Архив тегов | sevgi şeirləri

POL VERLEN. YAŞILLIQ

Ïîðòðåò Ïîëÿ Âåðëåíà

POL VERLEN

                     (1844 – 1896)

           YAŞILLIQ

                            Voici des fruits, des fleurs, des feuilles et des branches…

Bax bu meyvə, bu çiçək, bu da ki, sütül budaq,

Bu, təkcə eşqinizlə vuran çılğın ürəyim.

Parçalamayın onu ağ əlllərlə siz ancaq,

Oxşasın gözünüzü mənim həqir hədiyyəm.

+

Gələndə büründüyüm şehin gilələrini,
İndi səhər küləyi alnımda soyutmada.

Ayaqlarınız altda, izn verin, dincəlim,

Canlanaq, ötən əziz anları saılb yada.

+
Tər sinəniz üstünə  endirirəm başımı,

Sonuncu öpüşlərin hələ də dinər səsi.

Görək haçan qasırğa susar, hava yumşalar,

Bir az yatım, indi ki, siz də dincəlirsiniz.

1874

Fransızcadan tərcümə

24.11.2017, Samara

MİXAİL LERMONTOV. HƏM SIXINTI, HƏM KƏDƏR

LERMONTOV

MİXAİL LERMONTOV

        HƏM SIXINTI, HƏM KƏDƏR

                                            И скучно и грустно, некому руку подать…

 

Həm sıxıntı, həm kədər, kimsə yox əl verməyə,

Təlatümlər qəlbinə dolan dəqiqələrdə.

Arzular… əbəs yerə hey arzula – xeyri nə?

Ən gözəl illərisə ömrünün keçib gedər.

 

Sevmək…Kimi sevəsən? müvəqqətisə — dəyməz,

Əbədi sevgilərsə yalnız kitablardadır.

Öz içinə nəzər sal – yox keçmişdən orda iz.

Sevinc də, iztirab da, hər şey orda xırdadır.

 

Ehtiras! İtib gedər ondakı şirin ağrı,

Gec ya tez, ağlın səsi amiranə dinəndə.

Baxırsan ətrafına soyuqqanlı və ayıq, —

Boş və küt zarafatdır sanki həyat önündə.

 

Rus dilindən tərcümə

01.10. 2017

Samara

MİXAİL LERMONTOV. «AYRILSAQ DA, SƏNİN PORTRETİNİ…»

LERMONTOV

MİXAİL LERMONTOV           

                                Расстались мы, но твой портрет…

 

Ayrılsaq da, sənin portretini,

Hələ gəzdirirəm sinəmin üstdə.

O mənim ruhuma sevinc gətirir,

Bəxtəvər günlərdən qalan isti də.

 

Təzə ehtiraslar canı yandırır,

Onu həminki tək sevirəm fəqət.

Sındırılan sənəm – yenə Tanrıdır,

Tərk edilən məbəd – yenə də məbəd.

1837

Ruscadan tərcümə

30.09.2017

Samara