PUŞKİN DEMİŞKƏN…

2

siyasətçi İlqar Məmmədova

 

Fikirli, qayğılı gəzib haçandan,

Gah dili dolaşır, gah da yerişi.
Gözü də qızarır həyəcanından –

Malına samballı müştəri düşüb.

 

 

Otuz gümüşdüsə təklifi əvvəl,
Qaıxıb otuz dəfə otuza indi

Çaşıb mal yiyəsi, qalıb məəttəl,
Bilir ki, sifariş müstəbidindir.

 

 

Reputasiyadır malının adı,
“Təmiz ad” həm sadə, həm də təbii.

Doğma ölkəsində həmişə nadir,
Minlərdən seçilir onun sahibi.

 

 

Ata çörəyi var, ana südü var,
Bəlkə mayasında təmiz adın da.

Bəlkə müəllimlər, yaxşı kitablar,
Adın, rol oynayıb yaranmağında.

 

 

Özü öz içiylə çıxıb girişib hərbə,
Olub bayırıyla ixtilafları.

Ölkəni hərləyən, xalqı hərləyən,
Yeriyib üstünə, silah çıxarıb.

 

 

Qoruyub adını canından artıq,

Keçəndə zindanın sınaqlarından.

Keçilən sınaqlar nə qədər ağır

Olursa, qiyməti qalxır adın da.

 

 

Polis yumruğu da, dəyənəyi də,
Dəyibsə, adın da dəyəri şişib

İndi sülənirlər həndəvərində,
Adına ən yağlı müştəri düşüb.

 

 

 

Qəhrəman şübhədə, tərəddüddədir,
Otuz gümüş idi qiymət haçansa.

Otuz dəfə otuz verirlər indi,

Fitnə qabağında dayanıb insan…

 

 

İzləyir həvəslə sövdəni kütlə,
Sürtür əlini də əlinə hətta.

Deyir: “o da bizə bənzəyir elə,

O da miskin imiş, rəzilmiş o da…”

 

 

Alçaqlar! Bilin ki, yanıılrsınız.
Sizdəki bu sevinc, təntənə nahaq.

Bəlkə o, miskindir, üstəlik rəzil,

Ancaq siz kimi yox, ayrı cür ancaq

 

19.05. 2020, Samara

ОБРАЩАЮСЬ К ПОДЛЕЦУ И ПОДОНКУ ЭРКИНУ ГАДИРЛИ…

Стараюсь ни к кому комментариев не писать, но время от времени, приблизительно раз в год, срываюсь. Вот и случайно увидел запись Эркина Гадирли и написал вот такой комментарий:

«Forma və yazı tələbləri baxımından  məqbul bu yazının ilkin və əsas iddiası səhv olduğundan, bütün konstruksiya səhv və həyatla əlaqəsizdir. Xalq, əlbəttə, qorxaqdır, bəlkə təbiətən qorxaq deyil, ancaq qorxudulub. Onu etirazlardan – fərdi və kütləvi – çəkindirən cənab Qadirlinin çox səliqə ilə sistemləşdirdiyi arqumentlər yox, heyvani qorxudur. Yəni adamar canlarından qorxurlar, adamlar türmədən, polis dəyənəyindən qorxurlar. Son on-on beş ilin etiraz aksiyalarını araşdırın – mənfi dinamikanı yaradan repressiyalar, məhkəmə ilə ya məhkəmədənkənar divantutmalar olub. İsmayıllı və Qubada olmuş hadisələri xatırlatmaq kifayətdir. Bir neçə  rayonda əvvəllər bahalaşma ilə bağlı əhali yolu bağlayıb, iştirakçılara tətbiq olunan cəzalar, təqiblər sonrakı mümkün aksiyaların qabağını alıb.

Xalq, əlbəttə, qorxaqdır. Xudayar bəy bir zoğal dəyənəyi ilə bütün kəndi necə itaətdə saxlayırdı? Xudayar bəyin dəyənəyi Azərbaycan həyətının ən vacib rəmzidir. Aərbaycan xalıının ən böyük problemi isə qorxudan çıxmaqdır».

 

 Посмотрев через некоторое время, обнаружил, что комментарий не только удален, но пользователь лишил меня права оставлять комментариев на его странице. То есть, я даже не могу у него спросить о причине подобного отношения к моему комментарию и лично ко мне.  И ведь этот человек — не власть. Он тот, кто недоволен властью и сам хочет стать ею. И еще не став, ведет хуже, чем мелкий чиновник или полицейский… И ничего оскорбительного я не писал ведь… И вот хочу спросить у этого подлеца и подонка: за что ты удалил мой комментарий?

И так как свое недоумение я не мог напрямую адресовать этому паршивцу, вынужден это делать в собственном журнале…