Архив тегов | təklik

MİXAİL LERMONTOV.  TƏKLİK

LERMONTOV

Одиночество

Həyatın zənciri necə ağırdır,
Əgər təkcəlikdə sürüyürüksə.

Kefə şərikliyə hər insan hazır,
Tapılmır nədənsə dərdə şəriksə.

 

 

Hava sultanı tək burda mən təkəm,
Sıxır ürəyimi iztirablarım.
Görürəm taleyə boyun əyərək,

İllərim, yuxudur elə bil, axır.

 

 

Və yenə qayıdır, gəlir həminki,
Arzuyla, qızıla tutulub ancaq.

Tənha bir tabutdur göz önündəki:

Gözləyir: dünyada niyə yubanaq?

 

 

Gedişim kimisə çətin sarsıda
Ölüm xəbərimə (buna əminəm),

Gülüb sevinənlər ötər sayda da,
Doğulduğum günə sevinənləri.

1830

Ruscadan tərcümə

27.04. 2019, Samara

 

ОДИНОЧЕСТВО

Как страшно жизни сей оковы
Нам в одиночестве влачить.
Делить веселье — все готовы:
Никто не хочет грусть делить. Читать далее

MİXAİL LERMONTOV. «ÇILPAQ ZİRVƏSİNDƏ VƏHŞİ ŞİMALIN…»

НА СЕВЕРЕ ДИКОМ.jpg

MİXAİL LERMONTOV

               На севере диком стоит одиноко…[i]

 

Çılpaq zirvəsində vəhşi şimalın,

Tənha bir şam dayanıb.

Mürgülü yellənir, qar alıb tamam,

Sanki cübbə geyinib.

 

Uzaq səhra girir hey yuxusina,
Günün doğduğu diyar.

Yanar qaya üstdə qəmli və tənha,

Gözəl xurma ucalar.

 

1841

Ruscadan tərcümə

01.12.2017

Samara

 

 

[i] Götenin şerinin sərbəst tərcüməsidir

Robert FROST BOŞLUQLAR (DESERT PLACES)

     

Düşür qar qarışıq gecə, düşür, ah!

Gedir sanki çöllə keçmiş, axaraq.

Ağ örpək sərilir göz işlədikcə,

Kol-kos orda-burda görünür ancaq.

 

Meşələrsə durur həmin cəlalda.

Vəhşilər uyuyur mağaralarda.

Elə düşgünəm ki, bilmədim haçan,

Təklik qanadları altına aldı.

 

Bu təklikdə isə elə durum var,

Ümid yox azala, bəlkə çoxalar.

Zülmətə boyanan bu qar ağlığı,

Nə özü danışar, nə danışdırar.

 

Ha deyin yerlər var boş və adamsız

Kainatda – məni qorxudammassız.

Belə səhralarla doludur içim,

Bəsimdir onların dəhşəti yalnız.