Архив тегов | cənnət

MARİNA TSVETAYEVA. CƏNNƏTDƏ

marina

Xatirə çiyinləri əzib ağrıdır yaman,

Cənnətdə də ağlaram bu dünya dərdləriylə,

Köhnə sözləri, bil ki, yenə görüşən zaman

Gizlədəsi deyiləm.

Mələklərin qatarı orda uçar nizamla,

Zanbaqlar və arfalar, uşaq xoru orda həm,

Hamı rahat; təlaşla gözlərimi mən amma,

Gözlərindən çəkmərm.

Cənnətdə görünənə  baxdıqca qımışaraq,

Məsum-ciddi qızların çevrəsində durub tək,

Nəğmə oxuyaram mən– dünyəvi, həm yad, uzaq,

Burda oxuduğum tək.

 Xatirə çiyinləri əzib yaman ağrıdır,

Göz yaşımı gizlədən deyiləm — gələndə gün.

Nə burda, nə də orda – niyə görüşək axı,

Cənnədə oyanmarıq heç də görüşlər üçün.

1909-10

ruscadan tərcümə

19.02. 2022, Samara

+++++++++++++

МАРИНА ЦВЕТАЕВА

В раю

Воспоминанье слишком давит плечи,

Я о земном заплачу и в раю,

Я старых слов при нашей новой встрече

Не утаю. Читать далее

“AÇDIR QAPISINI, TANRI, CƏNNƏTİN…”

U LENİ. KİNO

Yaxşı fikirləşsək, hələ ki, boşdur,
Cənnət, həm cəhənnəm. Axı, yox bilən,
Haçan İsrafilin şeypuru dinər,

Qəbrini tərk edər bəşər övladı.

 
Odun qalaqlanıb, neft iyi gəlir,

Yanmır ancaq hələ cəhənnəm odu.

Tiyanların sayı-hesabı  yoxdu,

Hələ qurğuşunsa əridilməyir.

 

 

Zəncir şələ-şələ, baxasan hara,
Qığılcım yayılır həlqələrindən.

Zəqqum ağacııdır bitən, bar verən,
Meyvəsi hələlik yığılıb qalar.

 

 

Cənnət də! Cənnət də boş qalıb axı!

Ora nə soyuqdur, istidir nə də,
Kərpici qızıldan, ətirli həm də,

Hansı meyvə yesən, ürəyi yaxır.

 

 

Orda qaragözlü hurilər də var,

Mirvari kimidir hər biri, nadir.

Onlara nə insan, cin dəyib nə də,
Qocalan deyillər əbədi onlar.

 

 

Süd axır arxlardan, axır şərab, bal,
İstəsən, ağzını söykə Qövsərə,
Nə düşsə xətrinə, yeyə bilərsən,
Orda günah yoxdur, kef və məzə var.

 

 

Çalınır Bethoven, çalınır Şopen,
Qıy vurur Freddi, ürəklər qopur.

Susur İsrafilin fəqət şeypuru,

Haçan çalınacaq – yox bilən, deyən.

 

 

 

İlahi, bir yana yer altdakılar,
Təşnədən yanan var yer üzündə də!

Var əlsiz-ayaqsız, var üzülən də,
Qaçqın var, yurduna həsrət olan var!

 

 

Saysızdır sinəsi dağ-dağ olanlar,
Bala itirənlər, başı itənlər

Başlarına zülm gətirilənlər,

Topa tutulanlar, bombalananlar…

 

 

Çaldır şeypurunu, ilahi çaldır,
Açdır qapısını cənnətin daha,
Xəstəni, miskini qaldır ayağa,

Keçib günahından cənnətə çağır.

 

 

Azarlı uyusun mütəkkələrdə,
Soyusun ürəyi faciəlinin.

İki gün cənnətdə gecələyənin,
Çəkilib qoy getsin yuxuyla dərdi.

 

 

Tanrım, aç qapını, aç müvəqqəti,
Çağır həyatından yorulanları.

İsrafil şeypuru elə gurlasın,

Gəlib diri ikən görək cənnnəti.

 

 

Bizi şübhələrdən, İlahi, çıxar,
Çağır Ərşə yaxın, çöhrəni görək.
Bilirik cəhənnəm söhbəti gerçək,
Göstər cənnətini sən bizə axır…

 

06-07. 01. 2020, Samara

Robert FROST GEDİRƏM!

(AWAY!)

Bu dünyanı tərk edib,

Yollardayam nə vaxtdır.

Başmaqlarım hələ ki

Rahatdır, salamatdır.

 

Qaldı dostlar, aşnalar

Şəhərdə. İndi mənsiz

İçdiyiniz nuş ola,

Dağıla qərd-qəminiz.

 

Mən cənnət didərgini,

Adəm-Həvva deyiləm

Ki, işığı tərk edib,

Zülmətə doğru gedəm.

 

Unut bu əfsanəni,

Yox qalımda-gedimdə

İradəsi kimsənin.

Hər qərar öz əlimdə.

 

Bəlkə haqq, bəlkə nahaq,

Bir sətrə bir nəğmədən

Boyun əymişəm ancaq:

“Yola çıxmalıyam mən!”

 

Qayıdardım bəlkə də

Ölümdən sonra əgər

Görüb-götürdüklərim

Məni peşman eləyə…