxunu, məhəbbəti?

Ya kaşmar öz despotik, qiyamçı yumruğuyla,
Əfsanəvi Miturnda səni elə qərq edib?

 

 

İstərəm sağlamlığı xoş ətrindən bilinən,
Sinəndə ciddi və saf fikirlər tapa məskən,
Ritmli dalğalarla axa xaçpərəst qanın,

 

Necə ki, çoxölçülü şeirləri yunanın,

Hakimdir onlarasa nəğmələrin atası,
Tanrı Feb və böyük Pan, biçinlərin ağası.

 

Fransızcdan tərcümə

02-03.07. 2018

Samara

Реклама