Əliyev: Ramil, eşitmişəm marafon olacaq, nə marafondur bu?
Usubov: Zat-aliləri, marafonu “Azadlıq” qəzeti keçirir.
Əliyev: Ramil, deyirəm bəlkə açaq sərhədi, bizdə ərazi bu marafona bəlkə çatmaya, qoy qaçıb getsinlər ya Rusiya tərəfə, ya da İrana-zada…
Usubov: Zat-aliləri, bunlar qaçış marafonu keçirmirlər, bunların firkri nəzir yığmaqdır… qəzet pulları qurtarıb…
Əliyev: Ramil, onda sərhədi hökmən açmaq lazımdır. Burda kimdir onlara nəzir verən? Qoy getsinlər Rusiyaya, Türkiyəyə, İrana, nəzirlərini yığsınlar. Həm de deməsinlər ki, biz demokratiyanı boğuruq…
Архив тегов | Mirzə Əlil
газета ОЧАГ 2013-10
HÜQUQ QEYRƏTDƏN DƏ VACİBDİR…
Təzə müdafiə naziri Zakir Həsənov deyib ki, «Azərbaycan ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır». Bunu eşidənlər Zakir Həsənovun ölənlərinə min rəhmət deyiblər, çünki millət elə bilirdi ki, bu hüquq çoxdan it-bata düşüb, ya da antimilli insanlar satıb-yeyiblər. Şükür allaha ki, hüquq yerindədir, hüququmuz olan yerdə də bizə zaval yoxdur, ermənilər lap Azərbaycanın qalan yarısını alsalar da…
QAPAZ AZƏRBAYCANDA MÜASİR BAŞ GEYİMİDİR
Azərbaycan kişilərinin motal papaq, başlıq, çalma, rus kepkası qoyan vaxtları olub. Amma Əliyevlər gələndən kişilərin çoxu başında qapaz gəzdirir və başı qapazlıların sayı get-gedə azalmır, artır…
ALLAHŞÜKÜR PAŞAZADƏ ŞEYTANLA NECƏ ƏLBƏYAXA OLDU
Hacı Allahşükür Paşazadə Məkkədə səs verib. Deyilənlərə görə, səs verərkən Allahşükür Şeytan ər rəcimlə əlbəyaxa olub, Allahın lənətinə gəlmiş Hacıdan tələb edirmiş ki, Hafiz Hacıyevə səs versin, Hacı nə qədər çalışıb Şeytanı başa salsın ki, Hafiz elə İlhamın adamıdır, Şeytan özünə qoyulmayıb. Allahşükür özünü itirməyib, Məkkəyə gedəndə Qaradağ karxanasından xeyli daş götürüb əbasının cibini doldurubmuş, çıxarıb bu daşları çırpıb Şeytana, lənətə gəlmiş qıçlarınını arasını tuta-tuta qaçıb, Hacı da rahatca səsini verib İlham Əliyevə…
KİM KİMİ TOYUQ SAYIR?
Mən bir felyetonun adını qoymuşdum “Azərbaycan toyuqların vətənidir”, Samaranın qeyrətli azərbaycanlıları məndən incimişdilər, hətta məni öldürmək istəyən də olmuşdu, onların fikrincə, mən qəhrəman millətimizə “toyuq” demişdim. Hərçənd mən igid millətə toyuq deməmişdim, demişdim ki, ilk toyuq Azərbaycanda olub, deməli, ilk yumurta da Azərbaycanda olub, bununla sübut edirdim ki, Azərbaycan toyuğun, yumurtanın və … tortun vətənidir, yəni İlham Əliyevin şərəfinə Qarabağ ərazisi boyda tortun bişirilməyi təsadüfi deyil…
Seçkilərdən sonra bu məsələ məndə bir az şübhə yaradıb. Deyirəm bəlkə elə bizim millət doğrudan da toyuq millətdir? Belə deyilsə, niyə seçki kampaniyası 21 gün çəkir?
Mirzə Əlil
14.10.2013 Samara
газета ОЧАГ 09-2013
газета ОЧАГ 2013-08
BİZNESMEN AXTARIRIQ YOXSA HƏRİF?
Deyirəm son zamanlar Xalaqlar dostluğu evinin qabağından heç olmasa bir dəfə keçən adama Parisə gedib avtomobil salonuna baxmaq lazım deyil. Çünki milli təşkilatların üzvlərinə məxsus maşınları içində elələri var ki, onları avropalılar bir-iki il bundan sonra görəcəklər. “Minəcəklər” demirəm, çünki bu avtomobillər elə qiymətədir ki, onları almağa bəlkə heç ingilisin, almanın gücü çatmaya… Və bu avtomobillərdən an gözəllərinin, ən bahalılarının bizim soydaşlarımıza məxsus olduğunu biləndə ürək fərəhdən elə çırpınır ki az qalır qırılıb düşı ayağının altına…
Ancaq bir iş var ki, bu avtomobil sahiblərinin çoxu idarənin qapısından keçib ofisə girən kimi ciblərindən bahalı bir dəsmal çıxarıb başlayırlar dizlərinə vura-vura ağlamağa ki, bəs qırıldıq-öldük, böhran qırdı belimizi, arvad-uşağı göndərmişik Azərbaycana ki, bağda-bostanda əllərinə keçəndə dişlərinə çəkib dolansınlar…
Mənə nə deyirsininz deyin, mən biləni, ya ofisimizə, ya təşkilatımıza cadu eləyiblər, restorandan çıxıb ofisə gələnəcən soydaşlarımız müflis olurlar. Bir az ağlaşandan, sinə döyəndən sonra üzlərini sədrə tutub derirlər: “Vəziyyər gərgindir. Millətdən olan biznesmenlərlə danışmaq lazımdır ki, bir az təşkilata əl tutsunlar”. Adamın da üzü utanır desin ki, a bala, sən bəs biznesmen deyilsən? Yəni beş kilo benzinin pulunu da verə bilmirsən? Vallah, qalırsan kəsilə-kəsilə, deyə bilmirsən, çünki indi bunların oruc tutanı tutub, tutmayanı da özünü vurub tutmuşluğa, oruc adam da acıqlı olur, söz deyərsən, qayıdar üzünə. Durub hələ başını da yarar…
Bizim millətin fatihə oxumağı tamaşadır. Sağ əliylə çənəsinə sığal çəkir, üzünü tavana tutb başlayır dodaqlarını tərpətməyə. Mirzə Cəlil deyirdi ki, Xudayar bəy bu halda dua-zad eləmirdi, tavanın pərdilərini sayırdı… Bizim ofisdə üzünü yuxarı tutanda Allahın göyünü yox, tavandakı elektrik çıraqlarını görürsən. Və dilinə Tanrı adını gətisib bu çıraqları görən insan gərək yadına sala ki, bu yekə otağı bizə rus hökuməti verib, o çıraqları da tavandan rus hökuməti asıb ki, kitab oxuya bilək, qəzet oxuya bilək, bir-birimizin üzünə baxa bilək və bu işıqların pullarını da rus hökuməti verir, hələ qışda rus hökuməti bu yekəlikdə otağı yaxşıcaq qızdırır ki, biz vacib yerlərimiz soyuğa verib xarab eləməyək, bu rus hökuməti ofisə İnternet də çəkdirib ki, ermənilərin Şuşada, Zəngilanda gördüyü quruculuq işlərindən xəbər tuta bilək, bu rus hökuməti hələ süpürgəçiyə də pul verir ki, ayağımızın altını süpürüb-yusun…
Və bütün bunları yadına salan soydaşımız üstəlik bu idarənin qabağına bahalı maşınla gəlibsə, gərək beş-on min rubldan ötrü ayrı adam axtarmaya. Əgər biz azərbaycanlılığımızı, dilimizi, ruhumuzu saxlamaq üçün yığışırıqsa, bunun xərcini kim çəkməlidir. Onsuz da zərcin çoxunu rus hökuməti çəkir. Çatmayan beş-on min pulu yığmaqdan ötrü bəlkə gedib yol qırağında dayanaq?
“Biznesmenlərlə danışmaq lazımdır!” – bizim bəzi fəalların son beş-altı ildə gördüyü iş ancaq bu təklifdən ibarətdir. Nə çalmaqları var, nə oynamaqları, nə yazmaqları, nə oxumaqları, bahalı kostyumda, qalstukda gəlib “ağıllı” təkliflər edirlər. Vallah, adamın üzü utanır deməyə ki, təklifini qatla qiy cibinə, varınsa, beş qəpik at ortaya… Deyə bilmirsən, çünki soydaşımız təklifini verən kimi sağ əlini üzünə çəkib gözlərini zilləyir tavana, guya dua oxuyur, ancaq əslində rus hökumətinin asdığı çıraqları sayır… Hə, əziz soydaşlar, vəziyyət gərgindir, pul yoxdur, əlac qalıb ki, biz Azərbaycan milli pulu lopaqla işləyək. Ancaq rus bankları lopaqla hesab açmırlar, mətbəə “Ocağ”ı lopaqla çap eləmək istəmir. Bu, açıq-aşkar ayrıseçkilikdir. Gərək Avropa məhkəməsinə şikayət yazaq… Tərslikdən indi evdə də davadır. İlham Əlieyev 150 Azərbaycan jurnalistinə ev verib mənim evimi yıxdı, yəni yıxılmalı bir evim yoxdur, günüm olub qara. Arvad durub üzümə ki, sən də Azərbaycan jurnalisti olsaydın, indi biz də Bakıda prezidentdən ev alardıq, Rusiyada kirələrdə çürüməzdik. Deyırəm ay arvad, Azərbaycanda neçə min jurnalist var, onların hamısına elə bilirsən ev verirlər? Ev almaqçın gərək prezidentə elə təriflər deyədən ki, indiyəcən insan qulağı eşitməmiş olsun. Mən də qocalmışam, tərif deyən vaxtım keçib, cavanlarla ayaqlaşa bilmərəm. Arvad da deyir ki, sənin elə cavanlığın da bir şey olmayıb, cavanlıqda da tərif deyə bilmədin ki, qaldıq bu günə…
Orası elədir, arvad da olsa, düz deyir…
Mirzə ƏLİL
“Ocaq” qəzeti, iyul 2013



