Архив тегов | Mirzə Əlil
QLOBUS MƏSƏLƏSİ
Salyan başçısı Tahir Kərimovun şəklinə baxıram, fikir məni götürür…
Cənab Kərimov kabinetdə oturub, arxa divarda Heydər Əliyevin bir şəkli, İlham Əliyevin dördə şəkli görünür. Rəfə eyni parlaq cildli kitablar düzülüb, sayları ondan çoxdur, şübhəsiz ki, Heydər Əliyevin kitablarıdır. Ancaq şəklə diqqətlə baxıb görürsən ki, bu cənabın gözü oxuyan gözünə oxşamır. Stolun üstündə qapalı noutbuk qoyulub. Yəqin hərdən-hərdən cənab Kərimov zəngi basıb çağırır: “Ay qız, gəl bu İnterneti qoş görüm!”. Ancaq bu kabinetdə ən qəribə, ən sirrli əşya qlobusdur ki, başçının arxasındakı rəfə, İlham Əliyevin şıkillərinin altına qoyulub. Çox fikirləşirəm ki, bu qlobus başçının nəyinə lazımdır? Axı bu boyda qlobuslarda nəinki Salyan, heç Azərbaycan özü də görünmür. Bəlkə cənab Kərimov bu qlobusdan pul daxılı kimi istifadə edir? Rüşvət gətirənlərə deyir ki, atın o qlobusun içinə… Bəlkə qlobusun İlham Əliyevin şəklillərinin altına qoyulmağı Azərbaycan prezidentinin dünya lideri olduğuna eyhamdır?
Ancaq bu sirri yəqin bircə prezident administrasiyasında bilirlər. Maraqlıdır, məmur kabinetlərindəki bu qlobuslar Azərbaycanda istehdal olunur ya xaricdən alınır?
Və mənə nədənsə elə gəldi ki, əgər kabinetdə qlobus varsa, mikroskop da olmalıdlr. Soruşa bilərsiniz ki, niyə. A kişilər, mən nə bilim niyə. Belə cəhənnəmə, gora. Qlobus nəyə lazımdırsa, mikroskop da ona lazımdır. Bəlkə də qlobusla, mikroskopla bu başlı-qulaqlı vəhşilər də adama oaxşamaq istəyirlər…
Ancaq oxşamırlar. Nə qədər baxırsan, görürsən ki, oxşamırlar…
Mirzə ƏLİL
22.04.2014 Samara
ƏLİYEVİN DAVASI ERMƏNİLƏRLƏ DEYİL, AZƏRBAYCANLILARLADIR
Türkiyə hökuməti orda yaşayan azərbaycanlı jurlalist rauf Mirqədirlini tutub Azərbaycan hökumətinə verib. Azərbaycan hökuməti jurnalisti “vətən xaini” adlandırır.
Vətənə xəyanət nə deməkdir? Bu, vətəni satmaqdır – ya vətənin sirrini satırsan, ya özünü. Hissə hissə ya bütöv. Mirqədirli Azərbaycanın sirrini ya müəyyən bir hissəsini Türkiyədə kimə sata bilərdi? Türklərə sata bilməzdi. Çünki türklər bizə qardaşdırlar. Qalır Türkiyədə yaşayan ermənilər. Deməli, Mirqədirli sirrimizi ya vətənin özünü Türkiyə ermənilərinə satıb. Belədirsə, niyə Ərdoğan Mirqədirliylə alverə girmiş ermənilərdən bir-ikisini tutub Əliyevə vermir? Ya bəlkə Ərdoğan verir, ancaq Əliyev istəmir? Çünki Əliyevin fdavası ermənilərlə yox, azərbaycanlılarladır.
Yoxsa belə deyil?
Mirzə Əlil. 20.04.2014
FƏTULLA VƏ FƏTULLAYEV
Azərbaycanda nurçulara qarşı geniş mübarizə başlanıb. Nəhayət, Lazım gəlib çıxıb Azərbaycana, ancaq prezidentə məsləhət görüb ki, erməni işğalçılarından qabaq nurçularla mübarizə lazımdır, çünki ermənilər nurçulara baxanda adam balasıdırlar, quzudurlar.
Mübarizə şiddətli olduğu kimi həm də çətindir, çünki nurçu alnına yazmayıb ki, o, nurçudur, qoluna da əski parası bağlamayıb. Buna görə nurçunu şiədən, sünnüdən, namuslu-qeyrətli məmurlardan, şərəfli zabitlərdən, ölkə dayağı olan varlılardan və varlıların gül balalarından seçmək çətindir. Düzdür, deyirlər ki, nurçular körpə uşaqları oğurlayıb qanlarını içirlər, ancaq onları hadisə yerində tutmaq çətindir, çünki çox fəndgirdirlər. Bəzilərinin dediyinə görə, nurçuların quyruğu olur, ancaq bu quyruq da göz qabağında deyil, gərək insanı saxlayasan, cibinə tiryək atasan, soyundurasan. Bir sözlə, Azərbaycan dövləti çox mürəkkəb bir vəzifəni həyata keçirir və bu işdə yaxşı ki, jurnalistlər köməyə gəlirlər. Məlumdur ki, jurnalistlər çox nadir iy bilən olurlar. Nurçulardan isə xüsusi bir iy gəlir. Buna görə də poluis nurçu axtarışına çıxanda özüylə jurnalist götürür. Əvvəllər it götürürlərmiş, ancaq itlər çaş-baş qalıb nurçu yerinə şiə, vahhabi, cünnü, sələfi, oliqarx, gömrükçü saxlayırmış. Jurnalistlər isə təsadüfi hallarda səhv edirlər. Ən yaxşı iy bilən jurlalist isə Eynulla Fətullayevdir. Nurçunun iyini bir neçə kilometrdən duyur və ipini qırıb götürülür. Polislər də onun dalınca. Eynulla bəy bir dəfə də çaşmayıb və tutduğu vətəndaşların hamısı nurçu çıxıb. İndi bütün Azərbaycan xalqının gözü Eynulla Fətullayevdədir. Eynulla bəyin himayəsinə xeyli jurnalasit verilib ki, onlarla təlim keçsin. Deyirlər ki, Azərbaycandakı bütün nurçular tutulandan sonra Eynulla Fətullayev Türkiyəyə gedəcək. Ərdoğan Bakıya gələndə İlham Əliyevə deyib: “Bu oğlanı ver bana bir-iki aylığa, İlham qardaş, yoxsa nurçular məni yıxıb sürüyəcək və bəlkə başıma pislik də gətirəcəklər”.
Uğurlar, Eynulla bəy! Ağart xalqımızın üzünü! Tanrı sənin burnunu bizə çox görməsin!
ÖMƏR MƏMMƏDOVUN HƏBSİ
Azəraycan prezidentinin sarayı. İlham Əliyevlə Rəcəb Ərdoğan.
İlham Əliyev: Rəcəb, özüm ölüm, sən nahaq yerə bu şəbəkələrlə əlbəyaxa olursan. Nə bilim Tvitter, şvitter… Biz xoruz deyilik ki, belə cücə-mücəni basaq altımıza. İndi gör mən neynirəm. Ramil! Ala, Ramil! Gətir o uşağı bura! (Ramil Usubov əli qandallı Ömər Məmmədovu salır içəri). Ramil, sal əlini onun cibinə. Yaxşı axtar. (Usubov Məmmədovun cibindən bir kisə narkotik çıxarır). Rəcəb, görürsən, bizdə hər Feysbukda, Tvitterdə şuluq salanın cibindən ağ çıxır, qara çıxır. İndi bu uşaq beş-altı il İnternet üzü görməyəcək. Ramil, qaytar bu narkomanı sal dama.
Rəcəb Ərdoğan: Çox gözəl, mənim azeri qardaşım. Ancaq bizdə əhali çox, İnternetə girən çox, hamısının cibinə atmağa o qədər narkotiki hardan tapaq?
İlham Əliyev: Rəcəb, bəyəm sənin qardaşın öıüb? Günü səhər iki fura göndərərəm. Rəcəb, özün də kayfklanarsan, bu seçkilər yordu sən demokratla mən demokratı…
KƏLBƏCƏRİN İŞĞALI TƏNTƏNƏ İLƏ QEYD OLUNDU
Kəlbəcər rayonunu işğalının 21-ci ildönümü Azərbaycanda təntənə ilə qeyd olunub. 21 xal kart oyunu üzrə respublika çempionatı keçirilib, finalda Gənzə və Salyan qumarbazları qarşılaşıblar, salyanlılar qalib gəliblər. Çempionlara 21 manat pul, 21 güldən dəstə verilib və üstündə Kəlbəcər təsvir olunmuş medallar təqdim olunub. Sonra toplardan 21 yaylım atəşi açılıb.
газета ОЧАГ 2014-03
газета ОЧАГ 2014-02
DARTDIAR, AY DARTDILAR, TAĞINI ÇIXARTDILAR…
Bakı metropoliteninin rəisi Tağını işdən çıxarıblar.
İlham Əliyev dartıb, çıxara bilməyib. Mehriban xanımı çağırıb. Dartıblar, çıxara bilməyiblər. Arifi çağırıblar, Nərgizi çağırıblar, Leylanı, Emini, Fikrəti, İsgəndəri çağırıblar. Dartıblar, dartıblar, çıxarıblar…
CANIM QAYINATA…
lham Əliyev Arif Paşayevə “istiqlal” ordeni verib. Fərmanda deyilir:
Canım qayınata, gözüm qayınata,
Sən mənə anasan, sən mənə ata.
Mən “papa” deyirəm sənə hörmətlə,
Bağrıma basıram səmimiyyətlə.
“İstiqllal” ordeni verirəm sənə,
Yeni bəzək vursun geniş sinənə.
Gözəl millətimi işin ucaldır,
“İstiqlal” ordeni sənə halaldır.
Vaxt olub şir kimi girib Meydana,
Atmısan özünü tankın altına.
Cəbhədə qanını axıtmısan sən,
Düşmən ordusunu dağıtmısan sən.
Kim deyir sən xalqı soyursan, papa?
Xalq üçün canını qoyursan, papa!
15.02. 2014



