Архив тегов | yarpaq

Robert FROST. PAYIZ GƏZİNTİSİ

robert-frost

A LATE WALK

Çölü dolaşırdım ot biçiləndə,

Biçin yerini

Şeh elə örtüb ki, bağın cığırı,

Güclə görünür.

+

Sonra gəlib burda girirəm, sönük

Kollarda uçan
Quş pırıltısına bağlı qüssəni,

Dil çətin açar.

+

Divar dibindəki ağac lütlənib.

Yeganə yarpaq

Düşəcək, deyəsən, indi halımdan

Qayğılanaraq.

+

Bəlkə uzanardı gəzintim, amma,

Gözümə dəydi

Artıq avazımış sonuncu astra –

Sənə hədiyyə.

ingiliscədən tərcümə

2000-ci illər, Samara

ROBERT FROST. QIZIL OLAN QALMIR

robert-frost

(NOTHİNG GOLD CAN STAY)

 İlk yaşıllıq təbiətdə,

Qızılıdır – tezcə gedər.

Sütül yarpaq – çiçək sayaq,

Bircə saatlıqdır ancaq.

Yarpaq düşür, yarpaq solur,

Ədəm bağı qəmlə dolur.

Günlə gedir qızılı Dan,

Ömr eləmir qızıl olan.

ingiliscədən tərcümə

2000-ci illər, Samara