Gözəl Bayramlı adlı siyasətçinin Fb-da səhifəsinə baxdım, bilmirdim ki, kişidir ya qadın. Qadınmış. ATƏT seminarına basqından yazır. Oxuyub xeyli gülmüşəm. Belə gülməym yadıma gəlmirdi. Gözəl xanım yazır: “Növbəti basqın ATƏT-ofisinə olsa, heç şaşırmaram. Kürü, para üzərində qurulan siyasətin belə sonucları təbiidir və bunlara qatlanmaq zorundadılar…”
Təsəvvür edəndə ki, polis ATƏT ofisinə hücum edir və Gözəl xanım da mərd-mərdanə dururb “şaşırmır”, adam az qalır gülməkdən ölsün, hərçənd mən bilmirəm ki, şaşırmamaq nə deməkdir. Şaşırmağın da nə demək olduğunu bilmirəm. Ancaq çox gülməlidir…
“Kürü, para üzərinədə…” Əvvəlcə elə bildim ki, para – yarı mənasındadır, yəni ki, kürü verirlər, sonra da ağbalığın yarısını. Sonra başa düşdüm ki, para “pul” mənasındadır, yəqin indi Azərbaycanda qadın xeylağı üçün “pul” demək ayıb sayılır, gərək “para” deyə”. Gülməkdən boğulmuşdum…
Sonunda adamın lap qarnı cırılır. “…və bunları qatlanmaq zorundadır”. Bunu başa düşmədim, ancaq “zorundadır” sözü məni elə güldürdü ki, az qaldım huşumu itirəm. Allah sizi güldürsün, ay Gözəl xanım! Adınız gözıəl, sözünüz gülməli. Yəqin müxalifət hakimiyyət başına gələndə sizi gülmək naziri qoyacaqlar. Xalq o qədər güləcək ki, özündən gedəcək…
Belə-belə işlər… Çox gülmək də yaxşı deyil. İndi görürəm ürəyim sıxılan kimidir. Bəlkə şaşırmışam, bəlkə şaşırmamışam. Quqldan bu şaşırnağın nə olduğunu öyrənmək istədim, Quql məəttəl qaldı…
Oyununuz olsun, ay Gözəl xanım!